Məhkəmə qərarları › İş №2(001)-7390/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7390/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7390/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə və digər” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi (indiki Hürriyyət küçəsi), 12-ci döngədə yerləşən və iddiaçının sahibliyində olan, 2 mərtəbəli fərdi yaşayış evinə iddiaçının isifadə və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi (indiki Hürriyyət küçəsi), 12-ci döngədə yerləşən iddiaçının sahibliyində olan, 2 mərtəbəli fərdi yaşayış evinə iddiaçı tərəfindən istifadə olunmasına qoyulan maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsinə və maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

3. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Cavabdeh2 barəsində onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmiş, məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlarda isə Cavabdeh2 adlı iki ayrı şəxsin olduğu müəyyən edilmişdir. Həmçinin bu zaman həmin şəxslərin də qeydiyyat ünvanlarının Sumqayıt şəhəri və Sabunçu rayonları olduğu aşkar edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin yönəldiyi cavabdehin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından, məhkəmə hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin ərizənin forma və məzmunu ilə bağlı tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmalıdır.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evindən istifadə və digər tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.

6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin forma və məzmunla bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş imperativ tələblərinə əməl etməli olduğu halda, o, bu tələblərə (cavabdehlər) əməl etməmişdir. Beləliklə də iddiaçı iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu tələbə əməl edilməməsi isə mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır.

7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - iddia ərizəsinin forma və məzmununa dair tələblərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə və digər” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.

2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar