Məhkəmə qərarları › İş №2(001)-7213/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7213/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7213/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədrinə müraciət edərək, qarabağ müharibəsi veteranı olduğunun nəzərə alınaraq, ona qarşı kobdluqnankorluqla AR CM-nin 178-ci maddəsilə dələduzluq edən Cavabdeh barəsində müvafiq qərar qəbul edib 2000 manatın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların göstərilmədiyi və bu barədə müvafiq sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir, halbuki prosessual qanunvericiliyin imperativ tələbinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman cavabdehin soyadı, adı, atasının adı, o cümlədən onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN nömrəsi) göstərilməlidir. Bu tələb həmçinin ona görə əhəmiyyət daşıyır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir və məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Bundan əlavə şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar həmçinin ona görə vacibdir ki, məhkəmənin ərazi aidiyyəti müəyyənləşdirilə bilsin. Eyni zamanda elektron informasiya sistemindən sorğulanmış məlumatlardan müəyyən edilir ki, Nərimanov rayonu ərazisində qeydiyyatda olan Cavabdeh adlı şəxs vardır, lakin həmin şəxsin sizin tələbinizə cavab verməli olan şəxs olduğu da qeyrimüəyyəndir. Hər bir halda əgər həmin şəxs olsaydı belə, iddiaya Binəqədi Rayon Məhkəməsində baxıla bilməzdi. Bundan əlavə nəzərinizə çatdırılır ki, yenidən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia ərizəsinin forma və məzmununu müəyyən edən prosessual qanunvericiliyin tələblərinə əməl edilsin. Çünki iddia ərizəsi yuxarıda qeyd edilən nöqsanla yanaşı, prosessual baxımından da düzgün tərtib edilməmişdir. Əvvəla iddia ərizəsi məhkəmənin sədrinə yox, məhkəməyə ünvanlanır. İkincisi cavabdehlərin sayına uyğun iddia ərizəsi əlavə edilir. Üçüncüsü yönələn tələb konkret olaraq ifadə edilir. Odur ki, iddia ərizəsi yuxarıda göstərilən səbəblərə görə geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39, 149-152-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar