Məhkəmə qərarları › İş №2(001)-732/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-732/2020

27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-732/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu Hajı X2 “xxxxxx” MMC-yə qarşı dividend məbləğinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-732/2020 saylı qərardadından iş üzrə cavabdeh “xxxxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayəti mülki işin materialları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Hajı X4 “xxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən sahib olduğu səhmlərə uyğun olaraq ödənilməmiş ******* manat dividend məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə vəsatət ünvanlayaraq mülki işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, vəsatət təmin edilməmişdir. Sonradan C.R.Cəbrayılov məhkəmənin həmin qərardadından şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-5100/2020 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. Sonradan C.R.Cəbrayılov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-732/2020 saylı qərardadından yenidən şikayət verərək şikayətin baxılması üçün mülki işlə birlikdə kasasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə şikayət kasasiya instansiyası məhkəməsinə göndərilir. Hesab edirəm ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli aidiyyət qərardadından verilmiş şikayət təmin olunmadığı halda ona kasasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğundan hazırki şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hajı X2 “xxxxxx” MMC-yə qarşı dividend məbləğinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-732/2020 saylı qərardadından iş üzrə cavabdeh “xxxxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin və şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar