Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6839/2020 25.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu,İddiaçı cavabdeh xxxx qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh xxxx qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi tələbinə tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədə vaxtında heç bir icra tədbirinin görülmədiyi üçün Binəqədi rayon icra və probasiya idarəsi barəsində ölçü götürülməsini və ona məxsus pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(0010-4067/2019 saylı qətnaməsi Binəqədi rayon icra və probasiya şöbəsinin icraçıları tərəfindən icra edilməmişdir. Borclunun ünvanı və yeri məlum olsa da, onun barəsində məhkəmə icraçıları tərəfindən heç bir icra tədbiri görülməmişdir. O dəfələrlə şifahi və yazılı formada icra və probasiya şöbəsinə müraciət etsə də, icraçılar öz vəzifə borclarını layiqincə yerinə yetirməmişlər. Beləliklə icra məmurlarının öz vəzifələrini icra etməmələri səbəbindən onun pulunun geri qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Binəqədi rayon icra və probasiya şöbəsi barəsində ölçü götürülməsi və ona məxsus pulun qaytarılması üçün qərar verilməsi xahiş edilmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin hərəkətlərindən və ya hərəkətsizliyindən narazı olduğunu bildirir. Yəni iddiaçı icra qaydasında konkret olaraq icra məmurunun hərəkətsizliyindən və ya hər-hansı qərarından, hərəkətindən deyil, ümumi olaraq İcra və Probasiya qurumunun hərəkətsizliyindən narazıdır.Belə olan halda iddiaçı iddia ərizəsi ilə deyil, icra qanunvericiliyndə nəzərdə tutulmuş icra qaydasında icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən, habelə qərarlarından məhkəməyə şikayət ilə müraciət edə bilər. Belə ki, iddia ərizəsi qaydasında müraciətə baxılarkən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin(qismən təmin) və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir, İş mahiyyəti üzrə həll edilmədikdə isə, məhkəmə aktları qərardad formasında çıxarılır. Lakin iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etməklə, faktiki olaraq işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş edir. Odur ki, hazırki tələblə bağlı mübahisələrə iddia icraatı qaydasında deyil, icra hərəkətlərindən şikayət formasında(icra qaydasında) baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdeh xxxx qarşı qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət vermək hüququnun, o cümlədən konkret icra məmurunun hərəkət və ya hərəkətsizliyindən, qərarından icra qaydasında şikayət vermək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı cavabdeh xxxx qarşı qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət vermək hüququnun olması, o cümlədən konkret icra məmurunun hərəkət və ya hərəkətsizliyindən, qərarından icra qaydasında şikayət vermək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6839/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6839/2020
25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver