Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-738/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14000 manat məbləğində pulun tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, “2021-ci ilin axırlarında əvvəllər qonşu kimi tanıdığım Cavabdeh iddiaçıların etibarından sui-istifadə edərək, guya Rəna və rəfiqəsi Mehriban xanımı yaratmaq istədiyi iş birliyinə qatmaq üçün Rəna vasitəsilə onlardan 14 min manat pul almışdır. Lakin sonradan məlum olmuşdur ki, onun hər hansı iş qurmaq fikri olmayıb. O, sadəcə olaraq, etibardan sui-istifadə edərək onların pulunu ələ keçirib. Bizdən ələ keçirdiyi pulu hara xərcləyiblər, sualımıza o, heç bir ağıla batan səbəb göstərə bilmir. Bildirir ki, guya, biznes fəaliyyəti ilə məşğul olan xalası Sayalıya verib. Deyirdi ki, xalası hündürmərtəbəli binalar tikir. Guya xalası onları öz iş birliyinə qatmalı idi. Əslində isə Rənaya məlum olmuşdur ki, onun kimlərəsə borcu olub və onları dələduzluq yolu ilə aldadıb ələ keçirdiyi pulları öz məqsədləri üçün xərcləyib və ya olan borcuna ödəyib. Bundan sonra iddiaçılar cavabdehdən ələ keçirdiyi pulu geri qaytarmasını tələb etsələr də, o müxtəlif bəhanələrlə bundan boyun qaçırır, Rənanın telefon zənglərinə cavab vermir, Rəna ilə görüşdən qaçır, gizlənirdi. Nəhayət Rəna polisə müraciət etmək məcburiyyətində qaldı. Lakin Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Mirzəyevin xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisə mülki mübahisə kimi qiymətləndirilməklə, ərizəsi üzrə cinayət işi başlanması rədd edilmiş və ona mülki mühakimə icraati qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəsi araşdırılarkən, Cavabdeh ondan və bilavasitə Rənanın zəmanəti ilə Mehriban xanımdan ümumilikdə 14.000 manat götürdüyünü təsdiq etmiş, lakin eyni zamanda bu məbləğin bir hissəsini qaytardığını iddia etmişdir. Həm təhqiqatçı, həm də Rəna tərəfindən qaytarılan pul məbləği ilə bağlı sübutlarının təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən bu sübutlar təhqiqat zamanı təqdim edilməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Rəna adlı şəxsi tanışı Mehriban adlı şəxsin işlədiyi 7-ci mikrorayonda yerləşən ərzaq malları almaq üçün Rənanın vasitəsi ilə Mehribandan faizə 3000 manat, daha sonra 2550-1500 manat pulu götürmüşdür. Hər ay onlar Mehribana 290 manat və 75 manat məbləğində faiz ödəmişlər. 3 il keçdikdən sonra Mehriban faizi saxlamağı istəmiş, Mehriban faizi saxlamış və o hər ay əlinə pul düşdükcə verəcəyini bildirmişdir. Bundan sonra o 5500 manata görə 1000 manat, 1500 manat isə 200 manat Mehribana vermiş və etdiyi ödənişlərin qəbzi özündə qalmışdır. Sonra Rəna ona zəng edib Mehriban onu polisə verdiyini bildirmişdir. Rənanın izahatında yazdığı artıq məbləğ digər 6000 manat Rənaya borcludur. Rəna ərizədə qeyd etdiyi kimi həmin borc məsələsi onun xalasının oğlundan götürdüyünə görə ona bağışladığını demişdir. Rənanı izahatında onun barəsində yazdıqları yalan və böhtandır. O Rənaya zəng edib bunu araşdırmasını deyəndə sonuncu onu söyüb təhqir etmişdir. İddiaçı1 2015-ci ildə 8-ci mikrorayonda onun qonşusu olub, Mehriban ona həmin məbləği faiz olaraq vermişdir. Mehriban adlı şəxsə 6000 manatın faizini ödəyərkən Rəna ona borc verib ona hissə-hissə ödəməsini demişdir. Sonra Rəna onun xalası oğluna 105 min manat faizə pul vermişdir. Ona bildirmişdir ki, orada qalan puldan onun 6000 manat borcunu siləcəkdir və Rəna onun qardaşına 6000 manatdan çox pul silmişdir. Onun Rənaya borcu yoxdur, sonuncu izahatında şər və böhtan göstərmişdir. Rəna dəfələrlə ona zeng edib onu və qohumlarını söyüb təhqir etmişdir. O, Rənadan pulu onunla şərik biznes qurmaq üçün almayıb, həmin pulu ondan özü üçün borc almışdır. Həmin borc pulu da ondan faizə götürüb. Valideynləri koronavirus xəstəliyinə tutularaq vəziyyətləri ağır olduqları üçün müalicələri üçün Mehribandan 6000 manat faizə pul götürmsüşdür. Hazırda onda həmin qəbzlər mövcuddur, Mehribanın adına ödəmişdir. İzahatı alınmış İddiaçı2 göstərmişdir ki, o, 10 il əvvəl özünə məxsus Gəncə şəhərində yerləşən evini sataraq həmin pulu banka qoymuşdur. İşlədiyi bağçada rəhbərlik ilə yaxın olduğu üçün Lalə adlı qadını onların vasitəsi ilə tanımışdır. 2021-ci ilin sonunda Lalə adlı şəxs onlara Rəna xanımla ona işin artırılması məqsədi ilə 4000 manat pul istəmişdir. İlk öncə 14000 manat aldıqdan sonra hissə-hissə əlavə olaraq 3000 manat, ayrı-ayrı vaxtlarda ondan pul istəyib verdikdən sonra həmin pulu 5-6 ay müddətində qaytarmağa söz vermişdir. Lakin vədinə əməl etməyib həmin puldan yalnız 200 manat qaytarmışdır. Lalə bu günədək pulu qaytaracağına söz versə də, pulun qalan hissəsini qaytarmamışdır. Lalə adlı qadın işə yatırım edib qazanc əldə etmək məqsədi ilə ondan pul almışdır. 5-6 ay ərzində pulun tam hissəsini qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh ümumilikdə iddiaçılardan, yarısı İddiaçı2 məxsus olan, 14 min manat pul götürdüyünü inkar etmir. Lakin bu pulu borc olaraq götürdüyünü iddia edir. Bu isə əslində borclu kimi bizim qarşımızda öhdəlik daşımasının qəbul edilməsidir. Lakin artıq 2 ilə yaxındır ki, o iddiaçıların pulunu hardasa istifadə edir, gəlir götürür, daim qayratacağını vəd edir. Lakin götürdüyü pulu geri qaytarmaqdan boyun qaçırır. Nəticədə iddiaçılara xeyli miqdar ziyan dəymiş, həmçinin aralarına nifaq düşmüşdür. Belə ki, Mehriban xanım itkilərinin Rənanın tanışı olan Lalənin təqsirindən baş verdiyini bildirməklə tələbini Rənaya qarşı yönəldir. Məhkəmənin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə X4 və İddiaçı3 iddiaçılar qismində mülki işə cəlb olunmuşdur. Cavabdeh məhkəməyə ünvanlandığı yazılı etirazında qeyd emişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. İddiaçı R. Ələkbərova iddia ərizəsində həqiqətə uyğun olmayan, yalnız öz mülahizəsinə əsaslanmış, heç bir sübut və dəlillə təsdiq edilməyən hallara istinad etməklə iddiasının təmin edilməsini məhkəmədən tələb edir. İddia ərizəsində iddiaçılara qarşı dələduzluq cinayət əməlini törətdiyini iddia edir. Bu məlumat yanlışdır. İddiaçı1 özü də, iddia ərizəsində qeyd edir ki, onun barəsində Binəqədi RPİ 5-ci PB-yə şikayət etmişdir. Lakin nədənsə iddia ərizəsində özü tərəfindən təqdim etdiyi, şikayətlə bağlı 5-ci PB-nin təhqiqatçısı Vüqar Mirzəyevin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əhəmiyyət verməmişdir. əgər onun hər hansı bir hərəkətində cinayət əməlinin tərkibi müəyyən edilmiş olsaydı, onun barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar deyil, “cinayət işinin başlanması haqqında” qərar qəbul edilmiş olardı. İddiaçı iddia ərizəsində göstərir ki, guya o, izahatında təsdiq etmişdir ki, ondan və onun zəmanəti ilə Mehriban xanımdan 14000 manat pul almışdır, lakin bir hissəsini qaytardığını iddi etmişdir. Bununla bağlı bildirir ki, İddiaçı1 ona heç bir öhdəlik üzrə zamin durmayıb. İddiaçı1 zaminliklə bağlı hər hansı yazılı müqavilə, digər təsdiqedici sənəd mövcud deyil. İddiaçı iddia ərizəsində onun PB-də yazdığı izahata istinad edərək göstərib ki, o, guya Mehribandan faizə 3000 manat, daha sonra 2550-1500 manat pulu götürmüş, hər ay onlar, yəni Rəna və o Mehribana 290 manat və 75 manat məbləğində faiz ödəmişlər, bir müddət sonra Mehriban faizi saxlamağı istəmiş, Mehriban faizi saxlamış və o, hər ay əlinə pul düşdükcə verəcəyini bildirmiş, bundan sonra o, 5500 manata görə 1000 manat, 1500 manat isə 200 manat Mehribana vermiş və etdiyi ödənişlərin qəbzləri özündə qalmışdır. Bununla bağlı bildirir ki, onun istər Mehribana, istərsə də Rənaya hər hansı borcu yoxdur. Əlavə olaraq bildirir ki, PB-də təzyiq altında izahat vermişdir, onun müdafiəçi ilə təmin edilməyi haqqında müraciəti hüququ təmin edilməmişdir. Ona edilən təzyiqlərə baxmayaraq, o yenə də, polisdə verdiyi izahatında bildirmişdir ki, İddiaçı1 borcu yoxdur. Eyni zamanda sonuncu izahatında qeyd etmişdir ki, İddiaçı1 dəfələrlə onu əsassız olaraq hədələmiş və ona zəng edərək onu nalayiq sözlərlə təhqir etmiş, ona böhtan atmışdır. Polis bölməsində ondan izahat alınarkən təzyiqlərə məruz qaldığına görə izahatında tərəfindən təhqiqatçıya verdiyi məlumat əsas hissədə təhrif olunmuş, təzyiqlərə məruz qaldığına görə izahatın məzmunu həqiqətə uyğun olmasa da, onu imzalamağa məcbur edilmişdir. Polis bölməsində verdiyi izahatın heç bir preyudisial əhəmiyyəti yoxdur. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. iddiaçı tərəfindən hər hansı bir səs yazısı təqdim edildiyi halda həmin səs yazılarının ümumiyyətlə sübut kimi qəbul edilməsinə etiraz edir. Həmin səs yazıları gizli şəkildə yazıldığından qanunazidd qaydada əldə edilmişdir. Lakin məhkəmə tərəfindən hətta həmin səs yazılarının qanunauyğun şəkildə əldə edilməsi qənaətinə gəldiyi halda bildirir ki, qeyd edilən səs yazıların məzmunu iddianın əsaslılığını təsdiq etmir, sübut etmir. Həmin səs yazılarından aydın başa düşülmür ki, tərəflər arasında olan söhbət nə ilə əlaqəlidir, kimin kimə borcu var, borcun tarixi. Məbləği müəyyən edilmir. İddiaçı tərəfindən onun Rənaya və ya Mehriban xanıma borclu olduğunu təsdiq edən hər hansı bir sənəd, qəbz, qaimə yoxdur. İddianın əsası kimi sübut olaraq polisdə verdiyi məzmunca ziddiyyətli izahatın qəbul edilməsi absurddur. İşin digər əhəmiyyətli halı odur ki, İddiaçı1 özü də iddia ərizəsində bildirir ki, pul Mehribana məxsusdur, yəni ona deyil, başqasına məxsusdur. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, işçisi olan İddiaçı3 cavabdeh üçün kredit götürülməsini xahiş etmiş. Cavabdehlə münasibətləri çox yaxşı olmuş və hər zaman ona köməklik etmək üçün əlindən gələni etmişdir. Lalə mağaza açmaq istəmiş və o, öz rəfiqəsi olan, İddiaçı2 Lalə üçün borc istəmiş, qaytarılmasınada şifahi qaydada zamin durmuş, pulun qaytarılmadığı təqdirdə onun əvəzinə pulun qaytaracağına söz vermişdir. Mehribandan ümumi 7500 manatdan pul alınmış və cavabdehə verilmişdir. Cavabdehin onun 500 manatını qaytarmış, diər hissəsini isə qaytarmaqdan imtina etmişdir. Hal-hazırda İddiaçı2 pulu ondan tələb edir. Digər iddiaçı isə onun işçisidir. Cavabdeh mağaza açmaq üçün borc pul istəmiş və o, İddiaçı3 bankdan pul görərək Laləyə verilməsini xahiş etmişdir. Nurlana "xxxx" ASC-nin Xırdalandakı filialından 6650 manat məbləğində krediti götürərək cavabdehə vermişdir. Sonradan bilmişdir ki, cavabdeh həmin krediti ödəmir və Nurlana o borcun ödənilməsini ondan tələb etmiş. Lalənin əvəzinə 4300 manat məbləğində krediti ödəmiş və bunu təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında digər İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini, Cavabdeh hissə-hissə ümumi məbləği olan 7500 manat pul verdiyini, daha sonra ona həmin borcdan 500 manat qaytardığını və 7000 manat borcu qaldığını bildirətək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini, əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin Xırdalandakı filialından işlədiyi uşaq baxçasının müdiri İddiaçı1 xahişi ilə Cavabdeh üçün 6650 manat məbləğində kredit götürmüşdür. Bir il müdddətində cavabdeh krediti vaxtı-vaxtında ödəmişdir, daha sonra bank əməkdaşı tərəfindən ona zəng vurularaq bildirilmişdir ki, kredit ödənilmir. İddiaçı1 Cavabdeh üçün şifahi qaydada zamin olmuş, sonuncunun kredit ödəmədiyi təqdirdə iddiaçı ödəməyi ödəsinə götürmüş və ona görə də cavabdehin yerinə borcdan 4300 manat qaytarmışdır. Kreditin ödənilməli məbləği faizlə birlikdə 10539,27 (on min beş yüz otuz doqquz manat iyirmi yeddi qəpik) manat pul təşkil etmişdir. Sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh etirazda qeyd edilənləri təsdiq etdiyini, iddianı qəbul etmədiyini, əlavə olaraq bildirmişdir ki, İddiaçı1 pul götürməmiş və ona heç bir borcu olmamışdır. Digər İddiaçı3 ümumiyyətlə tanımır, onu Rəna xanımın işçisi kimi bilir, onunla heç bir şəxsi ünsiyyəti olmamış, onunla banka getməmiş və pul götürməmişdir. İddiaçı2 isə hissə-hissə 7500 məbləğində pul götürmş və illərdi o pulun faizini ödəyərək artıqlaması ilə hamısını qaytarmışdır. Sonda Cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirdi ki, 10 ildir ki, Rənanın evində çalışır. Mehriban 2 dəfə onun yanında cavabdehə pul vermişdir, Rənanın pulun dəqiq qaytarıb-qaytarılmaması sualına cavab olaraq, Lalə əminliklə pulun qaytarılmasını söz vermişdir. Pulu verilmə tarixləri dəqiq yadında qalmamışdır. Bildiyinə görə 3000 manat bir və 4500 manat bir vermişdir. X14 Rənanın evində vermişdir. Pulu cavabdeh sayıb götürəndə o da orda olmuşdur. Lalə pulu götürəndə yeni iş qurmaq üçün, yəni mağaza açmaq üçün götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirdi ki, o, bacısı Nurlana, Rəna və Lalə "xxxx" ASC-nin Xırdalandakı filialına Nurlananın adına kredit götürüb sonuncuya verilməsi üçün getmişlər. Nurlana pulu götürüb Laləyə verəndə görmüş, lakin kassanın yanında yox, biraz kənarda dayanmışdır ona görədə pulun dəqiq məbləğini bilməmiş, bildiyinə görə 6000 manata yaxın olan məbləğ olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirdi ki, o, cavabdehin anasıdır. 3 ildir onun qızı Mehriban adlı qadına faiz ödəyir, lakin nə qədər məbləğdə borcu olduğundan məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində bildirdi ki, cavabdehlə birlikdə mağazada işləmişdir, iddiaçıları isə tanımır. Cavabdehin Mehriban adlı qadına götürdüyü pula görə faiz ödədiyindən məlumatı olmuş, onun özündən dəfələrlə o faizi ödəmək üçün müxtəlif məbləğlərdə (290 manat, 250 manat, 75 manat) pul götürmüşdür. Sonra cavabdeh ondan İddiaçı2 borcun tam qaytarılması üçün 3000 manat məbləğində borc götürmüş və Lalənin dediyinə görə borcu tam qaytarmışdır. Mülki iş materiallarında olan: Binəqədi RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mirzəyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı1 Binəqədi RPİ 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2021-ci il tarixdə tanıdığı Lalə adlı qadın birgə şirniyyat alqı-satqı biznesi ilə məşğul olub qazanc əldə etmək adı onu aldadaraq yaşadığı evdə 14.000 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı1 izahatında bildirmişdir ki, o Lalə adlı qadını 10 ildən artıqdır tanıyır, onunla arasında normal münasibətlər olub. 2021-ci ilin axırlarında Lalə ona məşğul olduğu sahibkarlıq fəaliyyətinə onu da cəlb edə biləcəyini demişdir. Lalə ona bildirmişdir ki, o təndir yeri götürüb orada şirniyyat məhsulları bişirib satışı ilə məşğul olur. Lalə onu bacısı ilə birlikdə inandırdıqdan sonra onu da həmin işə cəlb edib birgə işləyib qazanc əldə etmək müəyyən məbləğdə pul lazım olduğunu bildirmişlər. Bunun müqabilində 14000 manat pul lazım olduğunu demişlər. O da Laləyə həmin pulu yaşadığı evdə vermişdir, 14000 manat pulun 6800 manat pulu rəfiqəsi Mehribana məxsus olmuşdur. Lalə həmin pulu ondan aldıqdan bir müddət sonra yoxa çıxmışdır. O Lalə ilə əlaqə saxlayıb pulunun tələb etmişdir. Lakin Lalə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Daha sonra onun zənglərinə cavab vermədiyindən ondan polisə şikayət etmək qərarına gəlmişdir. Nəticədə Lalə onu aldadaraq pulunu ələ keçirmişdir. Hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. X12 izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Rəna adlı şəxsi tanışı Mehriban adlı şəxsin işlədiyi 7-ci mikrorayonda yerləşən ərzaq malları almaq üçün Rənanın vasitəsi ilə Mehribandan faizə 3000 manat, daha sonra 2550+1500 manat pulu götürmüşdür. Hər ay onlar Mehribana 290 manat və 75 manat məbləğində faiz ödəmişlər. 3 il keçdikdən sonra Mehriban faizi saxlamağı istəmiş, Mehriban faizi saxlamış və o hər ay əlinə pul düşdükcə verəcəyini bildirmişdir. Bundan sonra o 5500 manata görə 1000 manat, 1500 manat isə 200 manat Mehribana vermiş və etdiyi ödənişlərin qəbzi özündə qalmışdır. Sonra Rəna ona zəng edib Mehriban onu polisə verdiyini bildirmişdir. Rənanın izahatında yazdığı artıq məbləğ digər 6000 manat Rənaya borcludur. Rəna ərizədə qeyd etdiyi kimi həmin borc məsələsi onun xalasının oğlundan götürdüyünə görə ona bağışladığını demişdir. Rənanı izahatında onun barəsində yazdıqları yalan və böhtandır. O Rənaya zəng edib bunu araşdırmasını deyəndə sonuncu onu söyüb təhqir etmişdir. İddiaçı1 2015-ci ildə 8-ci mikrorayonda onun qonşusu olub, Mehriban ona həmin məbləği faiz olaraq vermişdir. Mehriban adlı şəxsə 6000 manatın faizini ödəyərkən Rəna ona borc verib ona hissə-hissə ödəməsini demişdir. Sonra Rəna onun xalası oğluna 105 min manat faizə pul vermişdir. Ona bildirmişdir ki, orada qalan puldan onun 6000 manat borcunu siləcəkdir və Rəna onun qardaşına 6000 manatdan çox pul silmişdir. Onun Rənaya borcu yoxdur, sonuncu izahatında şər və böhtan göstərmişdir. Rəna dəfələrlə ona zəng edib onu və qohumlarını söyüb təhqir etmişdir. O, Rənadan pulu onunla şərikli biznes qurmaq üçün almayıb, həmin pulu ondan özü üçün borc almışdır. Həmin borc pulu da ondan faizə götürüb. Valideynləri koronovirus xəstəliyinə tutularaq vəziyyətləri ağır olduqları üçün müalicələri üçün Mehribandan 6000 manat faizə pul götürmüşdür. Hazırda onda həmin qəbzlər mövcuddur, Mehribanın adına ödəmişdir. İzahatı alınmış İddiaçı2 göstərmişdir ki, o 10 il əvvəl özünə məxsus Gəncə şəhərində yerləşən evini sataraq həmin pulu banka qoymuşdur. İşlədiyi bağçada rəhbərlik ilə yaxın olduğu üçün Lalə adlı qadını onların vasitəsi ilə tanımışdır.2021-ci ilin sonunda Lalə adlı şəxs onlara Rəna xanımla ona işin artırılması məqsədi ilə 4000 manat pul istəmişdir. İlk öncə 14000 manat aldıqdan sonra hissə-hissə əlavə olaraq 3000 manat, ayrı-ayrı vaxtlarda ondan pul istəyib verdikdən sonra həmin pulu 5-6 ay müddətində qaytarmağa söz vermişdir. Lakin vədinə əməl etməyib həmin puldan yalnız 200 manat qaytarmışdır. Lalə bu günədək pulu qaytaracağına söz versə də, pulun qalan hissəsini qaytarmamışdır. Lalə adlı qadın işə yatırım edib qazanc əldə etmək məqsədi ilə ondan pul almışdır.5-6 ay ərzində pulun tam hissəsini qaytarmaqdan imtina etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçılar cavabdehə müxtəlif vaxtlarda verdikləri ümumilikdə 14.000 manat pul vəsaitini tələb edirlər, cavabdeh isə iddianı qəbul etməyərək iddianı əsassız hesab edir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə 14.000 manat pulun verildiyini iddia edən iddiaçılar sübut etməlidirlər. Bu baxımdan məhkəmə iddiaçılardan İddiaçı1 və İddiaçı3 iddiasına münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı1 14000 min manat pulun (6800 manatı M. Əliyvevaya məxsusdur) onun vasitəsi ilə evində cavabdehə verdiyini, İddiaçı3 isə İddiaçı1 xahişi ilə Cavabdeh üçün 6650 manat məbləğində kredit götürərək ona verdiyini, lakin həmin borc qaytarılmadığından faizlə birlikdə 10539,27 (on min beş yüz otuz doqquz manat iyirmi yeddi qəpik) manat pulun cavabdehdən tutulmasını iddia etsələr də buna dair əsaslı sübutlar təqdim edə bilməmişlər. Belə ki, tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı yazılı sənəd tərtib olunmamışdır. İddiaçılar iddia tələbini şahidlərin ifadələri ilə sübut olunduğunu bildirir. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçılar pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlərdən İddiaçı3 bacısı olan X5 pulun dəqiq məbləğini deyə bilməmiş, onun verilmə anını dəqiq təsfir edə bilməmişdir. Digər şahid X8 isə müxtəlif vaxtlarda 3000 manat və 4500 manat məbləğdə pulun cavabdehə məhz İddiaçı2 tərəfindən verildiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfdən dəvət olunmuş şahidlərdən biri iddiaçının bacısı digəri isə İddiaçı1 evində evində işləyib, və iş üzrə tam və ətraflı məlumata malik deyirlər. Bu baxımdan məhkəmə hesab edir ki, onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı. Odur ki, İddiaçı1 və İddiaçı3 iddiaları əsaslı sayıla bilməz. İddiaçı2 tələbi üzrə məhkəmə qeyd edir ki, cavabdeh Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə verdiyi izhatında Rənanın vasitəsi ilə Mehribandan faizə 3000 manat, daha sonra 2550+1500 manat pulu götürdüyünü, hər ay Mehribana 290 manat və 75 manat məbləğində faiz ödənildiyini, bundan sonra o 5500 manata görə 1000 manat, 1500 manat isə 200 manat Mehribana verdiyini lakin ödəniş qəbzlərinin özündə qaldığını bildirsədə, məhkəmə iclası zamanı İddiaçı2 hissə-hissə 7500 məbləğində pul götürdüyünü və illərdi o pulun faizini ödəyərək artıqlaması ilə hamısının qaytardığını qeyd etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri üzrə sübut etmək vəzifəsinin özünün üzərinə düşdüyüynü nəzərə alaraq, hesab edir ki, cvabadehin dəlilləri ilə bağlı sübutlar mötəbər sayıla bilməz. Birincisi iddiaçılardan İddiaçı1 və İddiaçı2 cavabdeh tərəfindən məhz İddiaçı2 alınmış 7500 manatdan 500 manatın qaytarldığını qeyd edirlər. Belə faktın mövcudluğu cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş X10 da təsdiq edərək, cavabdehin məhz Mehriban adlı qadına götürdüyü pula görə faiz ödədiyini bildirmişdir. Digər şahid X1 cavabdehin Mehriban adlı qadına faiz ödəməsini lakin nə qədər məbləğdə borcu olduğundan məlumatlı olmadığını bildirmişdir. Göstərilənlərə məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, cavabdehin İddiaçı2 aldığı 7000 məbləğində pulun qaytardığına dair dəlilləri heç bir mötəbər sübuta əsaslanmır. Məhkəmə onu da qeyd edir ki, mülki hüquqda heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Yəni əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. Bu zaman varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçılardan yalnız İddiaçı2 7000 manat borcu olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, iddia bu hissədə təmin edilməli, cavabdehdən 7000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən, 7000 manat həddində təmin edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, bu məbləğdə iddianın verilməsi üçün ödənilməli 50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 qızına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-738/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-738/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver