Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7218/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və su sisteminin təmir edilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və su sisteminin təmir edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mənzilinə vurulmuş 450 (dörd yüz əlli) manat məbləğində maddi zərərin cavabdeh tərəfindən tutulmasını, cavabdehin mənzilində (11 nömrəli mənzildə) sızma yaradan su sisteminin tam təmir olunmasını və qəzanın aradan qaldırılmasını, məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilmesini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
3. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, eləcə də şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və digər məlumatları göstərməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsinin mətnində Cavabdeh ilə yanaşı Cavabdeh Elçin qızını da mənzilin mülkiyyətçisi olaraq qeyd etmiş, lakin ona ziyan vuran mənzilin mülkiyyətçisinin adlarını qeyd etdiyi şəxslərdən hansının olmasını, eləcə də cavabdeh şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, eləcə də şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və digər məlumatları göstərməmiş, məhkəmə tərəfindən isə elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh qismində qeyd edilmiş şəxslər barədə məlumat əldə etmək mümkün olmamışdır. Bir sözlə iddiaçı iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş imperativ tələblərə əməl etməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: Maddə 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi və su sisteminin təmir edilməsi tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin forma və məzmunla bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş imperativ tələblərinə əməl etməli olduğu halda, o, bu tələblərə əməl etməmişdir. Beləliklə də iddiaçı iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu tələbə əməl edilməməsi isə mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - iddia ərizəsinin forma və məzmununa dair tələblərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilərkən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və su sisteminin təmir edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev