Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7410/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəi, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yeni yaşayış massivi ərazisində 600 kv.m sahəsi olan torpaq sahəsində inşa etdiyi və cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş daş hasarın və torpaq sahəsinin darvazasının cavabdehin hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi, gələcəkdə cavabdeh tərəfindən onun torpaq sahəsində sərbəst istifadə və sahibliyinin həyata keçirilməsinə hər hansı maneçiliyin yaradılmasının cavabdehə qadağan edilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil X1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırda iddia ərizəsini geri götürmək qərarına gəldiyini və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi, vəkil tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinin tələbi baxımından iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi və sair” tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən 30(otuz) manat məbləğində dövlət rüsumu (Qəbz№8********) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7410/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7410/2021
19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver