Məhkəmə qərarları › İş №2(001)-7564/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7564/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7564/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna 28 aprel 2023-cü il tarixli şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Yusuf Novruzovun araşdırılmasına dair qərar qəbul etmək və qərarın ona verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddiaçı onun zərərçəkmiş şəxs kimi tanınması barədə müraciətinə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cavab verilməməsindən narazıdır. Lakin bununla bağlı bildirməliyəm ki, qeyd edilən məsələ üzrə tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.2.3-cü maddəsində göstərilmişdir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verə bilərlər. Odur ki, iddia ərizəsində qeyd edilən məsələyə mülki məhkəmə icraatında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya cinayət prosesini həyata keçirən orqanın hərəkət və ya hərəkətsizliyindən cinayət mühakimə icraatı qaydasında məhkəməyə və ya yuxarı orqanına şikayət vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinə əlavə edilən sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar