Məhkəmə qərarları › İş №2(001)-6961/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6961/2025

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6961/2025 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı X1, İddiaçı3 və İddiaçı1 cavabdeh 32 saylı Notariat Kontoruna qarşı icra qeydninin ləğvi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2, İddiaçı3 və İddiaçı1 cavabdeh 32 saylı Notariat Kontoruna qarşı icra qeydninin ləğvi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2026-cı il tarixlərə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə İddiaçı1nən nümayəndəsi və İİİ şəxsin nümayəndəsi iclasda iştirak etmiş, iddiaçının nümayəndəsi iş materialları ilə tanış olması üçün vaxt istəmiş və məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. xx.xx.2026-cı il tarixdə tərəflər məhkəmə iclasında iştirak etməmiş, İİİ şəxsin nümayəndəsi ərizə ilə müraciət edərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışında tərəflər təkrar iştirak etmədiklərindən, iclas xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1, İddiaçı3 və İddiaçı1 cavabdeh 32 saylı Notariat Kontoruna qarşı icra qeydninin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar