Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6980/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 75,30 manatın, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 150 manatın, ödənilmiş dövlət rüsumuna görə 20,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AG Telekom MMC (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 75,30 manatın, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 150 manatın, ödənilmiş dövlət rüsumuna görə 20,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG X1 Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, 22.08.2005-ci il tarixdə və 22.08.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə AG Telekom MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə AG Telekom MMC tərəfindən Ədalət-A hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.04.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu 8-ci mik, H.Hüseynov küçəsi 23 saylı evin 38 saylı mənzilində qeydiyyatdadır. 1 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 03.10.2009-cu il tarixdə həmin ünvanda yaşayan G.Şahbazovla AG Telekom MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 03.05.2010-cu il tarixinədək etmiş və həmin ünvan 24.05.2010cu il tarixdə 7,20 manat borc ilə şəbəkədən ayrılmışdır. 26.03.2013-cü il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1608 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1608 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 18.07.2012-ci il tarixdə baxış keçirilmişdir. Qanunsuz qoşulma nəticəsində AG Telekom MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat və 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Ona görə də Cavabdeh iddiaçının xeyrinə KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 75,30 manatın, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 150 manatın, ödənilmiş dövlət rüsumuna görə 20,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı AG Telekom MMC-nin (KATV1) direktoru S.T.Qurbanov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı iddia tələbi üzrə mülki işə iddiaçının iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.05.2013-cü il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mik, H.Hüseynov küçəsi 23 saylı evin 38 saylı Cavabdeh adınadır, həmin mənzildə yaşamaqla qeydiyyatdadır. Ədalət-A hüquq firmasının əməkdaşı V.N.Qasımov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı A.N.Abdullayev, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 26.03.2013-cü il tarixli 1608 saylı KA aktın surətindən görünür ki, 26.03.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 8-ci mik, H.Hüseynov küçəsi 23 evin 38 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamışdır. AG Telekom MMC-nin 15.01.2019-cu il tarixli arayışından müəyyən olunur ki, AG Telekom MMC ilə Bakı şəhəri Binəqədi rayonu 8-ci mik, H.Hüseynov küçəsi 23 saylı evin 38 saylı mənzilində yaşayan Cahangir Şahbazov arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 03.10.2009-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və 03.05.2010-cu il tarixədək isə son ödəməsini edərək 24.05.2010-cu il tarixdə 7,20 manat borcla şəbəkədən ayrılmışdır. AG Telekom MMC-nin 15.01.2019-cu il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mik, H.Hüseynov küçəsi 23 saylı evin 38 saylı mənzilinə 1608 KA saylı akt tərtib olunanadək sonuncu dəfə 18.07.2012-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə 8 il əvvəl qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hall sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, akt tərtib edilərkən cavabdehin iştirakı təmin etməyən, 8 il əvvəl tərtib edilən aktı cavabdehə təqdim etməyən iddiaçı cavabdehin ona zərər vurmasını sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 75,30 manatın hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 150 manatın, ödənilmiş dövlət rüsumuna görə 20,40 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6980/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6980/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver