Məhkəmə qərarları › İş №2(001)-6824/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6824/2024

25.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6824/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh MMC-nə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-nə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı qeydiyyat ünvanı ünvan 1yonu, (MİDA binalar), ev 18, 2-ci blok, m 4 qeyd edilmişdir. Bundan əlavə iddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, BL808655 nömrəli müqaviləni Cavabdeh MMC-nin Xırdalan şəhər filialı ilə bağlamışdır. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmçinin, həm iddia ərizəsi ilə, həm də “Elektron məhkəmə” informasiya sistemi ilə cavabdehin hüquqi ünvanının ünvan 3 edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, iddia ərizəsində iddiaçının qeydiyyat ünvanı Laçın şəhəri, faktiki yaşadığı ünvan Bakı şəhəri Yasamal rayonu, cavabdehin hüquqi ünvanı isə Bakı şəhəri Nərimanov rayonu olması müəyyən edilmişdir. Belə olan halda iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, İddiaçı Cavabdeh MMC-nə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (ya öz qeydiyyatı üzrə Laçın şəhər Məhkəməsinə, ya faktiki yaşayış yeri üzrə Yasamal Rayon Məhkəməsinə, ya da cavabdehin hüquqi ünvanı üzrə Nərimanov Rayon Məhkəməsinə) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh MMC-nə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (ya öz qeydiyyatı Laçın şəhər Məhkəməsinə, ya faktiki yaşayış yeri üzrə Yasamal Rayon Məhkəməsinə, ya da cavabdehin hüquqi ünvanı üzrə Nərimanov Rayon Məhkəməsinə) yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar