Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-703/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMMC-yə qarşı mülki iş üzrə Açar sözlər: (qərarın ləğv edilməsi tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh MMMC-yə və X3 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh MMMC-yə və X3 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 müqavilə öhdəliklərinin yerinə yetirilirək 185 m2 sahənin ona tam təhvil verilməsi və pulun tam ödənilməsinə dair maliyyə arayışının verilməsi, cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ödənmiş dövlət rüsumunun və vəkil xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə aralarında bağlanmış 09 sentyabr 2014-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən sifarişçi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının İ blokunda, İİ mərtəbədə yerləşən 8 və 9 nömrəli 2 otaqlı, ümumi sahəsi 185 m2 olan mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Lakin həmin müqaviləyə əsasən cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh X5 müqavilədə qeyd edilən (185m2 ) sahəni ona tam təhvil verməmiş, pulu tam ödədiyi halda ona arayış versə də düzgün maliyyə arayışı verməmiş və nəticədə mülkiyyət hüquqlarını həyata keçirməyə və bu hüquqları qeydiyyata almağına süni əngəl yaratmışdır. Bununla yanaşı müqavilə öhdəliklərini yerinə yetirmədiyi bəs deyilmiş kimi, öz qohumlarından ibarət tərkiblə mənzil mülkiyyətçilərinin xəbəri olmadan yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsi adı altında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq heç kimə xəbər vermədən binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarının hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması barədə qərar qəbul etmiş və heç bir şəffaf hesabat vermədən, qərarda qeyd edilən ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamadan mülkiyyətçiləri borclu vəziyyətə salaraq, borcdan istifadə etməklə onlara istədikləri sənədə qol çəkdirməklə MMMC təsis etməyə nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-268/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı binanın saxlanması üçün xidmətlərə görə 299,70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənimiş 120 manatın iddiaçı "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun 12.60 manatının cavabdeh İddiaçı, 17.40 manatının iddiaçı Cavabdehnə aid edilməsi qət edilmişdir. Həmin mülki işin gedişində ona məlum olmuşdur ki, sahə mülkiyyətçilərinin qərarı ilə "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışından da göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ var. Cavabdeh İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, qanunvericiliyə müvafiq qaydada binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarının hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması qərara alınmışdır. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4324/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMMC-yə və X3 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia üzrə 2(001)-4324/2024 saylı mülki işdən “xx.xx.2023-cü il tarixli qərarın ləğvi” tələbinin ayrıca icraata ayrılması qərara alınmışdır.
4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ödənmiş dövlət rüsumunun və vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinə qarşı etiraz:
5. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMMC-nin nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini, hazırkı iddia tələbi üzrə qeyd edilən qərarın ləğvi üçün hüquqi əsaslar olmadığını, bu baxımdan iddia tələbinə etiraz etdiklərini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə Cavabdeh MMMC-nin nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının ləğvi üçün məhkəməyə müraciət edən iddiaçının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6446/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadında qeyd edilən sənədləri tələb etməsinə zərurət yoxdur. İddiaçı bu sənədləri o zaman tələb edə bilərdi ki, Cavabdeh MMMC-nin illik hesabatından narazı qalsın və onun yekun nəticəsi olan protokolu mübahisələndirsin. Bundan başqa iddiaçı məhkəmə iclasında qeyd edir ki, Cavabdeh MMMC yaranana qədər 0.30 qəpikdən ödəniş etmişdir. Amma sonradan Cavabdeh MMMC-nin yaranmasına etiraz etdiyi üçün ödənişləri dayandırmışdır. Bu o deməkdir ki, iddiaçı özünün bəyənmədiyi hərəkətləri mübahisələndirir, bu halda əsaslı sayıla bilməz. Həmçinin qeyd edilmişdir ki, mövcud qanunvericilik belə bir qərar olmadan belə kommunal xidmətlərlə bağlı göstərilən xidmətlərin dəyərini ödəməkdən payçıları azad etmir. Nəzərə alınsa ki, bu xidmətlərin göstərilməsini iddiaçı belə etiraf edir, o zaman iddia tələbinin də əsassız olması şübhə doğurmur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dəfələrlə sorğu göndərilməsinə baxmayaraq cavabdeh tərəf nə onlara, nə də ki, məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. Mübahisələndirilən qərar qəbul edilən zaman nə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, nə də cavabdehin öz Nizamnaməsinin tələblərinə riayət edilməmişdir. Bu səbəbdən də iddiaçı mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, vəkilinin dedikləri ilə razı olduğunu bildirirək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, çoxmənzilli bina ilə bağlı bütün məsələlər Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərar əsasında qəbul edilir, lakin hazırki qərar İdarə Heyəti tərəfindən qəbul edilmişdir.
8. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının tələbi tam əsassızdır. Cavabdeh MMMC yaranana kimi iddiaçı 0.30 qəpikdən ödəniş etmiş, lakin MMMC yarandıqdan sonra ödəniş etməkdən imtina etmişdir. Həmçinin bildirdi ki, ümumi yığıncağının qərarı Ədliyyə Nazirliyinə verilmişdir, iddiaçı sorğu verərək həmin qərarı əldə edə bilər. Həmin sənədlər MMMC-nin yaradılması üçün Ədliyyə Nazirliyinə verilmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
10. X5 ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, Sifarişçi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının İ blokunda İİ mərtəbədə 2 və 2 otaqlı 8 və 9 mənzillərin tikintisini öz öhdəsinə götürür. Mənzillərin ümumi sahəsi 185 m2 təşkil edir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X7r. Fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir.
12. Binəqədi-35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ var.
13. Cavabdeh İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, idarə heyəti tərəfindən qanunvericiliyə müvafiq qaydada binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarının hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanması qərara alınmışdır.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 268/2024 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı binanın saxlanması üçün xidmətlərə görə 299,70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənimiş 120 manat vəsaitin iddiaçı "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun 12.60 manatının cavabdeh İddiaçı, 17.40 manatının iddiaçı Cavabdehnə aid edilməsi qət edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6446/2024 saylı, xx.xx.2024ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 sübutların təmin edilməsi barədə vəsatəti təmin edilərək mülki işin tam və hərtərəfli araşdırılması üçün Cavabdeh MMMC-dən Cavabdeh MMMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli qərarının kimlərin iştirakı ilə qəbul edildiyi, hansı əsaslarla qəbul edildiyi, məbləğin hansı əsaslarla və kimlərin razılığı ilə müəyyən edildiyi, bugünədək yığılan vəsaitin harda saxlandığı, həmin vəsait hesabına Binəqədi 35 MMMC-nin hansı işlər gördüyü, nələrə xərcləndiyi, işçi heyətinin sayı, əmək müqaviləsi və əmək haqqı cədvəli kimi zəruri sübutlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-703/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Binəqədi-35” MMMC-dən tələb olunan sübutları təqdim etmək vəzifəsini yerinə yetirmədiyinə görə sonuncunun 1000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
17. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.
18. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
19. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
20. 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.
21. 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər.
22. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir.
23. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir.
24. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
25. 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.
26. 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.1. cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək; 125.2.2. cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək; 125.2.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 125.2.5. cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq; 125.2.6. borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək; 125.2.7. cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək; 125.2.8. cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək; 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsiniməhkəmə qaydasında tələb etmək hüququ vardır.
27. 126.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir.
28. 126.2. İllik ümumi yığıncaqdan başqa mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin, təftiş komissiyasının (müfəttişin) və ya iştirakçılarından birinin təşəbbüsü ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının növbədənkənar ümumi yığıncaqları çağırıla bilər.
29. 126.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş bu Məcəllənin 44.4-cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir.
30. 126.4. Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir.
31. 127.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.
32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
Cavabdeh xx.xx.2023-cü il tarixli Nizamnaməsinin:
33. 21.1-ci bəndinə əsasən cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir.
34. 2.2. Bu məqsədlərə çatmaq üçün cəmiyyət aşağıdakı fəaliyyət növlərini həyata keçirir: 2.2.1.Yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; 2.2.2. Yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması; 2.2.3. Yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması; 2.2.4. Yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması; 2.2.5 Yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması; 2.2.6. Yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi.
35. 3.1. Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan aşağıdakı hüquqlara malik olur: 3.1.2. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 3.1.3. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.4. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnun payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək qeyd olunmuşdur.
36. 6.1. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası(müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır.
37. 6.2. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.
38. 6.3. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 6.3.1 cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək; 6.3.2. cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək; 6.3.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 6.3.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 6.3.5. cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq; 6.3.6. borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək; 6.3.7. cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək; 6.3.8. cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək; 6.3.9. cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq; 6.3.10. cəmiyyətin idarə heyəti sədrinin təqdimatı ilə çoxmənzilli binaya xidmət göstərən işçilərə aid daxili nizam qaydalarının qəbul və onlara dəyişiklər edilməsi, o cümlədən onların əməyinin ödənilməsi haqqında qərar qəbul etmək; 6.3.11. cəmiyyətin idarə heyəti üzvlərinin mükafatlandırılması məbləğini müəyyən etmək; 6.3.12. çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək; 6.3.13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlər.
39. 7.1. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Ümumi yığıncaq ümumi səslərin əlli faizindən çoxuna malik olan cəmiyyət iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
40. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
41. Belə ki, yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən Qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qanunvericiliyə əsasən kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi.
42. Göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından həmçinin görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir.
43. İş materiallarından isə görünür ki, qanunvericiliyin tələblərinə zidd olaraq kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi ümumi yığıncağın qərarı ilə deyil, "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur.
44. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
45. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Məhkəmə cavabdehin etirazındakı dəlilləri əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur
47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia iddia tələbi təmin edilməlidir.
48. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin:
49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
52. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Həsənlı̇ Emı̇ n Əvsər oğlunun cavabdeh "xxxx" MMMC-yə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair ərizəsi təmin edilsin. Cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 15 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. Cavabdeh "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Həsənlı̇ Emı̇ n Əvsər oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova