Məhkəmə qərarları › İş №2(001)-7201/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7201/2022

23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7201/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta ilə bağlı qəbul edilmiş qərarından və tədbiq edilmiş cərimədən narazı qaldığını bildirərək həmin qərarın ləğv olunmasını və İdarə tərəfindən ona 3.000 manat maddi və mənəvi təzminatın ödənilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(001)-6797/2022 saylı qərardadından görünür ki, İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılməş və ona izah edilmişdir ki, o, iddia ərizəsində cavabdehlərin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərməklə onların birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə rayon məhkəməsinə müraciət edə bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş 05 noyabr 2022-ci il tarixli, 6979/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, o, iddia ərizəsində cavabdehlərin hər birinə qarşı yönələn tələbi göstərməklə onların birinin rəsmi ünvanı üzrə Bakı Şəhəri Səbail və ya Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. Hazırki ərizəni nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəsin məzmunundan görünür ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarını mübahisələndirir. Həmin qərarın mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bundan əlavə, iddiaçı ərizəsində inzibati orqan olan Baş Dövlət Yol Polis İdarəsinin hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya narazı qaldığı inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməli, inzibati orqanın hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilir ki, o, narazı qaldığı inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İddiaçıya həmçinin izah edilir ki, o, inzibati orqanın hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı isə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar