Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6916/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi və Bakı şəhəri Baş Dövlət X1rşı “qərar və protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi və Bakı şəhəri Baş Dövlət X2 BNA 0070706, BNA 0088471, BNA 0104108, BNA 0105671, BNA 0123226, BNA 0252101, BNA 0315614, BNA 0710027, BNA 0720564, EQ-2563258 və EQ-2492166 nömrəli inzibati tənbeh olan qərar və protokolların ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, hazırki iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən qurumun qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci fəslinin tələblərinə uyğun olaraq şikayətlə aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-153-cü, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Bakı Nəqliyyat Agentliyi və Bakı şəhəri Baş Dövlət X2 qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci fəslinin tələblərinə uyğun olaraq şikayətlə aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6916/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6916/2020
24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver