Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7354/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı1, İddiaçı2nın və İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 02 dekabr 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə iddiaçılar kimi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi ev 31D (yeni qaydalarla AZ1054, ünvan 1 ünvanında ümumi sahəsi 206,8 kv.metr olan 10 otaqlı (iki mərtəbədə altlı—üstlü) evin paylara müvafiq naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 149.2 və 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki halda iddia ərizəsinə qoşma edilmiş çıxarışdan görünür ki, tələbdə göstərilən fərdi yaşayış evi 1/14 hissədə X2 (dövlət qeydiyyatına alınmamış), 1/14 hissədə İddiaçı1, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3, 20/28 hissədə Cavabdeh3 paylı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddia tələbi paylı mülkiyyətdə olan həmin əmlakın naturada bölünməsi olduğu halda, çıxarışdan görünür ki, cavabdehlərdən yalnız Cavabdeh3 həmin əmlakın paylı mülkiyyətçisidir. Digər iki cavabdehə, yəni Cavabdeh2 və Cavabdeh1 qarşı yönələn tələb müəyyən edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinin tələbinə zidd olaraq iddia ərizəsinin surətləri cavabdehlərin sayına görə ərizəyə əlavə edilməmişdir. Ərizə geri qaytarıldığından, onun verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu da İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddiaçı1, İddiaçı2nın və İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu (qəbzin nömrəsi **********, ödəniş tarixi xx.xx.2022) büdcədən İddiaçı1 (FİN xxxxxxx) qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-7354/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7354/2022
02.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver