Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7491/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı cavabdeh "xxxx" ASC-nin Binəqədi filialına qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-nin Binəqədi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus bank hesabına qanunsuz daxil olan cavabdeh "xxxx" ASCnin aidiyyəti əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi və həmin bank əməkdaşlarının səhlənkarlığı nəticəsində hesabdan silinmiş, götürülmüş və oğurlanmış 5700 manat məbləğində pulun onun bank hesabına qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi qanunvericiliklə hüquqi şəxsə qarşı iddialar hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində hüquqi şəxsi deyil, hüquqi şəxsin filialını cavabdeh qismində göstərmişdir. Bu isə qanunvericiliklə yolverilməzdir. Ona görə də hesab edirəm ki, İddiaçı hazırki iddia tələbi ilə "xxxx" ASC-nin Binəqədi filialına deyil, "xxxx" ASC-nə qarşı müraciət etməlidir. Həmçinin qeyd edilməlidir ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1sual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Binəqədi filialına qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra (iddia ərizəsində cavabdeh kimi "xxxx" ASC göstərilməklə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-nin Binəqədi filialına qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra (iddia ərizəsində cavabdeh kimi "xxxx" ASC göstərilməklə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-7491/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7491/2024
02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver