Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7129/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkün naturada ayrılması, yerinin müəyyən olunması və digər mülkə birləşdirilməsi” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkün naturada ayrılması, yerinin müəyyən olunması və digər mülkə birləşdirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsindən aydın olur ki, cavabdehlərdən Cavabdeh1 rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, mənzil 43, digər Cavabdeh2 isə faktiki yaşayış yeri Rusiya Federasiyası, Moskva şəhəri 2-ci Fruzenskaya küçəsi ev 9 və Moskva şəhəri, Bolşaya Poçtovaya küçəsi, ev 1/33 kimi qeyd olunmuş, həmçinin Cavabdeh2 Azərbaycan Respublikasında sonuncu yaşayış (qeydiyyat) yeri barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddianı cavabdehlərin rəsmi (və ya sonuncu yaşayış yeri) qeydiyyat ünvanının qeydə alındığı yerə görə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ tanınmış mülkün naturada ayrılması və s. tələblər Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin müddəalarına aid olmadığından mülki işə əmlakın yerləşdiyi əraziyə aid olan məhkəmənin icraatında baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 rəsmi qeydiyyat ünvanı ünvan 3h Cavabdeh2 isə Azərbaycan Respublikasında sonuncu yaşayış (qeydiyyat) yeri barədə heç bir sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkün naturada ayrılması, yerinin müəyyən olunması və digər mülkə birləşdirilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-7129/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7129/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver