Məhkəmə qərarları › İş №2(001)-7558/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7558/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7558/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 150 manat məbləğində sığorta ödənişinin və 20,4 manat məbləğində dövlət rüsumunun əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 15 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Toyoto Prius" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 aprel 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 tərəfindən idarə olunan "Hyundai Accent" markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə əlaqədar cəmi 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh X9 məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Hesab edir ki, sığorta ödənişinin ondan tutulması hissəsində iddia ərizəsi əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunan yol-nəqliyyat hadisəsi baş verərkən “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətində olsa da, həmin vaxt o, sözügedən avtomobili artıq vətəndaş X1 və avtomobil onun istifadəsində olmuşdur. “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil 29 mart 2021-ci il tarixə qədər onun istifadəsində olmuş, həmin tarixdən sonra "xxxx" MMC-nin istifadəsində olmuşdur. Ona görə də hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin və hadisə baş verən vaxt sözügedən avtomobilin onunla heç bir bağlılığı olmamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X2 mülkiyyətində olduğundan, digər cavabdehdə həmin avtomobili etibarnamə olmadan idarə etdiyinə görə pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yolis İdarəsinin avtomobilin nəqliyyat hərəkətləri barədə məlumatlarının komputer çıxarışının təsdiq edilmiş surətindən görünür ki, “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İcbari Sığorta müqaviləsinə dair 15 fevral 2021-ci il tarixli PGU********** saylı məlumatdan görünür ki, “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 15 fevral 2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi isə 15 fevral 2022-ci ildir; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 aprel 2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”ın təsdiq edilmiş surətindən görünür ki, “Hyundai Accent” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2021-ci il tarixli, PGU-211356 nömrəli sığorta ödənişi ilə bağlı aktının və 06 may 2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri 3-cü mikrorayon dairəsində “Toyoto” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Accent” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 150 manat məbləğində zərər dəymişdir. Həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 ödənilmişdir. Bakı şəhəri X16 İdarəsinin polis mayoru X10 tərəfindən tərtib olunan inzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri X16 İdarəsinin polis mayoru X10 tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. X9 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 29 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvəqqəti istifadə edilməsi və tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 29 mart 2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə etibar etmişdir. 17 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri 3-cü mikrorayon dairəsində Cavabdeh tərəfindən “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş nəticə də “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Accent” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 150 manat məbləğində zərər vurulmuşdur. Sonuncu avtomobilə dəymiş zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 ödənilmişdir. Həmçinin, yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) əsasən 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda o da müəyyən edildi ki, “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmaqla, onun tərəfindən qeyd olunan avtomobilin müvvəqəti istifadə edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 mart 2022-ci il tarixədək etibarnamə verilmişdir. Hazırda iddiaçı, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyini bildirərək, cavabdehlərdən subroqasiya qaydasında 150 manat məbləğində sığorta ödənişi tələb edir, cavabdeh X9 isə iddianı ona aid hissədə qəbul etməyərək bildirir ki, avtomobil onun mülkiyyətində olsa da, lakin o, avtomobili satmışdır. Hazırda avtomobil onun sahibliyində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi 05 aprel 2021-ci il tarixdə Cavabdeh “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən, mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi əsaslıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehə münasibətdə isə qeyd edir ki, iddiaçının cavabdeh X4 qarşı tələbi maddi zərər vuran avtomobilin sonuncunun mülkiyyətində olmasına əsaslanır. X2 iddiaçı qarşısında “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi ilə subroqasiya qaydasında məsuliyyət daşımaması üçün onun sözügedən avtomobilin hüququ olmayan Cavabdeh tərəfindən istismar edilməsi barədə məlumatlı olmamasının müəyyən edilməsi lazımdır ki, cavabdeh X9 tərəfindən də təqdim edilmiş etibarnamədən görünür ki, onun tərəfindən “Toyoto Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvvəqəti istifadə edilməsi və tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 29 mart 2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə etibar edilmişdir. Bu hal isə, ona dəlalət edir ki, X2 yol-nəqliyyat hadisəsinin baş verdiyi gün 05 aprel 2021-ci il tarixdə həmin nəqliyyat vasitəsinin istismar edilməsi barədə məlumatlı olması hüquqi və faktiki baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi dövlət rüsumunun 15 manatı Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar