Məhkəmə qərarları › İş №2(001)-717/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-717/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-717/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X11rşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün 3175 (üç min yüz yetmiş beş) manat məbləğində pulun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, 05 noyabr 2023-cü il tarixdə həyat yoldaşı X7 ilə birlikdə ona məxsus “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bakı şəhərindən yeni salınmış Bakı-Dərbənd yolu ilə Xaçmaz rayonu istiqamətində hərəkət etmişdir. Bu yol ödənişli olduğu üçün həmin yolun sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 7,44 (yeddi manat, qırx dörd qəpik) manat pul ödəmişdir. O, yol boyu avtomobil ilə 100-110 km/saat sürətlə hərəkət etmişdir. Yolun Siyəzən rayonu istiqamətindən keçərkən irəlidə mal-qara görünməyə başlamış, yol dumanlı olduğu üçün malları dəqiq seçə bilməmiş, bu zaman avtomobilin sürətini azaldaraq həmin heyvanlarla toqquşmadan yayınmağa çalışsa da, yayına bilməmiş və avtomobilin yoldakı inəklərin biri ilə toqquşmuşdur. Hadisə nəticəsində tam qanuni əsaslarla mülkiyyətində olan “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3175 (üç min yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymiş və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Bunu iş materiallarına əlavə etdiyi 14 noyabr 2023-ci il tarixli ziyan aktı da təsdiq edir. Yuxarıda qeyd edilən hadisə ilə bağlı Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən araşdırılma aparılmış və 16 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Yol-nəqliyyat hadisəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqsiri nəticəsində baş vermişdir. Belə ki, cavabdeh tərəf ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək vəzifəsi daşıdığı halda yola nəzarət etməmiş və nəticədə heyvanlar yola çıxmış idarə etdiyi avtomobillə toqquşmuşdur. Dəymiş zərər məbləğinin ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəf müraciətini Azərbaycan Avtomobil Yolları X10 Yolarının Mühafizə Xidmətinə göndərmişdir. Azərbaycan Avtomobil Yolları X10 Yolarının Mühafizə Xidməti isə 20 dekabr 2023-cü il tarixli, 11-1 /2-0-96- 125/1-1/2023 saylı məktubla bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış ərizəmüraciət araşdırılmış və bildirilmişdir ki, 05 noyabr 2023-cü il tarixində ödənişli avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində baş vermiş yol- nəqliyyat hadisəsi Baş Dövlət Yol Polisi idarəsi tərəfindən araşdırıldıqdan sonra, nəticədən asılı olaraq məlumat veriləcəkdir. Bununla bağlı bildirir ki, yuxarıda qeyd etdiyi kimi yol-nəqliyyat hadisəsi Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən araşdırılmış və 16 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. O, cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün 3175 (üç min yüz yetmiş beş) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5859/2024 saylı, 27 avqust 2024-cü il tarixli qərardadı ilə onun cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi və Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadın 4-cü səhifəsinin 5-ci və 6-cı abzaslarında iddianın mümükün sayılmamasmın səbəbi göstərilərək qeyd olunmuşdur ki, “Göründüyü kimi hazırkı iş üzrə mübahisə ödənişli yoldan istifadə ilə bağlı müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı - İddiaçı mülkiyyətində olan “Dacia Logan” markalı **-CX-*** dövlət nömrə nişanlı minik avtomobili ilə xx.xx.2023-cü il tarixində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində 100-110 km/saat sürətlə hərəkət etmişdir. Yolun Siyəzən rayonu istiqamətindən keçərkən irəlidə mal-qara görünməyə başlamışdır. Duman səbəbindən avtomobil idarə etməsini itirmiş və avtomobilini dayandıra bilməmişdir. Nəticədə yoldakı inəyin birisi ilə toqquşmuşdür. Avtomobilin motorxana hissəsi yanmağa başlamışdır. Hadisə nəticəsində İddiaçı avtomobilinə ciddi ziyan dəymişdir. X5 Dövlət Agentliyinin 2.4-cü bəndinə əsasən Agentliyin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Nizamnaməyə və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. "xxxx" MMC-nin nizamnaməsinin 3.2 -ci maddəsinə görə “Cəmiyyətin təsisçisi “Cəmiyyətin öhdəlikləri və “Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün məsuliyyət daşımır. “Cəmiyyət” dövlətin, dövlət isə onun öhdəlikləri üçün məsuliyyət daşımır. Odur ki, göstərilənləri nəzərə alaraq icraatda olan iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan X1rşı dəymiş zərərin ödənilməsi barədə mülki iş üzrə cavabdeh qismində "xxxx" MMC-nin əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək "xxxx" MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsinə etiraz etmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxmağı qərara almışdır. İddiaçı tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 05 noyabr 2023-cü il tarixdə ona məxsus “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bakı şəhərindən yeni salınmış Bakı-Dərbənd yolu ilə Xaçmaz rayonu istiqamətində hərəkət edib. Bu yol ödənişli olduğu üçün həmin yolun sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 7,44 (yeddi manat, qırx dörd qəpik) manat pul ödəmişdir. Avtomobil ilə 100-110 km/saat sürətlə hərəkət etmiş, yolun Siyəzən rayonu istiqamətindən keçərkən irəlidə mal-qara görmüş, yol dumanlı olduğu üçün malları dəqiq seçə bilməyib, avtomobilin sürətini azaldaraq həmin heyvanlarla toqquşmadan yayınmış, lakin yayına bilməyib, yoldakı inəklərin biri ilə toqquşmuşdur. Hadisə nəticəsində mülkiyyətində olan “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3175 (üç min yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək göstərmişdir ki, hazırki işdə hüquqlarını müdafiə etdiyi təşkilat heç bir məsuliyyət daşımır. Belə ki, DSK-ya qədər olan ödənişli yola "xxxx" MMC baxır. İddiaçının isə ödəniş etdiyi 7,44 manat məbləğində pul vəsaiti həmin MMC-nin hesabına ödənilib. Ona görə də hüquqlarını müdafiə etdiyi təşkilat bu işdə heç bir məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: “Avtomotoservics və ticarət müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyasının 14 noyabr 2023-cü il tarixli ziyan aktından görünür ki, buraxışı ili “Dacia Logan” markalı **- CX-*** dövlət nömrə nişanlı minik avtomobilinə yon-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 3175 manat məbləğində ziyan dəymişdir. Siyəzən RPŞ-nin 16 noyabr 2023-cü il tarixli cinayət iinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən; xx.xx.2023-cü il tarixdə, saat 18:40-da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, a/yat, ev 8-də yaşayan İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək yeni salınmış Bakı-Quba magistral yolunun Siyəzən rayonundan keçən hissəsində idarə etdiyi “Dodge” markalı **-CX-*** d.q.n.l.i avtomobil ilə iribuynuzlu heyvanı vurduğunu bildirmişdir. İlkin yoxlama zamanı İddiaçı izahatında göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. xx.xx.2023-cü il o, yoldaşı X7 ilə birlikdə özünə məxsus **-CX-*** d.qn.l.i “Dacia Logan” markalı avtomobili vasitəsilə Bakı şəhərindən yeni salınmış Bakı- Dərbənd yolu ilə Xaçmaz rayonu istiqamətində hərəkət etmişlər. Bu yol ödənişli olduğu üçün o, yola daxil olduğu zaman 7,44 manat pul ödəmişdir. Yol boyu o, avtomobili ilə 100- 110 km/saat sürətlə hərəkət etmişdir. Yolun Siyəzən rayonu istiqamətindən keçərkən irəlidə mal-qara görünməyə başlamışdır. Yol dumanlı olduğu üçün o, malları dəqiq seçə bilməmişdir. Bu zaman avtomilinin sürətini azaldaraq həmin heyvanlarla toqquşmadan yayınmağa çalışsa da, yayına bilməmiş və avtomobili yoldakı inəklərin biri ilə toqquşmuşdur. Toqquşma baş verərkən avtomobilinə ciddi ziyan dəymişdir. Avtomobilinin matorxana hissəsi yanmağa başlamışdır. Bu zaman o, və yoldaşı yanğını söndürmək məqsədilə tədbirlər görməyə başlamışdır. Yolda qarşılarına çıxan inək ilə toqquşduğu zaman heç bir xəsarət almamışdır. Toqquşma zamanı yaxınlıqda təxminən 5 baş heyvanın olduğunu görmüşdür. Hadisə nəticəsində ona təxminən 5000 manat ziyan dəymişdir. Araşdırma zamanı qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İXM-in 338.5.1ci maddəsi mal-qaranın yolda nəzarətsiz qoyulması ilə bağlı məsuliyyət müəyyən edir. Bu səbəbdən İddiaçı etdiyi müraciətdə cinayət təkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilməsi və araşdırma zamanı **-CX-*** d.q.n.l.i avtomobilin toqquşduğu 01 baş iribuynuzlu heyvanın sahibi müəyyən edilmədiyi üçün tapıldıqda barəsində İXM-in 338.5.1ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. "xxxx" MMC-nin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən “Cəmiyyətin təsisçisi “Cəmiyyətin öhdəlikləri və “Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün məsuliyyət daşımır. “Cəmiyyət” dövlətin, dövlət isə onun öhdəlikləri üçün məsuliyyət daşımır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Hazırkı halda iddiaçı 05 noyabr 2023-cü il tarixdə ona məxsus “Dacia Logan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Dərbənd ödənişli yolu ilə Xaçmaz rayonu istiqamətində hərəkət edərkən, yoldakı mal-qaranı yol dumanlı olduğu üçün dəqiq seçə bilmədiyindən inəklərin biri ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 3175 (üç min yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymiş və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad edərək dəymiş ziyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb edir. Məhkəmə hesab edir ki, işin faktiki halları tələbin maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Baxılan iş üzrə Mülki Məcəllənin 1110-cu maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. Həmin maddəyə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi qanun heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyi heyvan sahibinin üzərinə həvalə etmişdir. İstisna yalnız heyvan sahibinin üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlərin görməsidir. Hazırkı halda isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X14 iddiaçıya münasibətdə hüquqa zidd əməlinin, bu əməl ilə zərər arasında səbəbli əlaqənin və onun təqsirinin mövcudluğu iş üzrə müəyyən edilmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar