Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6915/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “həkim Cavabdeh tam yoxlamadan etdiyi əməliyyat nəticəsində anası X1 ölməsinə görə onun heç bir maddi tələbi yoxdur, ancaq təqsirkarların araşdırılıb cəzalandırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “həkim Cavabdeh tam yoxlamadan etdiyi əməliyyat nəticəsində anası X1 ölməsinə görə onun heç bir maddi tələbi yoxdur, ancaq təqsirkarların araşdırılıb cəzalandırılması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı anasının ölümü ilə əlaqədar təqsirkarların araşdırılıb cəzalandırılmasını xahiş edir və onun mülki tələbi yoxdur. Lakin həmin tələb, cinayət xarakterli olduğundan, ona mülki icraat qaydasında baxıla bilməz və iddiaçı tərəfindən qeyd olunan hallar barədə müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, o, halhazırkı tələbi ilə bağlı şikayətlə müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “həkim Cavabdeh tam yoxlamadan etdiyi əməliyyat nəticəsində anası X1 ölməsinə görə onun heç bir tələbi yoxdur, ancaq təqsirkarların araşdırılıb cəzalandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, o, hal-hazırkı tələbi ilə bağlı şikayətlə müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6915/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6915/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver