Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6849/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh-yə qarşı Huawei P20 pro 128 GB BL markalı telefonunun original hissələrlə tam təmir olunaraq ona qaytarılmasına, telefonu təmir olunduğu müddətdə onun istifadəsinə telefon verilməsinə, mənəvi ziyana görə 1937 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh-yə qarşı Huawei P20 pro 128 GB BL markalı telefonunun original hissələrlə tam təmir olunaraq ona qaytarılmasına, telefonu təmir olunduğu müddətdə onun istifadəsinə telefon verilməsinə, mənəvi ziyana görə 1937 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 30.12.2018-ci tarixli BL231010 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Baku- Electronics MMC-dən 1937 manata aldığı, hazırda onun mülkiyyətində olmaqla ona məxsus Huawei P20 pro 128 GB BL markalı telefonun ekranında yaranan nasazlıqla bağlı Baku-Electronics MMC-yə müraciət etmiş, ona MMC-nin servis mərkəzi olan Cavabdeh-yə müraciət etməsi bildirilmişdir. Həmin vaxt onun telefonu işlək vəziyyətdə olmuşdur. 14.06.2021-ci il tarixdə ona məxsus Huawei P20 pro 128 GB BL markalı telefona Cavabdeh-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, telefonda ledin yararsız olması, yenisi ilə əvəz olunmağa ehtiyacın yarandığı, təmir xərclərinin 200-205 manat olması ona deyilmiş, həmin məbləği ödəyəcəyi təqdirdə 3 iş günü ərzində servis tərəfindən mobil telefonun təmir olunaraq ona təhvil beriləcəyi bildirilmişdir. O, razılaşaraq Huawei P20 pro 128 GB BL markalı telefonunu Cavabdeh-yə ******* nömrəli qəbz əsasında təhvil vermişdir. 3 iş günü keçdikdən sonra o, Cavabdeh-yə yaxınlaşmış, ona təmir edilmiş kimi verilən telefonunun ekranının yenisi ilə əvəz edilən ekranın original olmadığını və yeni ekranın telefonun korpusunda ekran yerinin həcmindən böyük olduğunu bunun üçün də təmir oluna bilinmədiyini görmüşdür. Bunu servisin əməkdaşına irad kimi bildirəndə ona original ekranın sifariş əsasında 45 iş günü müddətinə gətirilərək təmir olunacağını, original ekranın dəyərinin 610-625 manat olmasını bildirmişlər. O, bu təklifi qəbul etməyərək telefonunun geri qaytarılmasını tələb etmişdir. Bu zaman ona məxsus olan Huawei P20 pro 128 GB BL markalı telefonun ekranının süşəsinin sağ üst hissəsinin qırıldığı, orta sensor düyməsinin cavabdehin əməkdaşlarının məsiliyyətsizliyi səbəbindən itirildiyi məlum olmuşdur. Cabadehin əməkdaşları 45 gündən sonra ona telefonunu təmir edib qaytarcaqlarını bildirmiş, o, bu müddət ərzində telefonunun əvəzinə onun müvəqqəti telefonla təmin edilməsini, sensor quraşdırıldıqdan sonra həmin telefonu geri qaytarcağını bildirmişdir. Lakin Cavabdeh-nin əməkdaşları onunla razılaşmamışlar. O, heç bir ödəniş etmədən telefonunu sensor düyməsiz servisdən geri götürmüşdür. Cavabdeh tərəfindən ona vurulan ziyanla bağlı o, 21.06.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət etmiş, ona mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etməsi deyilmişdir. Telefonunun original sensoru Cavabdeh-nin əməkdaşları tərəfindən itirildiyindən ona məxsus Huawei P20 pro 128 GB BL markalı telefon halhazıradək işləmir. Telefonsuz qaldığına görə ailəsinə və ona mənəvi zərər vurulmuşdur. Belə ki, 29.12.2020-ci il tarixdə nikaha daxil olduğu Z.Y.Nuriyeva 7 aylıq hamilədir. Dəfələrlə həyat yoldaşının vəziyyəti pisləşəndə telefonu olmadığı üçün qonşuların telefonundan istifadə etmişdir. Telefonu olmadığına görə həkim çağıra, yaxınlarına zəng edə bilməmişdir. Nərimanov Məhkəməsinə müraciət etdikdən sonra ona servisdən zəng edilərək sensor düyməsinin tapılması bildirilmiş, o isə artıq məhkəməyə müraciət etməsini demişdir. Ona görə də Huawei P20 pro 128 GB BL markalı telefonunun Cavabdeh tərəfindən original hissələrlə tam təmir olunaraq ona qaytarılmasına, telefonu təmir olunduğu müddətdə onun istifadəsinə telefon verilməsi vəzifəsinin Cavabdeh-yə həvalə edilməsinə, ona vurulan mənəvi ziyana görə 1937 manatın, ödədiyi dövlət rüsumuna görə 30 manatın Cavabdeh-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 14.06.2021-ci il tarixdə Cavabdeh-yə Huawei P20 pro 128 GB BL markalı telefonunun ekranı sınıq olduğundan təmir etdirmək üçün müraciət etmiş, usta telefona baxış keçirib original ekranın və original olmayan ekranın qiyməti və sifarişlə gətirilməsi müddətini iddiaçıya izah edilmiş, iddiaçı telefonuna original olmayan ekranın qoyulması ilə razılaşmışdır. Daha sonra iddiaçı Huawei P20 pro 128 GB BL markalı telefonu 200-205 manat original olmayan ekran qoyulmaqla təmir edilməsi baradə razı olmasını təsdiq edən qəbzi imzalamış, həmin qəbzdə telefonun ekranının sınıq olması qeyd olunmuş, iddiaçı da həmin qəbzi imzalamışdır. Lakin sonradan iddiaçı telefonuna original olmayan ekranın qoyulmasını bəyənməmiş, usta həmin telefona iddiaçıya məxsus sınıq ekranı qoyarkən telefonun sensor düyməsi yerə düşmüş, usta axtarsa da düyməni tapa bilməmiş və iddiaçıya sensor düyməsini sifariş verib telefona əvəzsiz qoyulmasını təklif etmişdir. Lakin iddiaçı özünə məxsus telefonu sensor düyməsiz götürüb təmir etdirməkdən imtina etmişdir. Usta sensor düyməsini tapdıqdan sonra iddiaçıya zəng olunaraq servisə dəvət olunsa da, o, servisə gəlməmiş, polisə, məhkəməyə müraciət etmişdir. Cavabdeh hal-hazırda da iddiaçının telefona sensor düyməsini quraşdırmağa etiraz etmir. X.F. Nuriyev Cavabdeh-yə hər hansı bir vəsait ödəmədiyindən, MMC-nin xidmətindən imtina etdiyindən, MMC-nin iddiaçıya məxsus telefonu təmir etmək, həmin müddət ərzində iddiaçıya başqa telefon vermək öhdəliyi olmadığından, özünə məxsus olan telefonu istədiyi, özünün seçdiyi servisdə təmir etdirmək hüququ iddiaçıya məxsus olduğundan, Cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyan vurulması mümkün olmadığından iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Satıcı Baku-Electronics MMC ilə alıcı İddiaçı arasında 30.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Huawei P20 pro 128 GB BL markalı telefonu alıcıya 1937 manata satmışdır. Baku-Electronics MMC-nin 30.12.2018-ci il tarixli zəmanət talonundan müəyyən olunur ki, satıcı alıcıya satdığı Huawei P20 pro 128 GB BL markalı telefona görə 1 il müddətinə zəmanət vermiş, İddiaçı zəmanət talonunu imzalamqla zəmanət şərtləri ilə tanış olmasını təsdiq etmişdir. Baku-Electronics MMC-nin 30.12.2018-ci il tarixli qızıl zəmanət talonundan müəyyən olunur ki, satıcı alıcıya satdığı Huawei P20 pro 128 GB BL markalı telefona görə 1 il müddətinə qızıl zəmanət vermiş, İddiaçı zəmanət talonunu imzalamqla zəmanət şərtləri ilə tanış olmasını təsdiq etmişdir. Cavabdeh-nin 14.06.2021-ci il tarixli ******* saylı servisdə xidmət qəbzindən müəyyən olunur ki, İddiaçı məxsus ekran sınığı deffekti olan Huawei P20 pro 128 GB BL markalı telefonu müştəri ilə 200-205 manat təmir dəyəri razılaşdırılmaqla təmir edilmək üçün qəbul edilmişdir. Cavabdeh-nin 14.06.2021-ci il tarixli ******* saylı servisdə xidmət qəbzindən daha sonra müəyyən olunur ki, İddiaçı servis tərəfindən ona xidmət göstərilməsindən imtina edərək özünə məxsus Huawei P20 pro 128 GB BL markalı telefonu sensorsuz geri almışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh-də operator vəzifəsində işləyir. Müştəri İddiaçı Huawei P20 pro 128 GB BL markalı telefonunun ekran sınığı qüsuru ilə 2021-ci ilin iyun ayında Cavabdeh-yə müraciət etmiş, müştəriyə original ekranın qiymətinin 620-625 manat olması, sifarişlə 45 günə gətirilməsi, original olmayan ekranın qiymətinin 200-205 manat olması bildirilmişdir. Müştəri özü də tanışlarına zəng edərək qiymətlərlə maraqlanmışdır. Bundan sonra müştəri original olmayan ekranı seçmişdir. Lakin sonradan İddiaçı ekranı bəyənməmiş, geri qaytarmışdır. Usta telefonu İddiaçı qaytararkən telefonun sensor düyməsi düşərək itmişdir. Sonradan iddiaçıya zəng edilərək sensor düymənin tapıması bildirilsə də, müştəri servisə gəlməmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh-də mühəndis vəzifəsində işləyir. İddiaçı 2021-ci ilin iyun ayında ona müraciət edərək Huawei P20 pro 128 GB BL markalı telefonunun ekranının sınmasını bildirmişdir. O, telefona baxdıqdan sonra müştəriyə original ekranın qiymətinin 620-625 manat olmasını, sifarişlə 45 günə gətirilməsini, original olmayan ekranın qiymətinin 200-205 manat olmasını bildirilmişdir. Müştəri original olmayan ekranı seçmişdir. Lakin İddiaçı telefonu qəbul edərkən ekranı bəyənməmişdir. Həmin vaxt o, telefonun ekranını dəyişərkən telefonun sensor düyməsi yerə düşmüş, düymə kiçik ölçüdə olduğundan o, düyməni tapa bilməmiş, müştəriyə qiyməti 11-12 ABŞ dolları olan düyməni öz hesabına sifariş verəcəyini, sifariş gəldikdən sonra ona zəng edəcəyini demişdir. Müştəri telefonun götürüb getmişdir. Bir müddətdən sonra o, sensor düyməni tapmış və müştəriyə zəng vurumuşdur. Lakin X.F. Nuriyev məhkəməyə müraciət etməsini ona deyib, servisə gəlməyəcəyini bildirmişdir. İddiaçı servisə heç bir ödəniş etməmişdir. O, telefonu servisə təqdim edəcəyi halda sensor düymənin yerinə qoyulması təmin ediləcəkdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus telefonun ekranı sındığından o, Cavabdeh-yə müraciət etmiş, təklif olunan ximətlərdən seçim etsə də, sonradan orginal olmayan ekranı bəyənməmiş, telefonunun təmir olunmadan geri qaytarılmasını tələb etmiş, həmin vaxt telefonu təmir edən usta tərəfindən telefonun sensor düyməsi itirilmişdir. Telefon sensor düyməsi olmadan iddiaçıya qaytarılsa da, sonradan ona zəng edilərək sensor düyməsinin tapılması, yerinə qoyulması üçün telefonun servisə təqdim edilməsi iddiaçıya bildirilmiş, iddiaçı telefonunu servisə təqdim etməmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin işçisi tərəfindən iddiaçıya məxsus telefonun sensor düyməsi itirildiyindən iddiaçının tələbi bu hissədə əsaslıdır. Ona görə də iddia ərizəsi qismən təmin edilərək İddiaçı məxsus Huawei P20 pro 128 GB BL markalı telefona sensor düyməsinin qoyulması vəzifəsi Cavabdeh-yə həvalə edilməlidir. Məhkəmə iddiaçının digər tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin göstərdiyi xidmətdən könüllü imtina etdiyindən, cavabdehin iddiaçıya məxsus telefonun ekranını əvəzsiz təmir etmək, təmir müddətində onun istifadəsinə əvəzsiz telefon vermək öhdəliyi olmadığından, hələ məhkəməyə müraciət etməzdən əvvəl iddiaçıya cavabdehin əməkdaşları tərəfindən telefonunun sensor düyməsinin tapılması bildirsə də, iddiaçı mübahisəni məhkəmə vasitəsi ilə həll etmək seçimini etdiyindən, mübahisəni cavabdehlə qısa müddət ərzində həll etmək əvəzinə məhkəməyə müraciət etmək qərarını qəbul etmək seçiminə görə, telefonun sensor düyməsinin itməsinə görə iddiaçı hansı mənəvi istirab və sarsıntılar keçirə bilməsini məhkəməyə izah edə bilmədiyindən, telefonunun sensor düyməsinin itməsinə görə hamilə arvadına tibbi xidmət göstərilməsinin mümkün olmamasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməsinə görə məhkəmə iddia tələblərini qalan hissədə əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı məxsus Huawei P20 pro 128 GB BL markalı telefona sensor düyməsinin qoyulması vəzifəsi Cavabdeh-yə həvalə edilsin. Cavabdeh-dən dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6849/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6849/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver