Məhkəmə qərarları › İş №2(001)-6929/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6929/2021

29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6929/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və X4 qarşı 16.03.2020-ci il tarixli 4 Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ünvan 1 ünvana Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020-ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı 16.03.2020-ci il tarixli 4 Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ünvan 1 ünvana Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı və başqalarına qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi 88 saylı evdən istifadə hüquqlarının ititilmiş hesab edilməsinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli 2(001)-2805\2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, doğulduğu gündən yaşadığı ev aidiyyəti olmayan şəxslər, yəni cavabdehlər tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Cavabdehlərin iddiaçının yaşadığı evə heç bir aidiyyəti olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli 2(001)-5567\2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə qaydaları müəyyən edilmişdir. Cavabdehlərin iddiaçıya məxsus ünvana dair əldə etdikləri sənədlər saxtalaşdırılmışdır. Bu barədə xüsusi qərardad qəbul edilməlidir. Ona görə də 16.03.2020ci il tarixli 4 Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ünvan 1 ünvana Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020-ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair qətnamə şıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqları DƏDRX-də qeydə alınmamışdır. ünvan 4 ünvanında bir neçə fərdi yaşayış evləri yerləşir. O, cavabdehlər Cavabdeh1 və X5 tanımır, cavabdehlər heç vaxt onun evində, o isə cavabdehlərə məxsus evdə yaşamamış, onun evinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. O, hal-hazırda da özünə məxsus evdə yaşayır. Cavabdehlər onun ev ünvanına dair müqavilə bağlamış və bu ünvana dair X4 çıxarış verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli 2(001)-5567\2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı, X1 və X2 arasında istifadə qaydaları müəyyən edilməklə sahəsi 15,5 m2 və 12,6 m2 olan otaqların, sahəsi 9,5 m2 olan dəhlizin, sahəsi 4,8 m2 olan köməkçi sahənin, sahəsi 6,6 m2 olan dəhlizin, sahəsi 10,8 m2 olan mətbəxin və sahəsi 6,9 m2 olan girişin İddiaçı Xuduş qızının istifadəsinə verilməsi, həmin otaqların qarşısında yerləşən hissəsindən hasar çəkilərək küçəyə qapı açılması, həyətdəki hamam və ayaqyolunun ümumi istifadədə saxlanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli 2(001)-2805\2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək İddiaçı və başqalarının Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi 88 saylı evdən istifadə hüquqlarının ititilmiş hesab edilməsi qət edilməklə qətnamənin cavabdehlərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması müəyyən edilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzinin 20.08.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehlər arasında 16.03.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında alıcının mülkiyyət hüquqlarına dair aparılan qeydin ləğv edilməsini xahiş etsə də, həmin müqavilənin predmeti olan daşınmaz əmlaka bağlı hər hansı bir hüququnun mövcud olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) İstinad olunan maddi hüquq normalarından müəyyən olunur ki, müqavilənin ləğv edilməsini tələb etmək hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlər arasında bağlanan müqavilənin və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsini təlb etmək üçün subyektiv hüquqa malik olmadığından iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və X4 qarşı 16.03.2020-ci il tarixli 4 Ə-250 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ünvan 1 ünvana Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.03.2020-ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar