Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-700/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Nur MTK-ya və X4 qarşı xx.xx.2020-cu il tarixdə Nur MTK-dan pay dəyəri 52500 manat olan payçı İddiaçı ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişinin 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m. olan 3 otaqlı 55 saylı mənzilindən X3 və onunla yaşayan digər şəxslərin çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia ərizəsi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 Cavabdehlər İddiaçı və Nur MTK-ya qarşı İddiaçı ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Nur MTK-ya və X4 qarşı xx.xx.2020-cu il tarixdə Nur MTK-dan pay dəyəri 52500 manat olan payçı İddiaçı ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişinin 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m. olan 3 otaqlı 55 saylı mənzilindən X3 və onunla yaşayan digər şəxslərin çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8 cavabdehlər İddiaçı və Nur MTK-ya qarşı İddiaçı ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Nur MTK-dan ünvan 1 ünvanında yerləşən binanın 55 nömrəli mənzilini 52500 manat məbləğində pul ödəyərək almış, bu barədə tərəflər arasında xx.xx.2010-cu il tarixdə Nur kooperativ binada mənzil tikintisi haqqında müqavilə də bağlanmışdır. Həmin müqavilədə qeyd olunmuşdur ki, göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 105 kv.m, mənzilin bloku A bloku, 14-cü mərtəbədə mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 52500 manat müəyyən olunmuşdur və s. Bundan başqa cavabdeh iddiaçıya maliyyə arayışı vermiş və maliyyə arayışında qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən kooperativ yaşayış binası Nur MTK-ya məxsusdur. Bu binanın A giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin pay dəyəri 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzili təhvil verməkdən boyun qaçırır. Bu barədə tərəflərin dəfələrlə şifahi danışıqları olsa da cavabdeh tərəf bu günə qədər verdiyi sözü tutmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının məktubuna cavab olaraq 55 saylı mənzilin xx.xx.2010-cu ildən X4 müqavilə yolu ilə satılmasını bildirmişdir. Həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılır. İddiaçının göndərdiyi müqavilə və maliyyə arayışı onların arxivində aşkar edilməmişdir. Cavabdeh heç bir əsas olmadan özbaşınalıq edərək iddiaçının şəxsi mülkiyyətində olan mənzili üzərində onun məlumatı olmadan mülkiyyət hüquqlarını pozaraq sərəncam vermişdir. Ona görə də xx.xx.2010-cu il tarixdə Nur MTK-dan pay dəyəri 52500 manat olan payçı İddiaçı Təvəkkül oğluna ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişi 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilindən cavabdeh X3 və onunla birlikdə yaşayan digər şəxsdlərin çıxarılmalarına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-ca il tarixinə təyin olunan hazırlıq məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, gördüyü fasad işlərinə görə Nur MTK-nın ona borcu yaranmış, 52500 manat borcun əvəzinə ona 55 saylı mənzilə dair müqavilə bağlanmışdır. Daha sonra MTK-nın şəriki olan Nizami mənzilin səhv edib ona verilməsini, həmin mənzilin başqasına satılmasını ona demişdir. MTK 2010-cu ildən ona ya mənzili ya da, pulunu verəcəyini vəd etsə də, nə gördüyü işə görə borcu nə də ki, mənzili ona təhvil verilməmişdir. Bu vaxtadək mənzilini tələb etməməsinin səbəbi MTK-nın vədlərinə inanıb, razılaşaraq gözləməsi olmuşdur. Həmin binada olan 53 saylı mənzil onun yeznəsinə məxsus olmuşdur. Onun həmin binada başqa mənzili olmamışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkməyə təqdim etdiyi izahatında və etirazında göstərmişdir ki, İddiaçı ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə X8 ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən 3 ay öncədən bağlanmışdır. Hər iki müqaviləni və maliyyə arayışını Nur MTK adından eyni şəxs imzaladığı və MTK-nın möhürü ilə təsdiq olunduğu üçün X2 ilə bağlanmış müqavilə etibarlı və qanunidir. İddiaçı ilə bağlanmış müqavilənin qanuniliyi 3 ay öncədən bağlanması və xx.xx.2010-cu il tarixdə 52500 manat pulun ödənilməsi, maliyyə arayışının verilməsidir. Nur MTK-nın hazırki sədrinin xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilinin xx.xx.2010-cu ildən X4 müqavilə yolu ilə satılması, həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılmasını və X1 məxsus müqavilə və arayışın arxivdə aşkar edilməməsini qeyd etməsi bir daha sübut edir ki, ikinci müqavilə qanunsuz bağlanmış və həmin müqavilə əsasında mənzil əvvəlcədən düşünülmüş şəkildə zəbt edilmişdir. Sənədlərin arxivləşdirilməsi və qorunması MTK-nın vəzifəsidir, yeni sədrin əvvəlki sədrdən sənədləri təhvil almaması o demək deyildir ki, İddiaçı oglu ilə müqavilə bağlanmamış və pul ödənilməmişdir. İddiaçı oglu onunla bağlanmış müqavilənin əslini təqdim etməklə 08 09.2010-cu ildə dəyərini tam ödədiyi mənzilinə sahib olmaq və mülkiyyətinə daxil etmək hüququ vardır. Bu huquq heç bir şəkildə məhdudlaşdırıla bilməz. Məlum olduğu kimi Azərbaycan Respublikasında ödəniş vasitəsi manatdır. xx.xx.2010-cu il taıixdə İddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 52500 manat göstərilmiş və maliyyə arayışına əsasən bu məbləğ eyni tarixdə tam ödənilmişdir. X8 ilə bağlanmış müqavilədə və maliyyə arayışında mənzilin ümumi dəyəri 52500 ABŞ dolları göstərilmişdir. Bu da onu göstərir ki, X8 ilə bağlanmış müqavilə etibarsızdır sadəcə mənzili zəbt etmək üçün bağlanmış və bunu X8 əvvəlcədən bilmişdir. Əvvəlcədən bilərək İddiaçı mənzilini MTK sədrinin əli ilə zəbt etmişdir. İddiaçı Nur MTK ilə xx.xx.2010-cu il tarixdə qanuni şəkildə mənzil tikintisi haqqında müqavilə bağlamış və dəyərini tam ödəməklə Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilini əldə etmişdir. İddiaçı qanuni şəkildə aldığı mənzildə yaşayıb-yaşamaması nə MTK sədrinə nə də, X4 əsas vermir ki, mənzili qanunsuz yollarla zəbt etsinlər, İddiaçı əmlakını mənimsəsinlər. Əmlakın mənimsənilməsi cinayətdir. MTK sədri və X8 bilərəkdən təqsirli hərəkətləri ilə əmlakı mənimsəmiş, bu fakt iddiaçıya MTK-dan mənzilini təhvil verməyinə dair müraciətinə rəsmi cavabında məlum olmuş və İddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X3 ondan əvvəl dəyərini tam ödədiyi mənzilini MTK-dan tələb etdiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Nur MTK mənzilə dair hər hansı bir bildiriş göndərməmişdir. Mənzilin ona məxsus olması haqqında müqaviləyə imza atan MTK-nın sədri məlumatlı idi və onun mənzilin alınması ilə bağlı X5 məlumatlandırması və ya məlumatlandırmaması iddiaçı olaraq ona maraqlı deyildir. Belə ki, X8 ona dəymiş ziyanı MTK-dan tələb etməli və mənzili tərk etməlidir. Bundan əlavə mənzilin tikintisinin başa çatması barədə İddiaçı MTK tərəfindən hər hansı bir rəsmi məlumat verilməmişdir. Belə ki, İddiaçı ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasında 55 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi, mənzil tikilməkdə olarkən dəyəri İddiaçı tərəfindən tam ödənilsə də, MTK sədri mənzilin tikilib qurtarması barədə heç bır məlumat verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda 55 nömrəli mənzilin binada təmir-bərpa işləri qarşılığında İddiaçı adına rəsmiləşdirilməsi və sonradan İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mənzilin İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qənaətini qəbul etmir. Birincisi əgər belə bir razılıq olmuşdursa həmin idarə sübutu məhkəməyə təqdim etməli idi, ikinci tərəfdən isə əgər belə bir razılıq olmuşsa MTK həmin sübutu məhkəməyə təqdim etməlidir. Neçə aydır davam edən prosesdə MTK razılığa dair heç sübut təqdim edə bilməmiş, yalnız İddiaçı sahibliyində olan əmlakı X4 qanunsuz olaraq verilməsini təsdiqlədiyi müqaviləyə köklənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digət şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırkı mübahisədən göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda Nur MTK-nın mülkiyyətində olmayan əşya barədə sərəncam verməsi 3 ay keçdikdən sonra həmin mənzil barədə X8 ilə xx.xx.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin bağlanması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Hazırki iş üzrə İddiaçı tərəfindən 55 nömrəli mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Nur MTK mənzili alıcıya verməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh Nur MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə X4 verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin, ödənilən vəsaitin və digər xərclərin ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq tələb irəli sürə bilər. Ona görə də iddianın təmin olunmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxsin iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X10 iddia ərizəsini müdafiə edib, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxsin iddia ərizəsini qəbul etməyərək iddia ərizəsinin, etirazının və izahatının məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh Nur MTK-nın iddia ərizələrinə qarşı münasibətindən müəyyən olunur ki, 55 saylı mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqaviləyə əsasən 52500 ABŞ dollarına satılmış, X8 2011-ci ildən hazırkı tarixə kimi həmin mənzildə öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı Təvəkkül oğlunun qaldırdığı iddianın heç bir əsası yoxdur, onun təqdim etdiyi sənədlərin özəyi, yəni müqavilə və arayış MTK-nın baza arxivində qeydə alınmamış və yoxdur. İddiaçı Təvəkkül oğlu bina tikintisi zamanı tikinti materiallarının daşıyıcısı, müəyyən tikinti işlərinin icraçısı kimi fəaliyyət göstərmiş və müqabilində ona həmin binanın A girişinin 14-cü mərtəbəsində yerləşən 53 saylı mənzil təhvil verilmiş və müvafiq müqavilə bağlanmışdır. Həmin binada yerləşən 55 saylı mənzillə bağlı İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin heç bir əsası yoxdur və İddiaçı bunu çox yaxşı bilir. İddiaçı öz istəyi ilə müqavilə 53 saylı mənzillə bağlanılmışdır. Ola bilsin ki, onda olan müqavilədə səhvən və bir tərəfli qaydada 55 rəqəmi qalmışdır. Nur MTK-nın bazasında həmin mənzilin sahibi X8 və sonuncu həmin mənzilin dəyərini ödəyərək bu mənzilə sahib olmuşdur. Bu günə kimi həmin mənzillə bağlı heç bir tələb və iddia olmamış, heç bir problem yaşanmamış və İ.T.Heydərov öz ailəsi ilə birlikdə mübahisəsiz şəkildə 12 ildir həmin mənzildə yaşamaqdadır. Əgər həqiqətən mənzil iddiaçıya məxsus olsaydı bu günə kimi həmin mənzili tələb edər, iddia qaldırardı. 12 ildir həmin mənzildə ailə yaşayır və heç zaman mənzillə bağlı iddiaçı MTK-ya və məhkəməyə müraciət etməmişdir. Bu baxımdan iddiaçının qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur, X3 ərizəsi isə tam olaraq əsaslıdır. Məhkəmə iclasında cavabdeh Nur MTK-nın sədri Nümayəndə iddiaçı A.T. Əliyevin iddia ərizəsini qəbul etməyib, iddiaçı İ.T.Heydərovun iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 4 ildir MTK-nın sədri vəzifəsində işləyir, bu müddət ərzində iddiaçı gəlib 55 saylı mənzili ondan tələb etməmişdir. İddiaçı MTK-da təmir-tikinti işləri ilə məşğul olmuş və ona bu işin müqabilində əvvəl 55 saylı mənzil verilmiş, lakin iddiaçı sahəsi böyük olduğu üçün 53 saylı mənzili tələb etmiş və ona 53 saylı mənzil verilmişdir. 55 saylı mənzilə dair müqavilənin iddiaçıda qalmasının səbəbi ona məlum deyildir. İddiaçı gördüyü işlərə görə mənzildən başqa ümumi sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsi verilmiş, bir il əvvəl iddiaçı həmin sahəni satmışdır. X8 11 ildir 55 saylı mənzildə yaşayır, bütün qonşular İlyası tanıyır və mənzil ilə bağlı MTK-ya heç bir borcu yoxdur. İddiaçı məhkəməyə müraciət etməmişdən bir ay əvvəl müştəri ilə MTK-ya gəlib ona verilən, qızının 10 ilə yaxın yaşadığı 53 saylı mənzili satmışdır. MTK-nın iddiaçıya borcu yoxdur. Ona görə də İddiaçı iddia ərizəsinin rədd edilməsinə, 3-cü şəxs X3 iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin heç bir hüquqi əsası olmadığından həmin müqavilə etibarsız hesab edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, X8 ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən onun tərəfindən ödənilərək həmin mənzil satın alınmışdır. Bundan az sonra İ.T.Heydərov mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailə kimi İ.T.Heydərova müraciət etməmiş və ya MTK-ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi iddiaçının qaldırdığı iddianın heç bir əsası yoxdur. Bu günə kimi İ.T.Heydərov ailəsi ilə birlikdə həmin mənzildə maneəsiz və mübahisəsiz şəkildə 11 ildən çoxdur ki, yaşayır. İstər iddiaçının yaxın vaxtlarda MTK-ya müraciətinə cavab məktubunda, istərsə də İ.T.Heydərovun MTK-dan araşdırması nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə MTK-nın arxivində İddiaçı ödəniş edərək həmin mənzili almasına dair hər hansı arxiv və ya baza məlumatı mövcud deyildir. Bundan başqa 11 ildən artıq müddətdir ki, İ.T.Heydərov mənzildə öz ailəsi ilə birlikdə mübahisəsiz və maneəsiz yaşadağına dair qonşuları tərəfindən tərtib edilmiş akt da bunun göstəricisi kimi qiymətləndirilməlidir. İ.T.Heydərov komunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəsissə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq qaz, işiq, su və digər xidmətlərdən istifadə edir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin heç bir hüquqi əsası yoxdur və o hər hansı vasitə ilə sonradan meydana çıxarılan saxta sənəddir. Əgər həqiqətən belə bir müqavilə mövcud idisə bəs nə üçün MTK-nın gözətçi və komendantlarının iştirakı ilə İ.T.Heydərov həmin mənzildə aylarla təmir tikinti işləri apardığı müddətdə iddiaçı yaxınlaşaraq bununla bağlı ona və ya MTK rəhbərliyinə müracət etməmişdir. Nəinki, təmir tikinti vaxtı iddiaçı ümumiyyətlə 12 il müddətində bu barədə müraciət etməmiş və ya iddia qaldırmamışdır. Bu da bir daha onu göstərir ki, tələb etmənin əsası saxta olmaqla möhkəm əsaslara söykənmir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş 12 il müddətində bunu tələb belə etməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. İddiaçı daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini ötürmüşdür. Ona görə də İddiaçı ilə cavabdeh Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməklə eyni zamanda iddia müddətinin keçməsi səbəbi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqi haqqında ərizəsi onunla əsaslandırılır ki, qaldırılmış iddia tələbinin heç bir əsası mövcud deyildir. Belə ki, X8 ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən X8 tərəfindən ödənilərək satın alınmışdır. Bundan az sonra həmin binada təmir tikinti işlərinə başlayaraq mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailəyə müraciət etməmiş və ya MTK-ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. İddiaçının mənzili tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. O, nəin ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini keçirmişdir. Ona görə də İddiaçı cavabdeh Nur MTK-ya qarşı mənzilin təhvil verilməsinə dair iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, iddiaçıda Nur MTK ilə aralarında Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də yerləşən binanın A giriş 14-cü mərtəbəsində ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinə dair xx.xx.2010-cu il tarixli müqavilənin və maliyyə arayışının olması hələ iddiaçı ilə MTK arasında həmin tarixdə mübahisəli mənzilə dair müqavilənin bağlanmasına və iddiaçının həmin mənzilin ilkin alıcısı olmasına dəlalət edə bilməz. Belə ki iddiaçı özü hazırkı mübahisə üzrə məhkəmə iclasında vermiş olduğu izahatında faktiki olaraq həmin mənzili almadığını, MTK ilə aralarında xidmət göstərilməsindən irəli gələn borc münasibətləri olduğundan, həmin borcun ödənilməsinin təminatı olaraq onunla belə bir müqavilə bağlandığını, lakin, sonradan borcu ödənilmədiyindən hazırki iddianı qaldırdığını, mübahisəli mənzildə digər şəxslərin yaşamasından hələ 2014-cü ildən xəbərdar olduğunu bildirmişdir. Nur MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda MTK-da iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə tərəflər özlərini kooperativ və payçı qismində tanımışdır. Müqavilə subyektlerinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz kooperativ və payçı olaraq münasibətlərə girməsi, buna uyğun hüquq və vəzifələr müəyyən edən müqavilə bağlamaları iddiaçının özünün məhkəmə verdiyi izahatları ilə şübhə altına alınır. Göründüyü kimi iddiaçı ilə MTK arasında tərəflərin iradəsi aralarında mənzilin satılmasına və onun pay dəyərinin ödənilməsinə dair müqavilə bağlanmasına yönəlməmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, borcun ödənilməsinin təminatı müqaviləsi kimi qiymətləndirilməsi barədə nəticəyə gəlinməlidir. Bundan başqa, iddiaçı əsaslandığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə də tələb hüququnu irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş ən yuxarı iddia müddəti olan 10 illik iddia müddətini də tam ötürmüşdür. Mübahisəli mənzil fərdi müəyyən əşyadır və həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə əsasında hələ 2013-cü ildə X4 təhvil verilmiş, sonuncu mənzili təmir edərək uzun illərdir ki, ailə üzvləri ilə orada yaşayır. İddiaçı özü də etiraf etmişdir ki, 2014-cü ildən mübahisəli mənzildə digər şəxslərin yaşamasından xəbərdar olmuş, lakin, məqsədi mənzil deyil, borcunun qaytarılması olduğundan, buna əhəmiyyət verməmişdir. Mənzilin hal-hazırda İ.T.Heydərovun istifadəsində olması işin mübahisəsiz halıdır. Ona görə də İddiaçı Nur MTK-ya və X4 qarşı xx.xx.2010-cu il tarixli müqavilə əsasında pay dəyəri tam ödənilmiş və Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A giriş, XİV mərtəbəsində ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilindən X3 və onunla yaşayan digər şəxslərin çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyib, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia ərizəsini müdafiə edib məkəməyə təqdim etdiyi etirazının və iddia müddətinin təbiq edilməsi barədə ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8 öz iddiasını müdafiə edib, İddiaçı iddia ərizəsini qəbul etməyib, vəkili və nümayəndəsi Vəkil1 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Nur MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının A blokunun, 14-cü mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan 3 otaqlı 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Nur MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 55 saylı mənzilin xx.xx.2010-cu ildən X4 müqavilə yolu ilə 52500 ABŞ dollarına satılması, təqdim etdiyi müqavilə və maliyyə arayışının MTK-nın arxivində aşkar edilmədiyi İddiaçı bildirilmişdir. Nur MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Nur MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin pay dəyəri olan 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir. S.M.Bədirova, K.M.Həsənova, K.M.Bədirova, K.İ.Həsənov, F.B.Məmmədzadə, S.M. Məmmədzadə, E.R.Əzimov, Y.M.Alxazov, Y.Ə.Əskərov, N.T.Salayeva, A.A.Hüseynova, G.B. Kərimov, A.S.Məmmədova, F.Z.Məhərrəmov tərəfindən imzalanmaqla Nur MTK tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 6-da yerləşən Nur MTK-nın binasında yaşayan aktı imzalayan şəxslər həmin binanın A girişinin blokunun 14-cü mərtəbəsində yerləşən 55 saylı mənzildə X3 ailə üzvləri ilə birlikdə 2011-ci ildən hazırki tarixədək yaşadıqlarını təsdiq edirlər. Nur MTK ilə X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşəmiş MTK Nur-un tikilməkdə olan binasının A blokunun, XİV mərtəbəsində 3 otaqlı sahəsi 105 kv.m. olan 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 ABŞ dolları olan mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Nur MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, Nur MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinin pay dəyəri olan 52500 ABŞ dolları payçı X8 tərəfindən tam ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli tədiyyə bildirişindən müəyyən olunur ki, İ.Heydərova ünvan 3 ünvanı üzrə 2018-ci il üçün 28,50 manat əmlak vergisi hesablanmışdır. Bakı Elektrik Şəbəkə ASC ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi abonenti ünvan 5 ünvanı üzrə elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Nur MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 ABŞ dolları vaxtında ödəməyi öhdəsinə götürür. Nur MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 manatı vaxtında ödəməyi öhdəsinə götürür. Nur MTK ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 manatı vaxtında ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Nur MTK tərəfindən ünvan 6 ünvanında inşa edilən kooperativ binada apardığı təmir-bərpa işləri qarşılığında MTK tərəfindən xx.xx.2010-cu il tarixli müqavilə əsasında binanın A bloku 14cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 105 m2 ölçüdə olan 55 nömrəli mənzil onun adına rəsmiləşdirilmiş, lakin, sonradan həmin mənzil İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılmışdır. Ona görə də İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı A.T. Əliyev Nur MTK-da gördüyü işlərin dəyərinə görə Nur MTK ilə mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilə bağlamış, müqavilədə qeyd olunan 52500 manatı MTK-ya ödəməmiş, əksinə MTK-nın ona borcu olmuş, daha sonra mənzilin başqasına satılmasını bilmiş, uzun müddət MTK-dan mənzili tələb etməməsinin səbəbi isə mənzilin başqa şəxsə satılmasını bilməsi, MTK tərəfindən ona təklif edilən, borcun qaytarılmasını gözləməsi təklifi ilə razılaşması olmuşdur. Göründüyü kimi xx.xx.2010-cu il tarixli müqavilə bağlanarkən tərəflərin niyyəti MTK tərəfindən inşa edilən mənzilin satılması deyil, İddiaçı Nur MTK-da gördüyü işlərə görə sonuncunun ödənilməmiş qalan borcunun rəsmiləşdirilməsi olmuş, bu səbəbdən də MTK 3 aydan sonra həmin mənzili İ.T.Heydərova satmış, tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qohumunun 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan, məhkəmə araşdırması zamanı İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin yalan əqd olması müəyyən olunduğundan, yalan əqd olması öz təsdiqini tapan xx.xx.2020-cu il tarixli müqavilə üzrə İddiaçı cavabdehlər Nur MTK-ya və X4 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından İddiaçı iddia ərizəsi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs İ.T.Heydərovun iddia ərizəsi isə təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinə iddia müddətinin təbiqi ilə bağlı 3-cü şəxs İ.T. Heydərovun ərizəsinə münasibət bildirib qeyd edir ki, bağladığı əhəmiyyətsiz əqd üzrə heç bir hüququ yaranmayan İddiaçı hüququnun pozulması da mümkün olmadığından ərizənin təmin edilməsi qeyri-mümkündür. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.(MM-in 372.1.mad.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Nur MTK-ya və X4 qarşı xx.xx.2020-cu il tarixdə Nur MTK-dan pay dəyəri 52500 manat olan payçı İddiaçı ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X14 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişinin 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m. olan 3 otaqlı 55 saylı mənzilindən X3 və onunla yaşayan digər şəxslərin çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilsin. İddiaçı dövlət rüsumuna görə 100 manat X3 xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-700/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-700/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver