Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6975/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 39 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 209,40 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC 21.07.2005-ci il tarixdə 0105-P142-43560 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır və onun məqsədlərinə digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə yanaşı kabel televiziyasının təşkili və istismara verilməsi də daxildir. Azərbaycan Respublikası Milli Teleradio Şurası tərəfindən İddiaçınə teleradio yayımı üçün lisenziya verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5/13 saylı evin, 78 saylı mənzili ****1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. Bu mənzil üzrə 01.11.2011-ci il tarixinədək ödənişlər edilmiş və 01.11.2011-ci il tarixində abonent şəbəkədən ayrılmışdır. Bundan sonra həmin mənzil üzrə rəsmi müraciət edilmədən və hər hansı hüquqi əsas olmadan, müqavilədən kənar qaydada kabel şəbəkəsindən istifadə edilməyə başlanmış, yəni mənzil qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuşdur. Bu mənzil üzrə qanunsuz qoşulması halları iddiaçının və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 10.03.2012-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş və həmin tarixdə bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı mənzilin şəbəkədən ayrıldığı vaxtı, yəni 01.11.2011-ci il tarixini qanunsuz qoşulmanın əvvəli, aktın tərtib edildiyi, yəni 10.03.2012-ci il tarixini isə qanunsuz qoşulmanın son tarixi kimi qəbul edir və nəticədə cavabdehin 130 gün ərzində kabel şəbəkəsindən qanunsuz olaraq istifadə etdiyini iddia edir və İddiaçı MMC-nin KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün 1 aylıq abunə haqqının 9 manat (1 gün - 0,30 qəpik) olmasını bildirərək ümumilikdə (130*0,30=39) 39 manat məbləğində pulun vurulmuş zərərin əvəzi qismində Cavabdeh tələb edir. İddiaçı ona göstərilən xidmətə görə "xxxx" MMC-yə 150 manat məbləğində pul vəsaiti və məhkəmədə hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödədiyini də iddia edir və bu məbləğlərin də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2.-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Göründüyü kimi, şəbəkədən ayrıldıqdan sonra ****1 Kabel Televiziyasının şəbəkəsinə qoşulması və kabel televiziyasının yayımlanması üçün həmin mənzil üzrə iddiaçı ilə hər hansı müqavilə bağlanmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdehin mülkiyyətində olan mənzil hər hansı qanuni əsas olmadan iddiaçının Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və nəticədə iddiaçıya zərər vurulmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, qeyd edilən mənzil üzrə yol verilmiş qanunsuz qoşulma iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd olan və mülki qanunvericiliyin normalarını pozan əməl kimi qiymətləndirilməli, bu hərəkətlərə görə cavabdeh mülki hüquq məsuliyyəti daşımalı və iddiaçıya vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 39 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 39 manat zərər məbləği tutulmalıdır. Məhkəmə iddia tələbinin göstərilən xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ****1 əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçı "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 39 manat məbləğində pul, habelə 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" MMC-nin xeyinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “****1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçı "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə vurulmuş zərərin əvəzi qismində 39 (otuz doqquz) manat məbləğində pul, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" MMC-nin xeyinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6975/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6975/2021
12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver