Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7072/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Bakı şəhəri 51 saylı dövlət notariat kontoruna qarşı “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilə dair ünvan 2li 4Ə-1500 saylı Cavabdeh1 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsinə dair ünvan 2li 4Ə-1501 saylı Cavabdeh1 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə qızı Cavabdeh3 arasında bağlanan Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4 Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsini etibarsız hesab edərək ondan yaranmış hüquqi nəticələri ləğv edilməsi, həmçinin müqavilələr etibarsız hesab edərək ondan yaranmış hüquqi nəticələri ləğv edilməsi, həmçinin müqavilələr etibarsız hesab edildikdən sonra qeyd olunan birgə nikah dövründə əldə olunan hər üç əmlakın Cavabdeh2 ilə arasında ½ olmaqla bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalı və həmin tələblər ərizədə dəqiq göstərilməlidir MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsindən görünür ki, cavabdehlər qismində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 başqa, həmçinin Bakı şəhəri 51 saylı dövlət notariat kontoru da cavabdeh kimi işə cəlb edilmişdir. Lakin iddia ərizəsinin xahiş etdim hissəsində cavabdeh kimi cəlb olunan Bakı şəhəri 51 saylı dövlət notariat kontoruna qarşı yönələn tələb müəyyən edilmir. Halbuki, MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bundan başqa notariat kontoru müqavilə üzrə tərəf olmamaqla müqaviləni təsdiq edən və rəsmiləşdirən qurumdur. Ehtimal olunsa ki, iddiaçı notariat kontorunun üçüncü şəxs kimi prosesə cəlb olunmasını arzu etmişdir, nəzərə alınmalıdır ki, proses iştirakçılarının statusu məhkəmə icraatında mühüm əhəmiyyət kəsb edir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqlarının cavabdehlə müqayisədə məhdud olduğu MPM-nin 57.2-ci maddəsində öz əksini tapmışdır. Odur ki, iddia ərizəsinin bu formada icraata götürülməsi faktiki olaraq mübahisəyə aidiyyəti olmayan və tələb yönəldilməyən şəxsin cavabdeh olaraq statusunun tanınması deməkdir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Bakı şəhəri 51 saylı dövlət notariat kontoruna qarşı “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7072/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7072/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver