Məhkəmə qərarları › İş №2(001)-693/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-693/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-693/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmiş avadanlıqların 10 ay müddətinə hər ay 4000 ödəmək şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda qeyd edilən avadanlıqların alınması üçün 1000 ABŞ dolları beh ödənilmiş və behin ödənilməsi tərəflərin yazılı razılığına əsasən təsdiq edilmişdir. Qeyd edilən müqavilə üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat ödənişlər aparılmışdır. Bundan 2000 manat pul ödənilmiş və avadanlıqların bir hissəsi Qaradağ rayonunda olduğunu və oradan da oğurlandığını bildirməklə umumi məbləğdən 5000 manat azaltdığını bildirmişdir. Avadanlıqlar Cavabdeh1 təklifinə əsasən Qaradağ rayonunun Çənlibel ərazisindən Xəzər rayonu, Türkan ərazisində yerləşən daş karxanısına Elvin Quliyev tərəfindən gətirilmişdir. Sonradan məlum olmuşdur ki, həmin avadanlıqların bir qismi deyil demək olar ki, çox hissəsi istismara yararsız vəziyyətdədir. Bu səbəbdən də həmin avadanlıqların bəzilərinin təmiri üçün iddiaçı tərəfindən xərc çəkilmişdir. Beləliklə avadanlıqlar yararlı vəziyyətə gətirildikdən sonra bəlli olmuşdur ki, Cavabdeh1 tərəfindən müqavilə şərtləri pozulmuşdur. Qeyd edilən istifadəyə yararlı iddiaçının aktla Ruhid Məmmədova təhlil verdiyi avadanlıqlar xəbəri olmadan sonradan Cavabdeh2 istifadə etdiyi daş karxanasına aparılmış və hal-hazırda da istismar edilir. Avadanlıqların geri qaytarılması və iddiaçıya dəymiş maddi və mənəvi ziyanının ödənilməsi üçün tərəflərə şifahi qaydada müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Bundan başqa sonradan məlum olmuşdur ki, qeyd edilən Qaradağ rayonu Çənlibel ərazisində yerləşən daş karxanısı və avadanlıqlarla bağlı mülki icraat qaydasında məhkəmə mübahisəsi mövcuddur. Qeyd edilənlərə əsasən açıq-aşkar müəyyən edilir ki, Cavabdeh1 tərəfindən müqavilə şərtləri pozulmuş, avadanlıqlar üçüncü şəxslərin hüquqlarından azad olmadan iddiaçıya satılmışdır. Bununla da iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Belə ki, avadanlıqların 9 aydan artıq müddətdə Cavabdeh2 qanunsuz istifadəsində olması səbəbindən iddiaçıya 19000 manat avadanlıqların dəyəri və 9 aylıq istismara görə aylıq 2000 manat maddi, mənəvi zərər kimi 50000 manat dəyərində, yəni ümumilikdə 87000 manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 ilə aralarında borcun ödənilməsinə dair razılıq əldə edildiyindən, ona münasibətdə iddiadan imtina etdiyini bildirmiş, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmiş və həmin məhkəmə iclasında Cavabdeh1 cavabdehlər sırasından çıxarılmışdır. Cavabdeh2 iddiaya etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 aldığı mişar daşı istehsal edən avadanlıqların iddiaçının xəbəri olmadan onun işlədiyi daş karxanasına aparılmasını və istismar edilməsini bildirir. İddiaçının göstərdiyi arqument tamamilə əsassızdır. Belə ki, şərikli işlətdikləri daş karxanası fəaliyyətini dayandırdıqdan sonra o, Xəzər rayonunda yerləşən başqa karxanada fəaliyyətə başlamışdır. İddiaçının əldə etdiyi avadanlıqların ona heç bir aidiyyəti yoxdur, onların müqəddəratı barədə tam məlumatsızdır. Həmin avadanlıqların əldə edilməsi, təhvil verilməsi ilə bağlı onun heç bir iştirakı və əlaqəsi olmamışdır. Avadanlıqların sahibi Cavabdeh1 ilə danışıqlar məhz İddiaçı və Elvin Quliyev arasında olmuş, avadanlıqlar xx.xx.2020-ci il tarixli akt əsasında Elvin Quliyevə təhvil verilmişdir. Avadanlıqların ona təhvil verilməsi və ya bir hissəsinin onun tərəfindən istismar edilməsi barədə hər hansı sübut mövcud deyil. Həmçinin iddiaçı məhz hansı avadanlıqların onun tərəfindən istismar edildiyini də qeyd etməmişdir. Göründüyü kimi, hazırda iddiaçının bu iddianı qaldırmaqda məqsədi barəsində başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən yayınmaq istəyi olmuş, halbuki, onun barəsində cinayət işinin istintaqı davam etdirilir, İddiaçı cinayət işi üzrə ona vurulmuş ziyanı ödəyəcəyini öhdəsinə götürüb. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, o, cavabdehlə şərik olmuş və şərik olduqları müddətdə fəaliyyət göstərdikləri ərazi ona məxsus olmuşdur. İşlədikləri müddətdə axsamalar yaranmış və Elvin Quliyev rekultivasiya ilə bağlı işləri gecikdirdiyinə görə Grand Agro şirkəti ilə olan müqavilənin müddəti uzadılmadı. Şirkət əvvəlcədən onlara dekabr ayının 27-nə qədər müəyyən təyinat nöqtəsini rekultivasiya etmək barədə xəbərdarlıq etmişlər. Seyfəl və Elvinlə işlədiyi müddətdə ortaqlı kassanın pulu ilə onlar avadanlıqlar almışlar. İddiaçı bir iş adamı olaraq müflis olmuş və vergi borcları qalmaqda davam edirdi. 2020-ci ildə X11 digər şəxsdən avadanlıqlar götürdüyünə görə o, əlavə xərcə düşmüş, 32500 manat, 8000 manat, 8125 manat ödənişlər etmişdir. Daha sonra həmin şəxslə borc müqaviləsi bağlamışdır. Karyer bağlandıqdan sonra həmin avadanlıqlar karyerdə qaldı. Cavabdeh2 ondan polisə şikayət etdikdən sonra o da ona qarşı iddia qaldırmağa məcbur oldu. Seyfəl avadanlıqların Elvində olduğunu deyir, Elvin isə polisdə iddiaçının üzünə durur. Ruhid Məmmədov ilk gündən Elvin, Seryfəl və iddiaçının ortaq işlədikləri yerdə işləyib. Bir müddət işlədikdən sonra iş fəaliyyətindəki axsamalar səbəbindən öz ərizəsi ilə işdən azad olunub. Cavabdeh2 Ruhidi sonradan işə götürüb. Elvinlə birlikdə Ruhid də Əlizadədən avadanlıqların alınma prosesində iştirak edib, iddiaçı həmin proseslərdə iştirak etməmişdir. Ruhidin sonuncu iş yeri Cavabdeh2 yanı olub. Seyfəl və Ruhidin birlikdə işləməsinə, fəaliyyət göstərməsinə dair sübutlar, səs yazıları, bir-birlərinə pul köçürmələrinə dair qəbzlər, birlikdə çəkdirdiyi şəkillər mövcuddur. İddiaçının təsisçisi olduğu şirkət dövlətdən icarəyə götürülən ərazidən daş çıxarmaq və oradan əldə edilən vəsait ilə həmin əraziləri rekultuvasiya etmə ilə məşğul olub. İddiaçı ona verilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: Ona dəymiş 37000 manat maddi ziyan prokurorluqda ona narahatlıq yaradan texnikaları əhatə edir. Yararsız texnikalar satılsa da, karyerdə qalan texnikalar iddiaçı olmadığı müddətdə Seyfəlin ərazisinə daşınıb. 37000 manat maddi ziyanı bu günkü bazar dəyərinə əsasən müəyyənləşdirib. Əlində hər hansı qəbz yoxdur. 37000 manat maddi ziyanın əhatə etdiyi əmlaklar bunlardır: əhəng daşı istehsal etmək üçün istifadə olunan kombayn motorları, toçilka, 37500-lük motor, 40500-lük motor, svarka aparatı, 3000 metrdən artıq kabellər. Hamısının dəyərini 8-ci mikrorayon bazarındakı bu günkü bazar qiymətləri ilə müəyyən edib. Lizinq avadanlıqlarını Elvin Quliyev alıb 2020-ci ildə onun ərazisinə gətirmişdi. Avadanlığı o görməyib və alqı-satqısında iştirak etməmişdir. Həmin avadanlıqlarla bağlı avadanlıq sahibi ilə onun hər hansı danışığı olmayıb. 2020-ci ildən sonra avadanlıq sahibi ona dedi ki, “Mən sənin şərikinə avadanlıq vermişəm, pulu ödənməyib, mən onu tutduracam”. O da Elvini tutdurmasın deyə, beh verdi və alqı-satqı barədə razılığa gəldilər. Avadanlıqların sahibi Əlizadə idi. Həmin razılaşma zamanı Seyfəl orada yox idi. Avadanlıqların istismara yararsız olanları yarasız metal kimi satıb. Avadanlıqların Ruhidə təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli akt mövcuddur. Kazım Sultanov onun işçisi olub və öhdəliyini yerinə yetirib. Kazım Sultanov təsdiq edir ki, avadanlıqları Seyfəlin işçisi Ruhid Məmmədova təhvil verib. Avadanlıqlar onların qeyriqanuni fəaliyyət göstərdiyi karxanaya daşınıb. Buna Ruhid, Ramid və Saqif şahiddir. X15 işçisi olub. Ruhid və Seyfəlin telefon danışıqları, onların arasında olan hesabatlar mövcuddur. Seyfəl avadanlıqların onda olduğunu ozü etiraf edib. Bu yaxınlarda onların bu barədə danışığı da olub. Hətta Seyfəl həmin avadanlıqları Əlizadəyə satmaq istəyib. 50000 manat mənəvi ziyan tələbini onunla əsaslandırır ki, barəsində yalan ifadə verilib, iş adamı kimi nüfuzuma xələl yetirilib, 2 dəfə haqsız yerə həbsə alınıb və s. Səhhətində olan pozulmalarla bağlı həkimə müraciət etmişdir. Əlizadə onu şərləməyib. Ona və Əlizadəyə ziyanı Elvin Quliyev vurmuşdu. Həmin iclasda iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçının dedikləri hamısı yalan, şər və böhtandan ibarətdir. İlk gündən Ruhidi işə o götürüb. Cavabdeh nə Ruhidi, nə də Kazımı tanımır. O, Elvinlə 50/50 ortaq işləyirdi. Daha sonra Elvin oz hissəsindən 25%-i Aqilə verdi. Onlar orada daş istehsal edirdilər. Cavabdeh ona verilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: Ruhid Məmmədovu ilk dəfə iddiaçı işə götürüb, sona qədər də onunla işləyib. Ruhid Məmmədov prokurorluqda verdiyi izahatı həqiqəti əks etdirmir. O, avadanlıqların harada olduğunu bilmir. Həmin iclasda iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, iddia tam şəkildə Əlizadənin üzərində qurulmuş iddiadır və sonradan Əlizadə ilə razılıq əldə olunmuş və Əlizadə cavabdehlər siyahısından çıxarılmışdır. 2020-ci ilin dekabr ayında lizinq avadanlıqları Əlizadə tərəfindən Elvinə təhvil verilmiş və buna dair siyahı var. 2022-ci ildə Elvin Quliyev, İddiaçı və Cavabdeh1 arasında sözügedən avadanlıqların satılması ilə bağlı müqavilə bağlanmışdı. Lakin, sonradan ödənişlər edilmədiyindən Əlizadə Xəzər Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Həmin işin materiallarından görünür ki, Əlizadə avadanlıqları məhz Aqil və Elvindən tələb edir. Bildirir ki, danışıq onların üçü arasında olub. Yəni, bu avadanlıqların istifadəsi, istismarı, alqı-satqısında Seyfəlin heç bir iştirakı olmayıb. Prokurorluqda verilmiş 14 noyabr tarixli qərardan görünür ki, Aqil 179-cu maddə ilə təqsirli bilinir və avadanlıqların onda olduğunu etiraf etdiyindən, ödənişlər edildikdən sonra barəsindəki işə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Mənəvi zərərlə bağlı isə iddiaçının bildirdiyi heç bir hal sübuta əsaslanmır, yalnız sözlərdən ibarətdir. Aqil müəllim özü də bildirir ki, Seyfəl şikayət edənə qədər ondan şikayət etməyib, sonradan məcburiyyət qarşısında qalıb şikayət edib. Bu o deməkdir ki, həqiqətən də, Seyfəl tərəfindən heç bir avadanlıq mənimsənilməyib. Həqiqətən də, Seyfəl 40500 manatın dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı şikayət edib və Aqil müəllim həmin pulun ən azı yarısını ödəmək üçün müddət istəyib. Həmçinin, Aqil müəllim qeyd edir ki, Seyfəl və Ruhidin birlikdə çəkdirdiyi şəkillər var. Bu o demək deyil ki, Aqil müəllimin Ruhidə verdiyi avadanlıqlar Seyfələ çatdırılıb. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə bildirmişdir ki, Aqil, Elvin və Seyfəl şərik olublar. 2018-ci ildə onlarla tanış olmuşdur. Şərik olduqları dövrdə müəyyən avadanlıqlar alınmışdır. 2022-ci ildə o, müəyyən səbəblərdən işdən çıxmalı oldu. Müəyyən müddət sonra Aqil onu yanına çağırdı və kombaynın ehtiyyat hissələrini ayırmaq lazım olduğunu bildirdi və o, bütün ehtiyyat hissələrini ayırıb Nazim kimi tanıdıqları Kazım adlı şəxsə təhvil verdi. Bir müddət sonra, dekabr ayında Seyfəl ona onunla birlikdə işləməyi təklif etdi. Müəyyən vaxt keçdikdən sonra, təqribən yanvar ayında şərikli fəaliyyət göstərdikləri yer bağlandı. Həmin ərəfədə Nazim ona dedi ki, “mən səndən təhvil atdığm texnikaları, məndən təhvil götür”. Seyfəl və o, birlikdə gedib həmin texnikaları təhvil götürmüşlər və bunu notariusda təsdiq etmişlər. 2 karyerin arasında setka var idi, avadanlıqları götürüb Seyfəlin ərazisinə keçirtdilər. Sonra o, çıxıb getdi və müəyyən müddət sonra ona zəng olundu ki, gəlib avadanlıqları təhvil versin. O da Seyfəldən məsələni soruşduqda o, bildirdi ki, “Aqil bilər, mən bilərəm”. Birmənalı olaraq avadanlıqlar yoxa çıxdı. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: Seyfəlin karyerinə aşağıdakı avadanlıqları keçirtdilər: 4 böyük motor, 5 kiçik motor, 45500-lük, 37500-lük, 7,5 kW-lıq, toçilka daşı - mişar itiləyən, su çəni, svarka aparatı, laqonda, kabellər. Bu avadanlıqlar ortaqlıq dövründə alınmışdı. Məhz Aqil müəllimə aid olan avadanlıqlar oğurlanıb. Onlar işçilər olaraq öz aralarında təhvil-təslim etmişlər. Aqil müəllim ona siyahı tərtib etdirib avadanlıqları Kazıma təhvil verdirdi. Həm də, Aqil müəllim həmin vaxt orada idi deyə aktı da özü imzaladı. Yanvarda o və Kazım arasında təhviltəslim aktı imzalandıqdan sonra avadanlıqlar Seyfəlin obyektinə daşındı. Seyfəl də dedi ki, “Aqil bilər, mən bilərəm”. Həmin vaxt Seyfəlin işçisi olduğuna görə daşımanı o həyata keçirmişdir. Hər dəfə akt tərtib edilməsinə zərurət görülmürdü. Sadəcə olaraq Kazım çox qorxaq və məsuliyyətli insan olduğundan rəsmiləşdirməni lazımi hesab edirdi. Zavod istehsalı olan 37500-lük motorun qiyməti 2500 manat civarındadır. Həmin motordan 4 ədəddir. 2-si zavod istehsalıdır, digər ikisi isə zavod istehsalı deyil. Onun hesablaması belə olmuşdur. Dəqiq qiymətləri barədə isə məlumatı yoxdur. Onun sonuncu iş yeri Seyfəlin yanında olub. Avadanlıqları 2023-cü ilin yanvar ayının 29-u Kazımdan təhvil almışdır. O, həmin vaxt Seyfəl ilə işləyirdi. Şəriklərin yeri bağlananda Kazım orada nəzarətçi idi. Kazım ona dedi ki, “avadanlıqları təhvil götürmək lazımdır”. O da Seyfəlin işçisi olduğumdan Seyfəl daşımaq səlahiyyətini ona verdi. Bütün orada olan ləvazimatları onlar 2023-cü ilin fevral ayının 4-ü gecə saat 3-ə qədər Seyfəlin obyektinə daşıdılar. Avadanlıqları Seyfəllə təhvil almışdır. Aktda o səbəbdən Seyfəlin adı yoxdur ki, bütün səlahiyyət ona verilmişdir. Avadanlıqları təhvil verən də o olmuşdur. Onları ona Aqil təhvil vermiş, o da Kazıma təhvil vermişdir. xx.xx.2023-cü ildə aktla verilən əşyalar Aqilə məxsus idi. 4 fevralda bütün avadanlıqları oradan o yığmışdır. Ondan əvvəl isə şəriklərin 1 ay yarım idi ki, fəaliyyətləri dayanmışdı, həmin dövrdə kombaynların üstündəki motorları açıb o, Seyfəlin obyektinə aparmışdır. Avadanlıqları təhvil aldıqdan sonra Kazımla birlikdə Seyfəlin traktoru ilə Seyfəlin obyektinə keçiriblər. Orada 8 nəfər idilər. Seyfəl ilə təhviltəslim aktı imzalanmasına ona görə ehtiyac görməmişdir ki, 2018-ci ildən o, 3 şəxsi ortaq kimi tanımış, düşmən kimi tanımamışdır. Seyfəllə 6 ay işləyib. Sonra işdən küsüb-inciyib getdi. Hal-hazırda Seyfəl ilə incik vəziyyətdədir, Seyfəlin ona borcu var. İşlədiyi gündəlik əmək haqqı ona ödənilməyib. Sənədləşmə Hövsandakı notariusda aparılıb və həmin sənədləşmədə o və Kazım iştirak edib. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X12 ifadəsində məhkəməyə bildirmişdir ki, 2023-cü ilin yanvar ayında 3 müdirin şərikli işlədiyi karyerdə onların işi yekunlaşmaq üzrə idi. Daş kəsimi aparılan yerlərin doldurulması prosesi gedirdi, həmin vaxt karyerdə daş kəsilib satılmırdı. O da iş yekunlaşdığından Aqil müəllim və Seyfəl müəllimə rayona çıxıb gedəcəyini bildirmişdir. Karyerdə Aqil müəllimin özünə məxsus motorlar var idi və onlar əvvəlki işçi tərəfindən ona təhvil verilmişdi. Müəyyən müddət sonra Ruhid və Seyfəl müəllim onlarla qonşuluqda işləməyə gəldilər. Onların işi başlananada onların işi yekunlaşırdı. Onlarda satış olmadığından qazanc da olmurdu. 2023-cü ilin yanvar ayının 28-29-u səhər Seyfəl müəllimlə görüşdü, Ruhidi də çağırdı. Həmin vaxt 2 kombayn (komplekt), polosofka, reyslər, 3 böyük vaqon, 1 balaca budka, su çəni, toçilka aparatı, svarka aparatı, laqonda aparatı - bunların hamısını Ruhidə təhvil verdi. Onun özünün də karyerdən alacağı var idi. Sonra ona xəbər verdilər ki, texnikalar yoxa çıxıb. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: Müdirləri Aqil, Elvin və Seyfəl idi. Getməsi haqqında məhz Seyfəl müəllimə məlumatı ona görə vermişdir ki, həmin vaxt Aqil müəllim xəstə idi, karyerə gəlmirdi. Elvin müəllim də çox gəlmirdi. Seyfəl müəllim karyerin həm bütün gedişatından məlumatlı idi, həm də hər gün orada idi. Avadanlıqları Ruhidə ona görə təhvil vermşdir ki, onun işlədiyi yerdə əvvəl o, işləyirdi. Onlar Seyfəl müəllimin babası ilə də işləmişdirlər. Onun təhvil verdiyi avadanlıqlar üç müdirə məxsus idi. O, daşımanı görməmiş, daşıma prosesində iştirak etməmişdir. O, avadanlıqları müdirin yanında təhvil verdikdən sonra rayona çıxıb getmişdir. O, avadanlıqları təhvil verdiyi vaxt, yanvar ayının 28-29-u 3 müdir ortaq şəkildə işləyirdi. O, avadanlıqları Ruhid və Seyfəl müəllimə təhvil vermişdir. Həmin gün onlar akta imza atmamışlar. Avadanlıqların itməsi barədə ona Aqil müəllim xəbər verdi və o, avadanlıqları Ruhidə təhvil verdiyini bildirdi. Ruhid ona təhvil aldığı avadanlıqları Seyfələ verəcəyini deməyib. O, Seyfəl müəllimlə danışdı və gedəcəyini bildirdikdən sonra avadanlıqları Ruhidə təhvil verdi. Üç şərik işlədiyi dövrdə setkanın digər tərəfində Seyfəl özü də ayrıca işləyirdi. Təhvil verilən avadanlıqlardan 4 böyük motor, 5 balaca motor, 50 metr 18-lik reyslər, 42 metr 50-lik reyslər, 5 tonluq su çəni, rubilnikləri Ruhid ona Aqil müəllimə məxsus olan avadanlıq kimi göstərmişdir. İsrafil adlı usta kombaynın üstündə olan Seyfəl müəllimə məxsus olan motorları Seyfəl müəllimin tapşırığı ilə götürüb aparmışdır. Həmin avadanlıqların Aqil müəllimə məxsus olduğunu bildiyi halda, Seyfəl müəllimə ona görə təhvil verdi ki, Aqil müəllim xəstə olduğundan karyerə gələ bilmirdi. Yanvar ayında tərtib olunduğu qeyd olunan akt avadanlıqlar təhvil verilərkən imzalanmayıb. Əmlaklar ortalığa çıxmadıqdan sonra keçmiş tarixə akt tərtib etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində məhkəməyə bildirmişdir ki, 2020-ci ildə Evin Ruhid, İslam onun texnikalarını icarəyə götürdülər və Elvinlə aralarında akt bağlandı. 1 ay keçdi. Ona pul verilmədi. Elvinə zəng etdi, Elvin kart hesabına 2000 manat göndərdi. Sonra yenə ödənişlər gecikdirildi. Çayxanada o, Elvin və İslam görüşüb razılaşdılar. Həmin vaxt Aqil oraya gəldi və 2-3 dəqiqə Elvin ilə söhbət etdi. Onun Aqil ilə heç bir danışığı olmadı. Növbəti dəfə Seyfəl, Aqil, Ruhid, Elvin, Elvinin qardaşı oğlu və o, yenə eyni yerdə görüşdülər. O, həmin vaxt bildi ki, texnikaların bir hissəsi satılıb, bir hissəsi isə oğurlanıb. O da pul verilməyəcəksə texnikalarını qaytarmağı tələb etdi. Ruhid, İslam və Elvin tələbi ilə razılaşdılar. O, onda Seyfəli də tanımırdı, sonradan ona məlum oldu ki, 3 şərik karyer işlədirlər və həmin avadanlıqlar onların karyerində istifadə olunub. Söhbət əsnasında öyrəndi ki, şəriklərin arasında narazılıq olmuş və ayrılmışlar. Texnikaların icarəsi ilə bağlı o, Elvinlə müqavilə bağlamış, nə Aqili, nə də Seyfəli tanımamışdır. Elvin də onu çox yubatdıqdan sonra o, onun barəsində Xəzər rayon Polis İdarəsinə şikayət etdi. Daha sonra Xəzər Rayon Prokurorluğunda iş başladıldı, Aqil və Elvinə cinayət işi qaldırıldı. Seyfəl ilə prokurorluqda bir neçə dəfə görüşdülər, üzləşmə oldu. Ona orada məlum oldu ki, avadanlıqlar karyer bağlandıqdan sonra Ruhid və Nazim tərəfindən Seyfələ təhvil verilib və Seyfəlin ərazisinə daşınıb. Texnikaların bir hissəsi hal-hazırda Seyfəlin karyerində işlədilir, bir hissəsi isə Elvin tərəfindən satılıb. O, bu hadisələri görməmiş, sadəcə olaraq bunlar ona deyilən məlumatlardır. Aqilə münasibətdə bir sıra məcburiyyət tədbirləri görülsə də, Elvinə münasibətdə heç bir şey edilməmişdir. O, Elvinə qarşı da ayrıca iddia qaldıracaq. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: 14 adda olan avadanlıqlar su çənindən başqa hamısı onundur. Onların dəyərini Aqil ona görə tələb edir ki, o, Aqilə deyib ki, ya avadanlıqların pulunu verməlidir, ya da onu məhkəməyə verəcək. Həm də, o, karyerdə olan bütün avadanlıqları 40000 manata Aqilə satıb, aralarında akt var. Satdıqdan sonra avadanlıqların pulunu almayıb. Su çənindən başqa 13 adda olan avadanlıq 37000 manat dəyərində ola bilər. Aqil müəllimin hal-hazırda ona 40000 manat borcu var və Aqil pulu almalıdır ki, ona pulunu qaytarsın. O, həmin avadanlıqları Elvinə vermişdir. Elvin, Aqil, Seyfəl öz aralarında razılaşıblar. O Aqillə borc müqaviləsi bağlayıb barışdıqdan sonra hazırkı mülki iş çərçivəsində cavabdehlər siyahısından çıxarıldı. Əmlakları Elvinə verdiyi halda borc müqaviləsini Aqillə ona görə bağlayıb ki, ona Seyfəl və Elvin sənəd göstərdilər ki, Aqil avadanalıqların bir hissəsini yararsız dəmir kimi satıb. Elvin, Aqil və o razılaşdılar ki, mallar Aqillikdir, icarə haqqı isə Elvinlik. O da əmlakları Aqilə satdı. Notariusda da borc müqaviləsini təsdiq etdilər. Elvinin ona ancaq icarə haqqı borcu qaldı. Aqil ona əmlakları qaytarsa 40000 manat borc bağlanmış olacaq. Cavabdeh2 işlətdiyi karxanada olan avadanlıqlara baxış keçirilərsə, avadanlıqların məhz ona məxsus olmasını müəyyən etmək mümkün deyil. Avadanlıqların hər hansı fərqləndirici əlamətləri yoxdur. 14 adda olan əmlak hal-hazırda Aqilin mülkiyyətidir. Avadanlıqların dəyəri Aqil tərəfindən ödənilməyib. O, Aqildən həmin əmlakların dəyərini tələb edəcək. O, Aqil ilə 40000 manatlıq borc müqaviləsi bağlamışdır. Bu müqaviləni Elvinə də, Seyfələ də göstərmişdir. Həmin əmlakları o, Elvinə 2020-ci ildə təhvil verib. Eşitdiyinə görə bir hissəsi hazırda Seyfəlin karyerində istifadə olunur, bir hissəsini isə Elvin Qaradağa başqa bir karyerə aparıb. Onun eşitdiyi məlumatlar bunlardır. O, heç deyilən karyerlərin harada olduqlarını da bilmir. Avadanlıqların Seyfəlin karyerində istifadə olunması ona polisə şikayət edənə qədər deyilib. O, avadanlıqlarının bir hissəsinin Seyfəldə olduğunu bildiyi halda Seyfəldən ona görə şikayət etməyib ki, avadanlıqları Elvinə təhvil vermişdir. Avadanlıqlarının bir hissəsinin Seyfəldə olduğunu ona Elvin deyib. Avadanlıqların bir hissəsinin satılmasını ona Elvin və Seyfəl demişdi. Xəzər Rayon Prokurorluğunda verdiyi ifadədə avadanlıqların Seyfəldə olmasına dair ondan soruşulmadığına görə heç nə deməyib. Elvin ona yararsız dəmir kimi satılmış avadanlıqlardan başqa digər avadanlıqların Seyfəlin karyerində istifadə olunduğunu və qalan avadanlıqların dəyərini ona ödəyəcəyini bildirdi. O, karyer işlətmədiyini və səhhətində problem olduğunu dedi. Ona Seyfəlin yanında Elvin dəfələrlə deyib ki, “Avadanlıqlar Seyfəlin karyerindədir, istəyirsənsə gedək baxaq”. Cavabdeh1 verdiyi ifadədən sonra İddiaçı məhkəməyə bildirdi ki, Əlizadə müəllimlə 32500 manat məbləği üçün borc müqaviləsi bağlamış və o iddiaçıya qarşı olan şikayətini geri çəkib. Əlizadə müəllimdən borc pul almayıb, borc müqaviləsi avadanlıqlarla bağlıdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X14 ifadəsində məhkəməyə bildirdi ki, Aqil müəllim deyib ki, Seyfəl ona məxsus avadanlıqları onun karyerinə gətirib. Onun karyerində Aqil müəllimin hər hansı avadanlığı yoxdur. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirdi: Seyfəli 2-3 ildir tanıyır. Seyfəl onun karyerində 2 ilə yaxın olar işləməyə başlayıb. Seyfəlin əvvəlki iş yerindən çıxma səbəbi ilə bağlı məlumatı yoxdur. Seyfəl onunla işləməyə başlayanda özü ilə texnikalar, avadanlıqlar gətirməmişdir. Onun karyerində ona məxsus texnikalardan istifadə olunur. Seyfəlin orada konu, traktoru işlədilib. Amma kombaynı işlədilməyib. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, o, 1,5-2 il əvvəl Aqil müəllimin karxanasında işləmişdir. Daşkəsən kombayn, reyslər, vaqon yararsız metal kimi satılmışdır. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirdi: O, Aqil müəllimin karxanasında işlədikdən uzun müddət sonra Abbas müəllimin karxanasında işləməyə başlayıb. Seyfəlin Abbas müəllimin karxanasında işləməyə nə vaxt başladğı dəqiq yadında deyil. Seyfəlin Abbas müəllimin yanına gəlişini xatırlamır. Aqil müəllimin yanında işlədiyiniz vaxt avadanlıqlardan kombayn və reys var idi. Həmin avadanlıqlar Aqil müəllimə məxsus idi və həmin avadanlıqları yararsız dəmir alıcıları gəlib hissələrə ayırdılar. Onların kim tərəfindən daşınmasını bilmir. O, ancaq daşkəsən kombayn, reyslər, vaqon barəsində məlumatlıdır. Hal- hazırda işləmir. 1 aydır ki, işsizdir. 1 ay əvvələ qədər Abbas müəllim və Seyfəl ilə işləyib. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 oğlu ifadəsində məhkəməyə bildirdi ki, o, Aqil müəllimin karyerində işləmişdir. Kombayn, vaqon və reysi yararsız metal kimi satılmışdır. Şahid ona verilən suallara cavab olaraq aşağıdakıları bildirdi: Hal-hazırda işləmir. Abbas müəllimlə işləməyib. Seyfəlin Aqil müəllimin yanından çıxıb Abbas müəllimin yanına işləməyə getməsini görməyib. Seyfəlin kon sürücüsü işləyib, lakin hər hansı daşımada iştirak etməyib. Cavabdeh tərəfin dəvət etdiyi şahidlərin verdiyi ifadələr dinləndikdən sonra İddiaçı məhkəməyə bildirdi ki, dindirilən 3 şahidin məsələyə heç bir aidiyyəti yoxdur. Onun şahidləri isə sırf şirkətin rəsmi işçiləridir. X21 qonşusudur və kon sürücüsüdür. İsrafil çilingərdir və kamaz sürücüsüdür. O, satılan avadanlıqları tələb etmir, tələb etdiyi avadanlıqlarla bağlı şahidlər bir söz də demədilər. Həmçinin, avadanlıq olmadan karxanada şərik işlənilmir. Kombaynın dəmirləri satılıb, elektronik hissələri isə satılmayıb, başqa avadanlıqlarda işlənilib. Bəzi avadanlıqlar 10800 manata satılıb. O, Əlizadədən aldığı avadanlıqların pulunu ödəyib. O, Elvin və Seyfəl ilə qeyri rəsmi şərik olmuşdur. Belə ki, rekultivasiya ilə əlaqədar narazı olan kənd camaatı Kanal-13 vasitəsilə şikayət etdikdən sonra rəhbərlik ona kənd camaatı ilə şərik olmağını və işləri yoluna qoymağını məsləhət gördü. Onunla heç bir əlaqəsi olmayan Grand Agro şirkətinin əməkdaşının izahatından da görünür ki, müqavilə müddəti bitdikdən sonra, onun xəstə olduğu dövrdə avadanlıqları Seyfəl aparıb. Elvin ora kamera da qoydurmuşdu, lakin Seyfəlin atası gəlib kameraları sökdürdü. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil qeyd olunanlara cavab olaraq bildirdi ki, iddiaçı iddia edirdi ki, avadanlıqları setkanın digər tərəfində olan karyerə köçürülüb. Həmin karyerin sahibi gəlib ifadəsində bunun doğru olmadığını bildirdi. Digər iki şahid isə avadanlıqların hissələrə ayrılıb yararsız metal kimi satıldığını təsdiq etdilər. Şahidlərin ifadələrində iddiaçının iddia etdiyi əsasların olmaması öz əksini tapdı. İddiaçı ona verilən suallara cavab olaraq aşağıdakıları bildirdi: Dəyərini tələb etdiyi aktda qeyd olunan avadanlıqlar Əlizadə ilə bağladıqları müqavilədən irəli gələn avadanlıqlardır. Onlardan əlavə avadanlıqlar da var. 1 kombaynda 3-4 ədəd motor olur. Yararsız dəmir kimi satdıqları avadanlıqlarla bağlı sənədləşmə aparılmayıb, küçədən dəmir yığanlara satmışlar. Həmin avadanlıqları sadalaya bilmir. İddia tələbindəki maddi ziyan avadanlıqların qiyməti və 1,5 il ərzində istifadə haqqını əhatə edir. 19000 manat aktda qeyd olunan avadanlıqların dəyəridir. Satılmış avadanlıqların dəyəri 10800 manat idi. O, barəsində cinayət prosesi çərçivəsində şikayət verilənədək ona görə gözləyib ki, Seyfəl, o və Əlizadə yığışıb telefonlarını kənara qoyub danışıq aparmışlar. Məlum olmuşdur ki, Seyfəl və Elvin ona məxsus avadanlıqları yarıya bölmüşlər. Seyfəl də demişdi ki, guya avadanlıqlardan ona düşənləri Elvin Qaradağda işlətdiyi karyerə aparıb. Belə olan halda Elvin ona görə hazırkı iş üzrə cavabdeh deyil ki, ondan Seyfəl şikayət edib, Elvin cinayət prosesi çərçivəsində ancaq şahid kimi iştirak edib. Kim ondan şikayət edibsə ona qarşı da iddia qaldırıb. Şikayət olmasaydı da əmlakları tələb edəcəkdi. Lakin bu tələbini dost və yoldaş kimi ortaqları ilə müzakirə edəcəkdi. Onlar çox avadanlıqlar almışlar. Elvin onların ortaq olduqları dövrdə aldıqları digər avadanlıqları götürüb. Əlizadədən aldığı avadanlıqlar isə Seyfəldədir. Seyfəl motorları götürüb öz kombaynlarına bağlayıb. Hətta Əlizadəyə onun öz avadanlığını satmaq istəyirdi, lakin qiymətdə razılığa gəlməyiblər. Akt sonradan tərtib olunmayıb. Kazım fəhlə işləyən adamdır, onun vaxt-zaman anlayışından xəbəri yoxdur. Əlizadə müəllim tərəfindən notariat qaydada təsdiq olunmuş ərizədə ona pulun tam ödənildiyi qeyd olunub. İş materiallarında olan Xəzər rayon prokuroru baş ədliyyə müşaviri Fəxri Ələsgərovun “Cinayət işi başlanılması və istintaq qrupunun yaradılması haqqında” 24 avqust 2023-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... ünvan 1 ünvanında yaşayan Cavabdeh2 ərizə ilə Xəzər RPİ-nə müraciət edərək, 2018-ci ildən X11 və İddiaçı Aftandil oğlu ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən daş karxanasını şərikli işlətmələri, 2022-ci ilin dekabr ayında daş karxanasının yerləşdiyi torpaq sahələri «Grand Aqro» şirkətinə istifadəyə verildiyindən daş karxanasının fəaliyyətinin dayandırılması, 2022-ci ilin avqust ayında İddiaçı ona «Grand Aqro» şirkətində məsul vəzifə daşıyan tanışlarının olmasını bildirərək, 51000 manat müqabilində, yəni hərəsinin 17000 manat ödəmələri şərti ilə karxananın fəaliyyətini daha bir il, yəni 2023-cü ilin avqust ayınadək uzada biləcəyini vəd etmiş, bu məqsədlə ondan 12000 manat alması, bundan başqa xx.xx.2021-ci il tarixdə 8500 manat və xx.xx.2021-ci il tarixdə 20000 manat pulunu alaraq, aldatma yolu ilə ələ keçirməsi barədə məlumat vermiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan başqa, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 ərizə ilə Xəzər RPİ-nə müraciət edərək, 2020-ci ilin dekabr ayında ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Çənlibel» daş karxanasını və karxanada olan mişar daşı istehsal edən avadanlıqları ayda 2000 manat ödəmək şərtüə X11 və İddiaçı Aftandil oğluna icarəyə verməsi, Elvin Quliyev və İddiaçı həmin daş istehsalı avadanlıqlarını Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən daş karxanasına apararaq orada istifadə etmələri, sonradan 2022-ci ilin avqust ayında həmin avadanlıqları ondan pulunu hissə-hissə ödəmək şərtilə 40000 manata almaları barədə razılaşmaları, lakin Elvin Quliyev və İddiaçı onlara etibar edilmiş həmin avadanlıqları pulunu ödəmədən mənimsəyərək, ondan xəbərsiz 17000 manata metal qəbulu məntəqəsinə sataraq, əmlakını ələ keçirmələri barədə məlumat vermiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir”. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 “Cinayət işi üzrə icraatın təzələnməsi, icraata hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 15 noyabr 2023cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İş üzrə şahid qismində dindirilmiş İddiaçı bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq işləmir. Ailə üzvləri ilə, o cümlədən kənar şəxslərdən kimsə ilə arasında düşmənçilik və ədavət yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2020-ci ildə "xxxx" MMC-ni təsis edib həmin cəmiyyətin direktoru olmuşdur. Həmin MMC əhəng daşının istehsalı və xam torpaqların rekultivasiyası işi ilə məşğul olmuşdur. Həmin MMCnin fəaliyyəti dövründə o, X11 və Cavabdeh2 ilə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində şərikli daş karxanası işlətmişdir. Cavabdeh1 şəriki Elvin adlı şəxsin vasitəsilə tanımışdır. O, Cavabdeh1 əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Sadəcə bir dəfə Əlizadə ilə kafedə görüşmüş, həmin vaxt onlarla iki dəqiqə söhbət edib oradan çıxıb getmişdir. X18 Abduləzizovla öz aralarında müqavilə bağlamışdır və Elvin öz aralarında bağlanmış xx.xx.2020-d il tarixli aktla Cavabdeh1 məxsus Qaradağ rayonunda 8 ha ərazidə olan “Çənlibel” daş karxanasını avadanlıqları ilə birlikdə aylıq 2.000 min manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Lakin sonradan Əlizadə daş karxanasını Elvinə icarəyə vermədiyinə görə Elvin də ona hər hansı məbləğdə pul ödəməmişdir. 2020-ci ilin dekabr ayında Əlizadə Elvinə demişdir ki, “mənim karxanamda problem var, iş məhkəmədədir, məhkəmə həllini tapsın, karxananı sənin istifadənə verəcəyəm”. Həmçinin həmin vaxt Əlizadə Elvinə demişdir ki, “karxanada olan avadanlıqları burdan götür, avadanlıqların yarısı oğurlanıb, birdən yarısı da oğurlanar”. Elvin həmin vaxt Əlizadəyə məxsus karxanadan avadanlıqları gətirib Türkan qəsəbəsində yerləşən karxananın ərazisinə yığmışdır. Həmin avadanlıqlar karxananın bir tərəfində yığılıb saxlanılmışdır. Həmin avadanlıqlar nasaz vəziyyətdə olduğu üçün bir müddət sonra onlar şərikli olaraq kassadan pul götürüb kombaynlardan birini düzəltdirib istifadə etməyə başlamışlar. Təxminən 2021-ci ilin xatırlamadığı ayında Əlizadə ona zəng edərək Elvinin onun götürdüyü avadanlıqlarının pulunu ödəmədiyini demişdir. O isə Əlizadəyə Elvinlə olan problemlərini öz aralarında həll etmələrini demişdir. Həmin vaxtdan etibarən Elvinlə Əlizadə arasında bu mövzuda söz-söhbətlər başlamışdır. 2022-ci ilin əvvəllərində Elvin və Əlizadəni öz ofisinə dəvət etmişdir ki, onlar öz aralarındakı problemi danışıqlar yolu ilə həll etsinlər. Onun ofisində olan zaman da onlar arasında yenidən sözlü mübahisə yaranmışdır. Əlizadə ona Elvindən şikayətçi olacağını demişdir. O isə həmin vaxt Əlizadəyə demişdir ki, “gəl ortaq qiymətə razılığa gələk və mən həmin avadanlıqları alım”. Həmin vaxt onlar öz aralarında 40.000 manata razılaşmışlar və o, Əlizadə ilə xx.xx.2022-ci il tarixdə yazılı razılaşma əldə etmişlər. Həmin razılaşmaya görə o, hər ay Əlizadəyə 4.000 manat pul ödəməli imiş. O, xx.xx.2022-ci il tarixə qədər ümumilikdə Əlizadəyə 7.500 manat pul ödəmişdir. Həmin vaxt o, karxanada işləyən Ruhid adlı şəxsə demişdir ki, karxanada olan nasaz avadanlıqları sataraq karxananın xərclərini ödəsinlər. Beləcə karxananın ərazisində olan nasaz avadanlıqların bəzilərini satıb 10.800 manat pul əldə etmişlər. Həmin puldan 2.500 manatını Əlizadəyə vermişdir. Yerdə qalan məbləğə isə karxananın kommunal xərclərini ödəmişlər. 2022-ci ilin sonunda onun “Grand Agro” şirkəti ilə olan müqaviləsinin müddəti bitmişdir. Beləcə o, “Grand Agro” şirkətinin ərazisində olan daş karxanasının fəaliyyətini dayandırmışdır. Bildirmişdir ki, daş karxanasının fəaliyyəti dayansa da, karxananın ərazisində Əlizadəyə məxsus müəyyən avadanlıqlar qalmışdır ki, hazırda da həmin avadanlıqları Seyfəl işlədir. O, Əlizadə ilə bağladığı müqaviləyə sadiqdir və hazırda Cavabdeh1 32.500 manat borcunun olduğunu da bilir. Əlizadə ona həmin məbləği ödəmək üçün müəyyən müddət güzəşt edəcəyi təqdirdə həmin məbləği ödəməyə hazırdır. Lakin, Cavabdeh2 ərizəsində göstərdiyi guya ona və X8 “Grand Agro” şirkətində məsul vəzifə daşıyan tanışlarının olmasını bildirərək 51.000 manat müqabilində, yəni hərəsinin 17.000 manat ödəmələri şərti ilə karxananın fəaliyyətini daha bir il, yəni 2023-cü ilin avqust ayına kimi uzada biləcəyini vəd edərək ondan 12.000 manat, xx.xx.2021-ci il tarixdə 8.500 manat və xx.xx.2022-ci il tarixdə 20.000 manat pul alaraq aldatmaq yolu ilə ələ keçirməsi barədə göstərdiyi xüsusatlar əslində uydurma və yalan fikirləniir, çünki o, Cavabdeh2 ilə birlikdə şərikli Türkan qəsəbəsində daş karxanası işlətmişdir. Digər tərəfdən daş karxanasının yerləşdiyi ərazi 2017-ci ildən “Paşa Holding”in “Grand Agro” şirkətinə məxsusdur. O, daş karxanasını işlətməklə bərabər “Grand Agro”nun 114 ha torpaqlarının rekultivasiya işlərini həyata keçirmiş, bununla bağlı mütəmadi olaraq həyata keçirilən monitorinq sənədləri də mövcuddur. Digər tərəfdən qeyd etmişdir ki, “Grand Agro” ilə müqavilə müddəti bitməsi səbəbindən daş karxanası bağlanmışdır. Əlavə olaraq bildirmişdir ki, daş karxanasının da fəaliyyəti ilə bağlı bütün sənədlər qaydasında olmuşdur. İfadəsinə əlavə olaraq yuxarıda sadaladığı sənədləri istintaqa təqdim edir. İş üzrə şahid qismində dindirilmiş. Cavabdeh1 bildirmişdir ki, ... Aqil ona 40.000 manat müqabilində həmin avadanlıqları ona satmağını istəmiş və ona bildirmişdir ki, növbəti aydan başlayaraq 10 ay müddətində hər ay ona 4.000 manat pul ödəyəcəkdir. O da razılaşmışdır. Beləliklə, Aqil ona 2022-ci ilin oktyabr ayına qədər ümumilikdə 7.500 manat pul ödəmişdir. Lakin Aqil sonrakı aylarda ödəmələri gecikdirdiyi və onunla razılaşmanı pozduğu üçün Elvin və Aqillə əlaqə saxlayıb aralarındakı razılaşmanı pozduqlarını, avadanlıqları satmaq fikrindən vaz keçdiyini, ona verdikləri 7.500 manat pulu əvvəlki ayların ödənməyən icarə haqlarına saydığını demişdir. Aqil və Elvin bununla şifahi olaraq razılaşmışlar. 2023-cü ilin təxminən aprel-may aylarında Elvin və onların digər şərikləri Seyfəl adlı şəxsdən eşitmişdir ki, Aqil ona məxsus olan daş karxanasının avadanlıqlarını söküb doğrayaraq metal qəbulu müəssisəsinə 17.000 manata satmışdır. O, bu məlumatı eşitdikdən sonra Aqil və Elvinə zəng vurub onlarla görüşmüşdür. Söhbət əsnasında Aqil və Elvin ona məxsus olan daş karxanasının avadanlıqlarını satmağı bir-birlərinin üzərinə atmışlar. O da Aqil və Elvindən əvvəlki ayların ödənməmiş icarə haqlarını və avadanlıqların dəyəri olan 40.000 manatı tələb etməyə başlamışdır. Lakin Aqil və Elvinin ona qarşı laqeyd münasibətlərini görüb baş verənlər barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Bildirmişdir ki, hazırda həm İddiaçı, həm də onun şərikləri olan X5 şikayətçidir. Düşünür ki, onun etibarından istifadə edərək ilk öncə ona məxsus daş karxasmın avadanlıqlarını götürüb Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasına gətirən və bununla da sonradan İddiaçı həmin avadanlılqrı söküb satmasına şərait yaradan Elvin Quliyevdir. Sonradan İddiaçı də aralarında olan razılaşmaya əsasən guya ona sonradan dəyərini ödəyəcəyini əsas gətirərək və onun etibarını qazanaraq ona məxsus daş karxanasının avadanlıqlarını sökərək metal qəbulu müəssisəsinə satmışdır. Beləliklə, həm Elin Quliyev, həm də İddiaçı ona məxsus əmlakı onlara olan etibarından sui-istifadə etməklə mənimsəmişlər. Hər iki şəxs barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ... 2022-ci ilin yanvar ayında o, Əlizadə və Aqil sonuncuya məxsus ofisdə görüşmüşlər. Həmin görüşləri zamanı Əlizadə onlardan əvvəlki ayların ödənməmiş icarə haqqını tələb etmiş, o isə daş. karxanasını mövcud məhkəmə çəkişməsinə görə istifadə edə bilmədiklərini demişdir. Bundan sonra Əlizadə onlardan Türkan qəsəbəsində yerləşən daş karxanasına gətirdikləri ona məxsus avadanlıqları tələb etmişdir. Onlar həmin vaxt nasaz avadanlıqları artıq təmir etdiklərindən və buna çox maddi vəsait sərf etdiklərindən, daşınma xərci baha olduğundan Əlizadəyə həmin avadanlıqları onlara satmasını təklif etmişlər və 10 ay müddətində Əlizadəyə hər ay 4.000 manat, ümumilikdə 40.000 manat pul verəcəkləri barədə razılaşmışlar. İddiaçılə Əlizadə arasında bununla bağlı akt bağlanmışdır. Aqillə aralarında razılaşmışlar ki, hər ay hərəsi 2.000 manat pul qoymaqla aylıq 4.000 manatı Əlizadəyə ödəsinlər. O, növbəti 3 ay ərzində hər ay Aqilə 2.000 manat pul vermişdir. Lakin o, Aqilin həmin pulu Əlizadəyə ödəyib-ödəməməsi ilə maraqlanmamışdır. Təxminən 3 aydan sonra Aqillə aralarında kassa əməliyyatları ilə bağlı narazılıqlar yaranmış, o Aqilə bildirmişdir ki, Əlizadədən alınan avadanlıqlar ya Aqilə, ya da ona qalsın. Aqil avadanlıqların özünə qalmasını, Əlizadəyə özü pul ödəyəcəyini bildirmişdir. Təxminən 2 aydan sonra o, Aqildən Əlizadəyə olan borcunu ödəyib-ödəməməsi ilə maraqlananda Aqil bildirmişdir ki, borcun müqabilində Əlizadəyə “X26” və “Niva” markalı avtomobillər vermişdir və artıq Əlizadəyə borcu yoxdur. Bundan sonra Aqil həmin avadanlıqların Türkan qəsəbəsində yerləşən daş karxasında işləməsi üçün ondan və Seyfəldən icarə haqqı istəmişdir. O isə həmin avadanlıqların təmirinə ümumi kassalarından 10.000 manata yaxın vəsait xərclədiklərini bildirmişdir. Aqilə icarə haqqı verməyəcəklərini bildirmişdir, əgər istəmirsə həmin avadanlıqları daş karxanasından aparmasını, ya da istəyirsə satmasını demişdir. Təxminən 2 aydan sonra Aqil həmin avadanlıqları daş karxanasından götürüb aparmışdır. Sonradan eşitmişdir ki, Aqil həmin avadanlıqları metal qəbulu məntəqəsinə satmışdır. ... İş üzrə şahid qismində dindirilmiş Cavabdeh2 bildirmişdir ki ... X1 iki dəfə Elvinlə və Aqillə birlikdə görmüşdür. Həmin vaxt onlar birlikdə söhbət etmişlər, həmin vaxt anlamışdır ki, Aqilin Əlizadəyə borcu var. Həmçinin, ona sonradan aydın olmuşdur ki, onlar şərikli işlətdikləri karxanada işləyən bir ədəd kombayn, iki ədəd daş kəsən qurğu, bir ədəd vaqon, 8-10 ədəd mühərrik, 3 ədəd mişar itiləyən avadanlıq, daş kəsən qurğunun reysləri və kombaynın reysləri X2 məxsusdur. Daş karxanasının fəaliyyəti dayanandan sonra Aqil yuxarıda sadaladığı avadanlıqları metal qəbulu məntəqəsinə satmışdır. Lakin onlar işə başlayan zaman Aqil həmin avadanlıqların guya özünə məxsus olduğunu və həmin avadanlıqlara görə Cavabdeh1 “X26” və “Niva” markalı avtomobillər verdiyini demişdir. Lakin onlar birlikdə Cavabdeh1la görüşən zaman Aqil ona heç nə vermədiyini etiraf etmişdir. Bundan sonra başa düşmüşdür ki, Aqil ona qarşı dələduzluq etməkdən savayı, Cavabdeh1 etibarından sui-istifadə edərək ona məxsus olan daş karxanasının avadanlıqlarını sataraq mənimsəmişdir. ... 1 noyabr 2023-cü il tarixdə İddiaçı iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə iş üzrə vətəndaşa dəymiş zərəri tam ödəmiş və zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanın dövlət büdcəsinə ödəniləcək 25 faizlik məbləğinin bir qismini də ödəmişdir. Ona görə də 01 noyabr 2023-cü il tarixdə İddiaçı şübhəli şəxs statusuna xitam verilmiş və saxlanıldığı Xəzər RPl-nin MSY-dən dərhal azad edilmişdir. ... Apantmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı aralarında olan razılaşma əsasında Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Çənlibel” daş karxanasının bəzi avadanlıqlarını almışdır. Lakin tərəflər arasında razılaşmada nəzərdə tutulan 40.000 manat vəsaitin yalnız 7.500 manat olan hissəsi Cavabdeh1 ödənilmişdir. Daha sonra İddiaçı tərəfindən razılaşmada nəzərdə tutulan daş karxanasının bəzi avadanlıqları metal qəbulu müəssisələrinə satılmış və beləliklə İddiaçı etibar edilmiş özgə əmlakı talanmışdır. İddiaçı törətdiyi əməli qismən etiraf etmişdir, istintaq zamanı İddiaçı tərəfindən Cavabdeh1 vurulmuş ziyan tam olaraq ödənilmişdir. Cinayət işinə əlavə olunmuş İddiaçı rayon prokurorluğuna təqdim etdiyi xx.xx.2023cü il tarixli, **********843 nömrəli ərizədə qeyd olunmuşdur ki, “Mən, Cavabdeh1 yazıb sizə bildirirəm ki, İddiaçı mənə dəymiş ziyanı bütünlükdə ödədiyi üçün mənim ondan heç bir şikayətim və tələbim yoxdur və gələcəkdə də olmayacaq. Onu bağışlayıram və xahiş edirəm Azərbaycan Respublikası CM-nin 178.2.4 və 179.2.4-cü maddələrinə əsasən başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verəsiniz”. Həmin ərizə Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu, yəni notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs X16 tərəfindən təsdiq edilmişdir. Cinayət işinə əlavə olunmuş "xxxx" ASC-nin Yasamal rayon filialından verilmiş xx.xx.2023-cü il tarixli 10385 nömrəli, xx.xx.2023-cü il tarixli 9556 nömrəli və xx.xx.2023cü il tarixli 10941 nömrəli qəbzlərin surətindən görünür ki, İddiaçı Cavabdeh1 vurmuş olduğu 32.500 (otuz iki min beş yüz) manat məbləğində ziyanın iyirmi beş faizi miqdarında ödənişi, yəni 8.125 manat məbləğində pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürmüşdür”. Həmin qərarla İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin tərkib əlamətləri olsa da, vurulmuş maddi ziyanın ödənilməsi, zərərin iyirmi beş faizi məbləğində dövlət büdcəsinə ödəniş edilməsi və Cavabdeh1 ilə barışıq əldə olunması nəzərə alınmaqla, cinayət işi üzrə icraata həmin hissədə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə olan hissədə xitam verilmiş; Cavabdeh2 müraciətlərində və ifadəsində göstərdiyi, həmçinin cinayət işində daxili işlər orqanlarının səlahiyyətlərinə aid qeyd olunan digər xüsusatlara qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Xəzər RPl-nin İŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 179.2.4cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından müəyyən edilir ki: - İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna vəsatətlə müraciət edərək Cavabdeh1 ilə aralarında əqd bağlandığına görə barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin vəsatətdə qeyd etmişdir ki, hal-hazırda Cavabdeh2 işlətdiyi karyerdə olan mübahisəli əmlakların dəyəri 17232 manatdır. - İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində verdiyi izahatda qeyd etmişdir ki, "... biz Əlizadə ilə öz aramızda 30.285 manata razılaşdıq. Həmin vaxt biz öz aramızda müqavilə bağladıq. Mən imza çəkdim və yazdım ki, aylıq olaraq sənə 4.000 manat edəcəm. Bundan sonra mən 9.500 manat Əlizadəyə ödədim. Həmin vaxt Əlizadə əlavə avadanlıq verməli idi. Həmin avadanlıq Qaradağda oğurlandığına görə 5000 manat puldan çıxdı. Bundan sonra Elvin pul vermədi. Bundan sonra mən karxanada işləyən Ruhid adlı şəxsə dedim ki, Əlizadədən götürdüyümüz avadanlıqlardan karxanada yararsız olan avadanlıqları sataq. Həmin vaxt Ruhid yararsız avadanlıqları yığdı və metal alan şəxsləri mənim sözümlə çağırdı və biz həmin avadanlıqları 10.800 manata satdıq... 10.800 manatdan 2.500 manatını Əlizadəyə ödədim... Əlizadəyə 15.280 manat borcum qaldı ... Mənim həmin avadanlıqlardan başım çıxmadığına görə dəqiq həmin avadanlıqların adını sadalaya bilmərəm ... Hazırda Əlizadənin 17.700 manat dəyərində avadanlıqları qalıb. Seyfəl həmin əşyaları işlədir. Lakin mənə qaytarmır ki, mən həmin avadanlıqların pulunu Əlizadəyə ödəyim”. Həmçinin İddiaçı “Siz hansı səbəbdən Cavabdeh1 məxsus olan avadanlıqların pulunu ödəmədən onları satmısınız?” sualına cavab olaraq bildirmişdir ki, “Həmin vaxt maddi vəziyyətin yaxşı deyildi, mən Elvinə deyirdim ki, pulu ödəmək lazımdır, lakin Elvin pulu ödəmədiyinə görə mən məcbur olub işləməyən avadanlıqları satdım, həmin pulun 2.500 manatını Əlizadəyə verdim, qalan pulu isə şirkətə xərclədim”. - Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə sonuncuya 32500 manat məbləğində borc pul verilməsinə dair kredit müqaviləsi bağlanmış və müqavilədə borcun xx.xx.2024-cü il tarixədək qaytarılacağı şərtləndirilmişdir. - İddiaçı vəkili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə vəsatətlə müraciət edərək, tərəflər arasında münasibətlərin mülki münasibətlər olması və hazırkı mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olması əsası ilə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan göründüyü kimi, Cavabdeh1 ona məxsus olan və mişar daşı istehsal etmək üçün 8 hektar ərazini əhatə edən “Çənlibel” daş karxanasını və aşağıda qeyd olunmuş avadanlıqları (*kombayn resi: 5 ədəd 12 metr, 8 ədəd 10 metr, 7 ədəd 8 metr, 5 ədəd 6 metr, 4 ədəd 3 metr, 1 ədəd 1 metr, 2 ədəd 5 metr; palasovka resi: 3 ədəd 3 metr, 1 ədəd 5 metr, 4 ədəd 7 metr, 8 ədəd 8 metr; kombayn mişarsız; palasovka mişarsız; 1 ədəd toçilka; 1 ədəd vaqon; qaynaq aparatı; 150 metr alüminium kabel; 1 ədəd sökülmüş vəziyyətdə kombayn; 1 ədəd sökülmüş vəziyyətdə palasovka) X8 hər ayın əvvəli 2000 manat ödəmək şərtilə istifadəsinə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan göründüyü kimi, Cavabdeh1 ona məxsus olan və mişar daşı istehsal etmək üçün xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuş avadanlıqları 40.000 manat İddiaçı satmış və sonuncu 10 ay müddətində hər ay 4000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda İddiaçı Cavabdeh1 almış olduğunu iddia etdiyi 14 adda avadanlığın (*2 ədəd zavod istehsalı 37500 böyük motor, 2 ədəd zavod istehsalı 45500 böyük motor, 5 ədəd zavod istehsalı 7,5 kv-lıq motor, 1 ədəd toçilka (işlək), 50 metr 18-lik reys, 42 metr 50-lik reys, 2 ədəd bütöv kontraktir, 3 ədəd rubilnik 430-luq, 100 metr 3 faza 50-lik alüminium kabel, 1 ədəd silindr, 1 ədəd 5 tonluq çən, laqonda aparatı (BORCH), 1 ədəd svarka aparatı işlək, 2 ədəd (şeytan əməli) top) dəyərini cavabdehdən tələb edir və tələbinin yeganə hüquqi əsası kimi xx.xx.2023-cü il tarixli akta istinad edir. Buna münasibətdə qeyd olunmalıdır ki:

1. Cavabdeh1 alınmış avadanlıqların bir hissəsinin iddiaçı tərəfindən satılması işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin avadanlıqların 10.800 manata, Cavabdeh1 isə 17.000 manata satıldığını bildirir, lakin xx.xx.2020-ci il tarixli aktda sadalanan avadanlıqlardan konkret olaraq hansıların satılmasını nə İddiaçı, nə də ki, mübahisənin digər iştirakçıları sadalaya bilmir.

2. xx.xx.2023-cü il tarixli aktın arxa tarixə, avadanlıqların artıq mövcud olmaması müəyyən edildikdən sonra tərtib edilməsini məhkəmə iclasında şahid qismində dindirilmiş və aktı təhvil verən şəxs olaraq imzalamış X12 ifadəsində bildirmiş və bununla da həmin aktın mötəbər sübut olaraq məhkəmə tərəfindən qəbul etdilməsini mümkünsüz etmişdir.

3. xx.xx.2023-cü il tarixli akt mötəbər sübut olaraq qəbul edilsə idi belə, həmin aktda sadalanan avadanlıqların xx.xx.2020-ci il tarixli aktda sadalanan avadanlıqlarla eynilik təşkil etməsi aktların məzmunu ilə öz təsdiqini tapmır, həmçinin xx.xx.2023-cü il tarixli aktda sadalanmış avadanlıqların Ruhid Məmmədov tərəfindən təhvil alınması da əmlakların Cavabdeh2 olmasına dəlalət etmir. İddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, iddia Cavabdeh2 qarşı məhz onun iddiaçı barədə hüquq mühafizə orqanlarına şikayət etməsinə görə verilib.

4. xx.xx.2020-ci il tarixli aktda sadalanan avadanlıqların dəyərinin İddiaçı tərəfindən Cavabdeh1 hələ ödənilməməsi işin mübahisələndirilməyən hallarındandır. Bunu məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində bildirmiş, həmçinin İddiaçı özü də məhkəməyə bildirmişdir ki, Cavabdeh1 həmin avadanlıqların dəyəri ödənilmədiyinə görə, aralarında 32800 manata dair formal olaraq kredit müqaviləsi bağlanmışdır. Belə olan halda İddiaçı hansı əsaslarla ilkin olaraq cəmi 87000 manat məbləğində pulun (*19.000 manat avadanlıqların dəyəri + 9 aylıq istismara görə aylıq 2000 manat və s.) cavabdehlər Cavabdeh1 və Cavabdeh2, sonradan isə tək Cavabdeh2 (*Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1, 491.1 və 492.1-ci maddələrinə istinad edərək) tələb etməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırkı vəziyyətdə Cavabdeh2 37000 manat məbləğində maddi ziyanın əvəzinin tutularaq İddiaçı ödənilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş, iddia ərizəsinin hüquqi əsaslandırması məhz Cavabdeh1 münasibətdə qurulmuş (*belə ki, iddiaçı ilə Cavabdeh2 arasında ümumiyyətlə hər hansı müqavilə münasibətləri olmamışdır), xx.xx.2023-cü il tarixdə müqavilə tərəflərinin məhkəmə iclasında da qəbul etdiyinə görə Cavabdeh1 ilə İddiaçı arasında formal olaraq kredit müqaviləsi bağlanmış, sonuncu “götürdüyü” 32500 manat məbləğində borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, bundan sonra Cavabdeh1 cinayət işi çərçivəsində İddiaçı barəsində şikayətini geri götürmüş, İddiaçı isə Cavabdeh1 mülki iş çərçivəsində cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Nəticə etibarilə, iddia ərizəsi faktiki olaraq mücərrəd rəqəmlər və əsaslar üzərində qurulmuş və cinayət iş(lər)inin materiallarına diqqət yetirilərsə, hazırkı ərizə ilə mülki icraat qaydasında məhkəməyə müraciət edilməsinin motivləri də müəyyən suallar doğurur. Həmçinin məhkəmə iddia ərizəsinin mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi müəyyən edilmir. Belə ki, hüquq mühafizə orqanlarına şikayətlə müraciət edilməsi qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar