Məhkəmə qərarları › İş №2(001)-6928/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6928/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6928/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı "Hərbi Vətənpərvərlik və X2" MMC-nin nümayəndəsi X3, İddiaçı "Hərbi Vətənpərvərlik və X2" MMC-nin Xəzri filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar "Hərbi Vətənpərvərlik və X2" MMC-nin və "Hərbi Vətənpərvərlik və X2" MMC-nin Xəzri filialının Cavabdeh qarşı yaşayış sahəsindən çıxarma, yaşayış sahəsinin boşaldılması və cavabdehdən pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə müəyyən e t d i:̇ İddiaçılar "Hərbi Vətənpərvərlik və X2" MMC və "Hərbi Vətənpərvərlik və X2" MMC-nin Xəzri filialının Cavabdeh qarşı yaşayış sahəsindən çıxarma, yaşayış sahəsinin boşaldılması və cavabdehdən pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların nümayəndələri məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların nümayəndələri iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçılar "Hərbi Vətənpərvərlik və X2" MMC-nin və "Hərbi Vətənpərvərlik və X2" MMC-nin Xəzri filialının Cavabdeh qarşı yaşayış sahəsindən çıxarma, yaşayış sahəsinin boşaldılması və cavabdehdən pul vəsaitinin tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar