Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7086/2020 07.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı əsassız yazılmış Binəqədi rayonu, Novxanı bağları 1, ev 380/A ünvanında yerləşən bağına 810,73 manat məbləğində cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin X1 əməkdaşları tərəfindən Binəqədi rayonu, Novxanı bağları 1, ev 380/A ünvanında yerləşən bağına 810,73 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin X1 əməkdaşları tərəfindən ona məxsus Binəqədi rayonu, Novxanı bağları 1, ev 380/A ünvanında yerləşən bağına 810,73 manat məbləğində cərimə hesablanmışdır. O, idarənin işçilərinə dəfələrlə anlatmağa çalışmışdır ki, onun bağında iki ədəd su quyusu var. O, da onun bağına olan su ehtiyatının ödənilməsinə kifayət edir. Onun tələbi ilə bağı tərəfə çəkilən köhnə bir su borusu tapıb üzərinə 18015939 saylı sayğac quraşdırmışlar. Bir ay keçmiş öz sayğaclarına inanmayıb sayğacdan çıxan su borusunu kəsib ağzına tıxac vurmuşlar. Bütün bunlara baxmayaraq ona yazılan cərimənin miqdarı çoxalırdı. O, işçilərə başa sala bilməmişdir ki, quyudan çıxan şirin su ona çəkilən sudan 4-5 qat ucuz başa gəlir. Hər dəfə o, su idarəsinin işçilərinə çəkilən sudan istifadə etmədiyini bildirmişdir. Sayğaca baxış zamanı, sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını işçilər öz invertar aktlarında qeyd etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2-ci maddəsində iddia ərizəsində göstərilməli olan məlumatlar qeyd olunmuşdur (ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı). Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin adını və onun barəsində olan məlumatları (ünvanını) qeyd etməyərək iddia ərizəsinin forma və məzmununa aid tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı,iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı əsassız yazılmış Binəqədi rayonu, Novxanı bağları 1, ev 380/A ünvanında yerləşən bağına 810,73 manat məbləğində cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7086/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7086/2020
07.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver