Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7419/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Binəqədi Rayon Məhkəməsinə qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Xəlilov X1 Rayon Məhkəməsini cavabdeh qismində cəlb edərək, Binəqədi Rayon Məhkəməsinin e-16(001)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının ləğv edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilə bilməz. Belə ki, mülki-prosessual qanunvericilik tərəfin narazı olduğu məhkəmə aktının ləğv edilməsinə narazı olduğu məhkəmə aktını qəbul etmiş məhkəməyə qarşı iddia vermək yolu ilə həll etməyə imkan vermir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267-ci maddəsində qeyd edilmişdir ki, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verə bilər və şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Odur ki, məhkəmə aktının ləğv edilməsi barədə tələbin məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya eyni zamanda izah edilir ki, narazı olduğu Binəqədi Rayon Məhkəməsinin e-16(001)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Mülki-Prosessual Məcəllənin 10-1.3 maddəsinin, 267-269-cu maddələrinin tələblərinə uyğun olaraq şikayət vermək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Binəqədi Rayon Məhkəməsinə qarşı Binəqədi Rayon Məhkəməsinin e- 16(001)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, narazı olduğu Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 436/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Mülki-Prosessual Məcəllənin 10-1.3 maddəsinin, 267-269-cu maddələrinin tələblərinə uyğun olaraq şikayət vermək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7419/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7419/2023
29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver