Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-764/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı (cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları və əşyaları ilə birlikdə ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, Dəmiryol İdarəsinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən 659 saylı elektrik quraşdırma qatarının əmlakını özəlləşdirmişdir. Həmin ünvanda yerləşən və əsas sahəsi 710,9 kv.m, köməkçi sahəsi 967,9 kv.m olan (ümumi sahəsi 1678,8 kv.m) olan 9 adda qeyri-yaşayış sahəsi (inzibati bina, anbar, sex, təmir emalatxanası, gözətçi məntəqəsi, mexanizasiya şöbəsinin binası) onun xüsusi mülkiyyətindədir. Bu barədə ona xx xxxx 1999-cu il tarixində 119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ona məxsus qeyriyaşayış obyektlərinin yerləşdiyi 7120,4 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Dövlət Əmlak Komitəsi onunla icarə müqaviləsi bağlamışdır. O, hər ay 1082,5 manat icarə haqqı ödəyir. Özəlləşdirmədən sonra ərazidə olan inzibati binada onun təsisçi olduğu “xxxx” Arxitektura və Layihə- Sənaye Müəssisəsi fəaliyyət göstərmişdir. Məlum hadisələrlə əlaqədar olaraq işğal olunmuş rayonlardan olan bir ailə 1993-1994-cü illərdə gecə ilə heç bir icazə almadan müəssisənin boş anbarlarından birinə yerləşmişdir. O, vəziyyətin çətinliyini nəzərə alaran onların orada yaşamasına etiraz etməmişdir. Rəhbərlik etdiyi müəssisə də, gəlirlə işlədiyindən onlara maliyyə yardımı etmiş, kommunal xərclərini müəssisə hesabına ödəmişdir. Ailə üzvlərindən birini də, müəssisədə işə götürmüşdür. Lakin hazırda müəssisənin təsisçisi dəyişmiş və müəssisə başqa ünvanda fəaliyyət göstərir. Ona məxsus həmin obyektlərdə yerləşən qaçqın ailələrinin sayı artıq 12-yə çatmışdır. Qeyd etdiyi cavabdehlər həmin ərazidə yerləşən inzibati binadan başqa bütün obyektləri zəbt etmişlər. O, mülkiyyətində olan tikilillərdən və icarəyə götürdüyü torpaq sahəsindən heç cürə istifadə edə bilmir. Bu səbəbdən də, torpağın icarə haqqını ödəməkdə çətinlik çəkir. Dəfələrlə könüllü olaraq torpağın boşaldılmasını onlardan xahiş etsə də, onlar müxtəlif bəhanələrlə bunlardan imtina edirlər. Aldığı məlumata əsasən onlar Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif yerlərdə mənzillərlə təmin edilmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 764/2021 saylı qərardadı ilə Cavabdeh4 münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək, iddiaçının Cavabdeh4 münasibətdə iddiadan imtina etdiyini, imtinanın nəticələrinin ona məlum olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin bildirmişdir ki, məhkəmə qətnaməsi komitəyə onları müvafiq yaşayış sahəsində yerləşdirilməsi üçün lazımdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən siyahıya alındıqlarını lakin onlara mənzillə bağlı məlumat verilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh4 onun qızı, Cavabdeh3 oğlu, Cavabdeh2 isə yoldaşıdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə hər hansı bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilən 001119 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən Dəmiryol idarəsinin 659 saylı elektrik quraşdırma qatarının əmlakı xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxx 1999-cu il tarixində rəsmiləşdirilmiş bu barədə 3 № reyestr kitabının 17 səhifəsində 001119 nömrə ilə qeyd edilmişdir. İcarəyəverən Azərbaycan Respublikası X6 Komitəsi ilə icarəçi İddiaçı arasında bağlanan xx xxx 2017-ci il tarixli, 317/1432 saylı müqavilənin 1-ci bəndindən görünür ki, icarəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, torpaq sahəsinin illik icarə haqqı 12990 manat, aylıq haqqı isə 1082,5 manatdır. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə icarə müddəti xx xxx 2017-ci ildən xx xxx 2032-ci ilədək müəyyən olunmuşdur. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektor müdiri M.Nağıyev tərəfindən verilən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında məskunlaşan məcburi köçkünlərin siyahısından görünür ki, həqiqətən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 həmin ünvanda Zəngilan rayonunda qeydiyyatda olmaqla məskunlaşmışlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zeynallı küçəsi 31 ünvanında yerləşən Dəmiryol idarəsinin 659 saylı elektrik quraşdırma qatarının əmlakı xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxx 1999-cu il tarixində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası X6 Komitəsi ilə İddiaçı arasında bağlanan xx xxx 2017-ci il tarixli, 317/1432 saylı icarə müqaviləsinə əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.m torpaq sahəsi İddiaçı 2032 ilə kimi icarəyə verilmişdir.Hazırda Zəngilan rayonundan olan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X4 həmin ərazidə məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ-İİİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” qaydasının 4-cü bəndində qeyd edilmişdir ki, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Həmin qərarla təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” qaydasının 4-cü bəndində isə qeyd edilmişdir ki, Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Akimovanın Azərbaycana qarşı” İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlər məcburi köçkün kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsində, o cümlədən iddiaçının qanuni sahibliyində(icarə müqaviləsi əsasında) olan torpaq sahəsində məskunlaşmışdır. İddiaçı məlum olan məsələyə görə uzun müddət onların orada məskunlaşmasına etiraz etməmişdir. Lakin hazırda iddiaçı cavabdehlərin onun mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsində məskunlaşmalarının onun hüquqlarını pozduğunu iddia edir və onların həmin ərazidən çıxarılmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməkdə, mülkiyyətindən və qanuni istifadəsində olan torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulmasını tələb etməkdə haqlıdır.Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus qeyri yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, analoji işlərlə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarı və formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.m torpaq sahəsindən çıxarılmalıdırlar. İş üzrə ödənilən dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.m torpaq sahəsindən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-764/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-764/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver