Məhkəmə qərarları › İş №2(001)-7141/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7141/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7141/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vəfatəndan sonra onun ir səmlakına aşağıdakı obyektləri tanımaq: Bakı şəhəri, Cavabdeh küçəsi, ev 9A ünvanındakı fərdi yaşayış evi, Bakı şəhəri, Cavabdeh küçəsi, ev 3A, mənzil 9 ünvanındakı dövlət mənzili, fərdi evdə İddiaçı1 üçün 2/3 pay, qalan 1/3 pay isə bacısı İddiaçı2 və mərhum qardaşın övladları arasında bərabər şəkildə müəyyən edilməsi, pay bölgüsünün faktiki istifadə və saxlanılmaya əsaslanması, mirasın qəbul müddətinin bərpası hər iki iddiaçı – İddiaçı1 və İddiaçı2 üçün, dövlət mənzilində bütün varislər üçün bərabər 1/3 pay müəyyən edilməsi, mirasın qəbul müddətinin bərpası hər iki iddiaçı – İddiaçı1 və İddiaçı2 üçün xahiş edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçıların tələbi miras qalmış əmlakın paylara bölünməsi və mirasın qəbul edilməsi müddətinin bərpasıdır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, mirasın qəbul edilməsi müddətinin uzadılması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə aiddir və həmin işlərə xüsusi icraat qaydasında baxılmalıdır. Xüsusi icraat işləri ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Hazırkı ərizədə isə ərizəçi və maraqlı şəxs kimi deyil, iddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. Bundan əlavə ərizə kimi deyil, iddia ərizəsi kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, onlar ilk öncə mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilir ki, onlar ilk öncə mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar