Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7420/2023 01.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6362/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı tələb cavabdehdən cəmi 6000 (3000+3000) manat məbləğində pulun tələb edilməsi ilə bağlı olsa da, iddia ərizəsi verilərkən cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, “Dövlət rusumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı vəziyyətdə bu məbləğ 80 manat təşkil edir. Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Buna baxmayaraq iddiaçı iddia ərizəsinə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Hal-hazırda iddiaçı yenidən Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbini 3000 manatadək azaltmış, lakin iddia ərizəsinə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi yenə də ərizəyə əlavə etməmişdir. Ərizəyə mücərrəd bir məktubun xx.xx.2023-cü il tarixdə göndərilməsini təsdiq edən poçt qəbzi əlavə edilsə də, pretenziya məktubunun özü iddia ərizəsinə əlavə edilməmiş və cavabdehə məhz pretenziya məktubunun göndərilməsini və məktubun məzmununu qəbzdən müəyyən etmək mümkün deyil. Həmçinin cavabdehə həmin tarixdə pretenziya məktubu göndərilsə belə, iddia ərizəsinin onda hansı əsaslarla cəmi 3 gün sonra – xx.xx.2023-cü il tarixdə verilməsi aydın deyil. Belə ki, şəxsin 3 gün müddətində pretenziya məktubunu alması və ona münasibət bildirməsi mümkün deyil. İddiaçıya izah olunur ki, qanunvericilik pretenziya qaydasına riayət edilməsini mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından tam həcmdə istifadə edilməsi məqsədilə tələb edir, formal olaraq işə qəbz əlavə edilməsi üçün deyil. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd iddia ərizəsinə əlavə edilmədiyinə görə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-7420/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7420/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver