Məhkəmə qərarları › İş №2(001)-7216/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7216/2025

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7216/2025 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi cəlb edilməklə) “nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi məqsədilə, məcburi lazımı sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, öhdəliklərin icra edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi cəlb edilməklə) “nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi məqsədilə, məcburi lazımı sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən, Cavabdeh məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı VAZ 21214 minik markalı, “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə, lazımı sənədləşdirilmə öhdəliyinin ona verilməsinə dair Cavabdeh üzərinə qoyulması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü tarixə kimi BA 157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan TA2121401C2066477 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı VAZ 21214 minik markalı avtomobili 8690 manata iddaçı X1 barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair ilkin alqı-satqı barədə razılıq əldə olunmuşdur. Razılığa əsasən (satıcı) Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 avtomobili 8690 manata qiymətləndirmiş, avtomobili həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə avtomobili 8690 manata almağı öhdəsinə götürmüş, satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh etibarnamə əsasında nümayəndəsi X16 öz öhdəsinə götürmüşdür ki, İddiaçı müqavilə üzrə göstərilən məbləği tam ödəyib bitirdikdə, avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə və digər lazımı sənədlər verəcəkdir, ya da, avtomobilin alqı-satqısını gəlib AR DİN-nin Baş X31 İdarəsində qanuna müvafiq qaydada həyata keçirəcəkdir. xx.xx.2022-ci il tarixli İlkin Müqavilənin 2.8-ci maddəsinə əsasən, hazırkı Müqavilə və Müqavilənin icrası ilə əlaqədar bütün növ mübahisələrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılacaqdır. xx.xx.2022-ci il tarixli İlkin Müqaviləyə əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin cavabdeh İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh Müqavilənin 2.1ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Razılıq günü səlahiyyətli nümayəndə X10 şahidlər: X4, X19 və X7 və s. şahidlərin iştirakı ilə nağd qaydada 5500 manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra X8 təqdim etdiyi "UNİBANK" bank hesabına xx.xx.2020-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci ildə 440 manat, xx.xx.2022-ci ildə 432 manat, xx.xx.2022-ci il tarixdə 432 manat, ümumilikdə 9396 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh səlahiyyətli nümayəndə VAZ 21214 markalı, **-MF-*** d.q.n-lı avtonəqliyyat vasitəsini fiziki olaraq iddiaçıya təqdim etmiş, o cümlədən, nəqliyyat vasitəsinin idarə edilməsinə dair 20 ay müddətində etibarnamə vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyinə baxmayaraq, Cavabdeh və səlahiyyətli nümayəndəsi X16 VAZ 21214 markalı, **-MF-*** d.q.n-lı avtonəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməni ləğv etmiş və nəticədə nəqliyyat vasitəsini idarə edilməsinə məhdudiyyət qoymuşdur. Avtomobilin özgəninkiləşdirilməsınə dair sənədləşdirməni şəxsən özü və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə avtomobilin alqı-satqısını AR DİN-nin Baş X31 İdarəsində həyata keçirməmişdir. Əlavə olaraq nəzərə çatdırır ki, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl X14 mülkiyyətində olmuş (o, avtomobili xx.xx.2020-ci il tarixdə X5 alqı-satqı yolu ilə almışdır), mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə ona eyni tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilə dair X20 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, eyni tarixdə Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, bu barədə ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Müqavilədə avtomobilin 7800 manata satılması qeyd edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında avtomobilə dair notarial qaydada təsdiq edilməklə, “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə Cavabdeh avtomobili xx.xx.2023-cü il tarixədək 8690 manata cavabdehə satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Eyni zamanda, müqavilənin digər şərtlərinə görə, Cavabdeh nümayəndəsi Elçin Mirzəyev satılacaq avtomobili 8690 manata qiymətləndirərək cavabdehə satmağı, sonuncu isə həmin pulu Cavabdeh, xx.xx.2022-ci il tarixdən etibarən hər ay 432 manata (20 ay müddətinə), ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Müqaviləyə əsasən Cavabdeh nümayəndəsi Elçin Mirzəyev həm də öhdəsinə götürmüşdür ki, müqavilədə göstərilən pulu (8690 manat) tam ödəyib bitirdikdən sonra avtomobilin özgəninkiləşdirilməsinə dair İddiaçı etibarnamə verəcəkdir. Avtomobilə dair tərəflər arasında bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” üzrə İddiaçı tərəfindən 9 ay, hər ay 432 manat olmaqla, cəmi 3896 manat pul ödənilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi Elçin Mirzəyevin vasitəçiliyi ilə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixədək etibarnamə verilmiş, avtomobilə dair mübahisə yarandıqdan sonra Cavabdeh tərəfindən verilmiş həmin etibarnamə ləğv edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Cavabdeh və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və Elçin Mirzəyevə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə iddiası üzrə e-2(011)-4308/2023 saylı mülki iş Cavabdeh İddiaçı qarşı “avtomobilin qaytarılması və pul tələbinə” dair 2(011)-2499/2023 saylı mülki işə birləşdirilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(011)-2499/2023 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “avtomobilin qaytarılması və pul tələbinə” dair iddiasının qismən təmin edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı alınaraq Cavabdeh qaytarılması, Cavabdeh iddiası qalan hissədə təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı Cavabdeh və X11 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə iddiasının qismən təmin edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, 9396 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu onun özünə aid edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh qaytarılması ilə 9396 manat pulun Cavabdeh tutularaq İddiaçı qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbinin tam təmin edilməsi və İddiaçı Cavabdeh qarşı iddianın təmin edilən hissədə - 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, 9396 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2334/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(011)-2499/2023 nömrəli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rtismunun İddiaçı tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi rədd edilməsi göstərilmişdir. İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı “Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Cavabdeh və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması” barədə iddiası rədd edilməsi göstərilmişdir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi göstərilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı-satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olması izah edilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh (vəkil X17) Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən birinci iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli, 2(103)-2334/2024 saylı qətnaməsi ilkin iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Üçpilləli məhkəmə araşdırmalarının nəticəsindən sonra, cavbdehə dəfələrlə xahiş etmişdir ki, üzərinə götürdüyü öhdəliyi icra etsin və aidiyyatı orqanda avtomobilin alqısatqısını onunla həyata keçirsin. Cavabdeh tərəfindən dəfələrlə söz verilsə də, aidiyyatı orqana gəlib alqı-satqını həyata keçirilməsindən yayınmışdır. Yalan vədlər verərək, günügündən vaxtı bu günə qədər uzatmışdır. O da, aldandığını başa düşüb, Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Binəqədi Rayon Prokurorluğuna Cavabdeh və qeyriləri barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinin məzmunu aşağıdakılardan ibarət olmuşdur. “İddiaçı tərəfindən Hörmətli prokuror! Bildirirəm ki, Cavabdeh və X9, mənə qarşı dələduzluq hərəkətlər etməsi barədə, Azərbaycan Respublikasının Baş Prokuroruna və sizə şikayət etmişəm. Bu günə qədər heç bir orqan tərəfindən prosessual hərəkətlər edilməmişdir və izahatım alınmamışdır. Yuxarıda göstərdiklərimi nəzərə alıb, mənə qarşı dələduzluq hərəkətlərinə yol verən və 8960 manat pulumu ələ keçirən Cavabdeh və X18 barəsində, qanuni tədbirlər görməyinizi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində obyektiv araşdırma aparılması üçün, öz səlahiyyətləriniz daxilində, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəxs kimi (prokuror), müvafiq təhqiqat və ya istintaq şöbəsinə göstəriş verməyinizi sizdən xahiş edirəm. İmza: İddiaçı xx.xx.2025" Şikayəti ilə bağlı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi, müraciətinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ olması ilə bağlı xx.xx.2025-ci il tarixli, 3/2-6150 nömrəli məktub vermişdir. Bundan başqa, vətəndaş Cavabdeh götürdüyü öhdəliyi vicdanla yerinə yetirmədiyinə görə, “Nəzərinizə çatdırıram ki, məhkəmə araşdırmaları və qətnaməsi ilə artıq sübuta yetirilib ki, mən İddiaçı, sizinlə bağlanan və mübahisələndərdiyiniz müqavilə üzrə öhdəliklərimi pozmamışam və tam, vicdanla yerinə yetirmişəm və buna görə də, avtomobilin alqı-satqısı üçün (özgəninkiləşdirilməsinə dair) lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququmun olması sizə izah edilir. Odur ki, mülkiyyətinizdə olan 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin (adı qeyd olan avtomobilin vicdanlı alıcısı olduğum üçün, maşın faktiki mənim istifadəmdədir və sahibliyimdədir) aidiyyatı orqanda (AR DİN-nin Baş X31 İdarəsində), mənimlə, şəxsən özünüz və ya nümayəndəniz vasitəsilə mübahisəsiz alqı-satqısını (özgəninkiləşdirilməsinə dair), qanuna uyğun şəkildə, lazımı qaydada həyata keçirməyinizi və qanunla götürdüyünüz öhdəliyinizi 10 iş günü müddətində vicdanla icra etməyi xahiş edirəm. Güman edirəm ki, siz götürdüyünüz öhdəliyinizi könüllü icra edəcəksiniz. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edəcəyəm. Avtomobilin alqı-satqısı (özgəninkiləşdirilməsinə dair) üçün məhkəmə xərcləri, rüsumları, hüquqi yardım xidməti ödənişləri, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və sair xərclərin, sizdən alınıb mənə verilməsi tələb olunacaq. Bu da, sizin üçün yaxşı nəticələnməyəcək, artıq və əlavə pul xərclərinin çıxmasından ibarət olacaqdır, o cümlədən, öhdəliyinizi və məhkəmə qətnaməsini icra etmədiyiniz təqdirdə, qanunla barənizdə ciddi tədbirlər görülməsinə gətirib çıxara bilər. İmza: İddiaçı xx.xx.2025” məzmunlu Təklif (Pretenziya) məktubu göndərmişdir. Cavabdeh, bu günə qədər götürdüyü öhdəliyi, avtomobilin aidiyyatı orqanda özgənikiləşdirilməsi üçün lazımı sənədləri təqdim etməklə yerinə yetirməmişdir, işi vicdanla icra etməmişdir və hesab edir ki, avtomobilin vicdanlı alıcısı olmasına baxmayaraq, cavabdeh tərəf min bir bəhanə ilə alqı-satqı prosesindən yaymır və aralarında yaranan mübahisə məhkəmə qaydasında həllini tapmalıdır. Belə ki, AR DİN-in Baş X31 İdarəsi, Cavabdeh özü və ya etibarnamə üzrə nümayəndəsinin şəxsən idarənin müvafiq şöbəsinə gəlib avtomobilin özgənikiləşdirilməsi üçün lazımı sənədləri təqdim etməklə imzalamalıdır, ya da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında, həyata keçirilməli olacağı zərurətini bildirirlər. İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyinə baxmayaraq, Cavabdeh və səlahiyyətli nümayəndəsi X16 VAZ 21214 markalı, **-MF-*** d.q.n-lı avtonəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməni ləğv etmiş və nəticədə nəqliyyat vasitəsini idarə edilməsinə məhduduyyət qoymuşdur. Nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən, Cavabdeh məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxıhşlı 99MF330 dövlət nömrə nişanlı VAZ 21214 minik markalı avtomobilin özgəninkiləşdirilməsini (alqısatqı) cavabdeh tərəfindən bu günə qədər, mənimlə həyata keçirməkdən yayınmışdır və lazımı sənədləşdirmə etməmişdir. Hesab edir ki, cavabdehə qarşı iddia ərizəsi əsaslı, qanuni və ədalətlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, sonuncuya öhdəliyin icra edilməməsi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 BA157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan XTA212401C2066477 ban nömrəli, ******* mühərrik nömrəli, 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı avtomobili 8690 manata qiymətləndirir, avtomobil həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə avtomobili 8690 manata almağı öhsəinə götürmüş, İddiaçı satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəməyi satış qiymətindən qalan 50 manatı avtomobilin alqısatqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən X6 hesabına xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 430,84 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 432 manat, xx.xx.2022-ci il tarixdə 440 manat məbləğində ödənişlər etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 2499/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh qaytarılması, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi qət edilmiş, İddiaçı Cavabdeh və X11 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, 9396 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh qaytarılması ilə 9396 manat pulun Cavabdeh tutularaq İddiaçı qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2334/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2499/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi rədd edilmiş, İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı “Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqısatqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Cavabdeh və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması” barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixlii, 2(102)-3229/2024 saylı Qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2334/2024 saylı qətnaməsi ilkin iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 134,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 2012-ci il buraxılışlı 99MF330 dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı avtomobili 8690 manata qiymətləndirmiş, avtomobili həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə avtomobili 8690 manata almağı öhsəinə götürmüş, İddiaçı satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəməyi satış qiymətindən qalan 50 manatı avtomobilin alqısatqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər qismən yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə iddiaçı ödəməli olduğu pul məbləğini tam şəkildə ödəsə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyə əməl edilməmiş, iddiaçıya müvafiq sənədləri verməmişdir. Bununla bağlı iddiaçı və cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müvafiq iddialarla müraciət etmişlər, və ən sonda həmin iddialar rədd edilmiş və İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı-satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olması da izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı qaldırmaq haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxılışlı **-MF-*** dövlət nömrə nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə lazımı sənədləşdirilmə öhdəliyinin İddiaçı verilməsinə dair Cavabdeh üzərinə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli xx.xx.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxılışlı **-MF-*** dövlət nömrə nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə lazımı sənədləşdirilmə öhdəliyinin İddiaçı verilməsinə dair Cavabdeh üzərinə öhdəlik qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar