Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7375/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilin üzərindən həbsin götürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(101)-183/17 saylı hökmü ilə mərhum X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddətinə məhkum edilmişdir. Həmin hökmə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilinin üzərinə həbs qoyulmaqla müsadirə edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qərarı ilə X3 tərəfinədn verilmiş apellyasiya şikayəti, Ali Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd oluna iş üzrə ibtidai istintaq mərhələsində Oktay Rüstəmov tərəfindən dəymiş maddi ziyan müəyyən edilmiş və onun yaxınları tərəfindən tam olaraq ödənilmişdir. Buna baxmayaraq, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilin əldə edilməsinin bu cinayət işi ilə heç bir əlaqəsinin olmadığı halda həmin əmlakın üzərinə həbs qoyulmuş və əmlak müsadirə edilmişdir. Belə ki, həmin mənzil Rusiya Federasiyasının Tula vilayətində yaşayan qardaşı X1 5 nəfərdən ibarət ailə üzvləri tərəfindən özlərinin istifadəsi üçün alınıb. Ona məxsus olan əmlak CM-nin 99- 1, 99-1.1-ci maddəsinin təsiri altına düşmədiyi halda barəsində xüsusi müsadirə tətbiq edilmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzil barəsində hökm çıxarılan mərhum X3 tərəfindən vurulan maddi ziyanın ödənilməsi məqsədilə müsadirə edilmişdir. Hazırda iddiaçı həmin mənzilin mərhum X3 tərəfindən törədilən cinayət işi ilə heç bir bağlılığının olmadığını və həmin mənzilin mülkiyyət hüququ ilə 02.08.2014-cü ildən ona məxsus olduğunu və əmlakın Rusiyada yaşayan qardaşı X2 tərəfindən alındığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253.0-cı maddəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı üzərinə səhvən həbs qoyulmuş əmlakın həbsdən azad edilməsini xahiş edir. İş materiallarından müəyyən edilir ki, üzərinə səhvən həbs qoyulduğu iddia edilən əmlaklar cinayət prosesini həyata keçirən orqan tərəfindən xüsusi müsadirə olunmuşdur. Hazırda iddiaçı faktki olaraq qeyd edilən əmlakların həbsdən azad edilməsini və xüsusi müsadirənin ləğv edilməsini xahiş edir. Odur ki, əgər iddiaçı həmin hökmlə və ya digər qərarla müəyyən edilmiş haldan narazıdırsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada(cinayət mühakimə icraatı) şikayət verə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərardan yuxarı instansiya məhkəməsinə və ya məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanların qərarından şikayət vermək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərardan(hökmdən) yuxarı instansiya məhkəməsinə və ya məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanların qərarından şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7375/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7375/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver