Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7443/2025 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17500 manat məbləğində pulun və ödədiyi dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Cavabdeh2 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışları Cavabdeh1 və X18 qardaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2021-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, 3166 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi yaşayış binasının 2 otaqdan ibarət, sahəsi 103,23 kvadrat metr təşkil edən, tam təmirsiz 100 nömrəli mənzilinin təmiri ilə bağlı onlara müştəri kimi müraciət etmiş ona özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cavabdeh1 şəriki kimi təqdim edərək 2021-ci ilin iyun ayında Cavabdeh1 və Kənan Quliyevlə birlikdə ona məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kompaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəklərinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 400 manat olduğunu deyib mənzili ümumilikdə 42800 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 6 ay müddətində olmaqla 20 dekabr 2021-ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin, öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onun anası X1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kənan Quliyev arasında "PO-M- 1" saylı 21 iyun 2021ci il tarixli xidmət müqaviləsi bağladıqdan sonra 22 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 72 saylı yaşayış binasının birinci mərtəbəsindəki ofisdə Cavabdeh1 ondan manat və ABŞ dolları valyutalarında olmaqla 15700 manat və 26 iyun 2022-ci il tarixdə isə həmin ofisdə 1800 manat olmaqla, ümumilikdə 17500 manat pul vəsaitini alıb mənzildə heç bir təmir işi görməyərək tanışları Cavabdeh1 və Kənan Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun 17500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 onun 17500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Lakin onun vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etdiyi pulunu geri qaytarmamışdırlar. Hazırda cavabdehlər 17500 manat manat pulunu geri qaytarmayaraq, sözügedən məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq edərək özündə saxlamaqda davam edir. Bu səbəbdən təqsirləndirilən şəxslərdən 27500 manat pulunun alınaraq ona verilməsi barədə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-59/2025 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh1 həbsdə saxlandığı 2 ay 11 günün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 7 il 9 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi 01 oktyabr 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CMnin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh2 həbsdə saxlandığı 10 günün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 6 il 5 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi 24 yanvar 2025-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi, Cavabdeh2 dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cəza təyin edilməməsi, X4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə X4 həbsdə saxlandığı 5 günün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 2 il 11 ay 25 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi 24 yanvar 2025-ci il tarixdən hesablanması, X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi, X4 dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X11 mülki iddiasının təmin edilməsi, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 71151 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, yəni, hər birindən 35575,50 manat tutularaq X15 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X6 mülki iddiasının qismən təmin edilməsi, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 14998 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh X2 tutularaq X9 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X16 mülki iddiasının qismən təmin edilməsi, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 2600 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər X10 və Cavabdeh2 müştərək qaydada, yəni, hər birindən 1300 manat, 9591 manat məbləğində pul vəsaitinin isə təqsirləndirilən şəxs və mülki cavabdeh X2 tutularaq X19 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X3 mülki iddiasının qismən təmin edilməsi, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 19845 manat məbləğində pul vəsaiti, 175 manat dövlət rüsumu, mənəvi zərərə görə 2000 manat məbləğdə pul vəsaiti, pulun (19845 manatın) qanunsuz saxlanılmasına görə faiz qismində 4509 manat, cəmi 26529 manatın təqsirləndirilən şəxslər və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, yəni, hər birindən 13264,5 manat tutularaq X5 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar X22, X12 və X5 iddia tələblərinin təmin olunmadığı hissədə mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin, məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 6 saylı cəzaçəkmə müəssisəində cəza çəkən Cavabdeh2 məhkəməyə müraciət ünvanlayaraq, bildirmişdir ki, İddiaçı barəsində Binəqədi Rayon Məhkəməsinə “pul” tələbinə dair ünvanladığı iddia ərizəsində irəli sürdüyü iddiaları heç cür qəbul etmir. Çünki onun nə İddiaçılə, nə də bu şəxsin anası X1 arasında hər hansı işlə bağlı (mənzil təmiri və s.) heç bir xidməti müqavilə olmamışdır. Bundan əlavə, o, adıçəkilən hər iki şəxsdən heç zaman pul almamışdır. İddiaçı təqdim etdiyi iddia ərizəsindən də görünür ki, xidməti müqavilə sənədi Fəxrimə Hacıyeva və Kənan Quliyev arasında bağlanmışdır və 17500 manat pulu İddiaçı onun hər hansı formada iştirakı yaxud da rolu olmadan Cavabdeh1 almışdır. Ən əsası, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesləri zamanı Cavabdeh1 bildirmişdir ki, “17500 manat pulu İddiaçı mən almışam, həmin məbləğ pulu mən mənimsəmişəm və bu işdə Cavabdeh2 hər hansı formada iştirakı olmayıb. Faktdır ki, 17500 manat pulu mənimsədiyim üçün hal-hazırda mənim İddiaçı qeyd olunan məbləğdə borcum var. Həmin borcu azadlığa çıxdıqdan sonra ödəyəcəyəm.” Cavabdeh1 məhkəmədə verdiyi ifadələr və s. bir daha təsdiq edir ki, İddiaçı barəsində irəli sürdüyü iddia tələbi tamamilə əsassızdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 10 saylı cəzaçəkmə müəssisəində cəza çəkən Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, dəymiş ziyan ilə əlaqədar verilmiş iddianın qismən təmin edilməsinə heç bir etirazı yoxdur. Həmçinin, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-787/2025 saylı qərarından görünür ki, apelyasiya şikayətləri və apelyasiya şikayətlərinə əlavə təmin edilməmiş, Cavabdeh1, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci, X4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 il 06) ay müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh1 həbsdə saxlandığı 02 ay 11 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 07 il 03 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh1 cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablanmış, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 06 il müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh2 həbsdə saxlandığı 10 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 05 il 11 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 24 yanvar 2025-ci il tarixdən hesablanmış, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 02 il müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X4 həbsdə saxlandığı 05 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 25 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X4 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 24 yanvar 2025-ci il tarixdən hesablanmış, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X16 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə ümumilikdə 4391 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh X2 tutularaq X19 ödənilməsi qərara alınmış, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X11 mülki iddiası təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 66151 manat məbləğində pul vəsaitinə görə təqsirləndirilən şəxs və mülki Cavabdeh1 35575,50 manat və Cavabdeh2 30575,50 tutularaq X15 ödənilməsi qərara alınmış, zərərçəkmiş şəxs və mülki iddiaçı X16 Cavabdeh2 münasibətdə mülki iddiadan imtinası qəbul edilmiş və həmin hissədə mülki iddia üzrə icraata xitam verilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 144 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X14 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1, X18 və tanışı Cavabdeh2 arasında iddiaçıya məxsus mənzilin təmir edilməsi ilə bağlı razılaşma olmuş, bu səbəbdən iddiaçının anası Fəxrimə Hacıyevə ilə "xxxx" MMC-nin direktoru Kənan Quliyev arasında "RO-M-Q saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin müqavilə üzrə digər tərəflər öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdirlər. Belə ki, iş materiallarında olan hökmdən görünür ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qardaşı X18 və tanışı Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2020-ci il tarixdə qardaşı Kənan Quliyevlə birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətləri olmadan sonuncunun adına "xxxx" MMC-ni təsis etməklə həmin şirkətin xxxxxxx000200 nömrəli, xx.xx.2020-ci il tarixli elektron əmək müqaviləsi bildirişi əsasında rəsmi işçisi olub faktiki rəhbərliyi həyata keçirməklə 2021-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, 3166 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi yaşayış binasının 2 otaqdan ibarət, sahəsi 103,23 kvadrat metr təşkil edən, tam təmirsiz 100 nömrəli mənzilinin təmiri ilə bağlı onlara müştəri kimi müraciət etmiş İddiaçı özünü "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə edib 2021-ci ilin iyun ayında Kənan Quliyev və Cavabdeh2lə birlikdə İddiaçı məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kompaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəklərinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 400 manat olduğunu deyib mənzili ümumilikdə 42800 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 6 ay müddətində olmaqla xx.xx.2021-ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin, öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə İddiaçı anası Fəxrimə Hacıyevə ilə "xxxx" MMC-nin direktoru Kənan Quliyev arasında "RO-M-Q saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağladıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 72 saylı yaşayış binasının birinci mərtəbəsindəki ofisdə İddiaçı xx.xx.2021-ci il tarixdə manat və ABŞ dolları valyutalarında olmaqla 15700 manat və xx.xx.2022-ci il tarixdə 1800 manat olmaqla ümumilikdə 17500 manat pul vəsaitini alıb mənzildə heç bir təmir işi görməyərək öz qulluq mövqeyindən istifadə edib qardaşı Kənan Quliyev və tanışı Cavabdeh2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 17500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsplə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Hazırda iddiaçı 17500 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı tərəfindən 17500 məbləğində pul vəsaiti yalnız Cavabdeh1 verilmiş, bu hal cinayət işi zamanı Cavabdeh1 öz izahatı ilə də təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 17500 manat məbləğində vəsait və ödənilmiş 144 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 17500 (on yeddi min beş yüz) manat məbləğində vəsait və ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-7443/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7443/2025
27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver