Məhkəmə qərarları › İş №2(001)-6936/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6936/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6936/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı “qanunsuz hərəkətlərə son qoyulmasıl və s” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın ona qarşı olun bu qanunsuz hərəkətlərinə son qoyulması, cavabdeh təşkilat tərəfindən barəsində tərtib olunmuş akt, qərar və protokolların etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğuldur. Ayrı-ayrı vaxtlarda onun xidməti istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona aidiyyəti olmayan 3 avtomobilin güya onun tərəfindən idarə olunması nəticəsində yol hərəkatı haqqında qaydaları pozmağı ilə bağlı 480 (dörd yüz səksən) manat və 8 bal hərəkət qaydalarını pozmağı ilə bağlı protokolların tərtib olunması barədə ona məlumat daxil olmuşdur. Daxil olan məlumatlarda həmin avtomaşınların “Azərmarş” lizinq şirkətinə aid olduğu göstərilmişdir. Bildirir ki, o, həmin şirkətdə heç vaxt qeyd edilən avtomaşınları idarə etməmiş və həmin avtomobillərin ona heç bir aidiyyəti yoxdur. Ona qarşı olan bu qanunsuzluqlara son qoyulması ilə əlaqədar dəfələrlə cavabdeh təşkilata etdiyi yazılı və şifahi məlumatlar nəticəsiz qalmışdır. Bunula da o, Azərbaycan Respublikasının Konstitusiyasında və onun əsasında tənzimlənən qanunlarda nəzərdə tutulmuş hüquqları kobud surətdə cavabdeh tərəfindən pozulmuşdur. Bildirmək istəyir ki, cavabdeh təşkilatın ona qarşı olan bu qanunsuz hərəkətləri hazırda davam etməkdədir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Təqdim edilmiş ərizədə qeyd olunan maddənin tələblərinə zidd olaraq, iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməməklə yanaşı, iddiaçının ünvanı ünvan 1n heç bir sübut əlavə edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2ci maddəsinə zidd olaraq iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilmədiyindən “Elektron məhkəmə” informasiya sistemində onun barəsində heç bir məlumatı aşkar etmək mümükün olmamışdır. Həmçinin iddiaçı telefon nömrəsi, eləcə də ona məxsus olan mobil telefon nömrəsini ərizəsində qeyd etməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi qanunvericiliklə qiymətləndirilməyən iddialar üzrə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulsa da, hazırki iddia ərizəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən məlumatlar iddiada əks olunduğu təqdirdə belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Belə ki, iddiaçı iddia edir ki, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona aidiyyəti olmayan 3 avtomobilə dair yol hərəkatı haqqında qaydaları pozmağı ilə bağlı 480 (dörd yüz səksən) manat və 8 bal hərəkət qaydalarını pozmağı ilə bağlı protokolların tərtib olunması barədə məlumat vermiş, ona qarşı olan bu qanunsuzluqlara son qoyulması ilə əlaqədar dəfələrlə cavabdeh təşkilata etdiyi yazılı və şifahi məlumatlar nəticəsiz qalmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh təşkilatın ona qarşı olun bu qanunsuz hərəkətlərinə son qoyulması, cavabdeh təşkilat tərəfindən barəsində tərtib olunmuş akt, qərar və protokolların etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən belə müəyyən olunur ki, hazırkı tələblə iddiaçı həm inzibati orqan olan cavabdehin hərəkətlərinin qanunsuzluğunu, həm də cavabdeh təşkilat tərəfindən barəsində tərtib olunmuş akt, qərar və protokolların etibarsız sayılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, tələblərin “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsinə inzibati məhkəmə icraatı qaydasında, “akt, qərar və protokolların etibarsız sayılması” hissəsinə isə inzibati xətalara dair iş üzrə icraatın çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci və 2.2.4-cü maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, “İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması, cavabdeh təşkilat tərəfindən barəsində tərtib olunmuş akt, qərar və protokolların etibarsız sayılmasına dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərzə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın və ona aidiyyati üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar