Məhkəmə qərarları › İş №2(001)-767/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-767/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-767/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xəzər rayon idarəsi tərəfindən hərbi təlim keçilməsi məqsədilə xidmətə çağırılmış və hərbi hissəyə göndərilmişdir. İddiaçı Qarabağın işğaldan azad edilməsi istiqamətində döyüşlər başlandığı gün, yəni 27 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu ərazisinə göndərilmişdir. O, 29 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlər zamanı sağ budunun yuxarı nahiyəsindən güllə yarası almışdır. Güllə onun sağ budunu dəlib qasıq nahiyəni sıyırıb keçmişdir. Həmin vaxt iddiaçıya ilkin tibbi yardım Füzuli rayonu ərazisində yerləşən Füzuli rayon mərkəzi xəstəxanasında göstərilmişdir. Füzuli rayon xəstəxanasında “sağ bud arteriyasının vena qrefti ilə plastikası” əməliyyatı icra edilmiş, bundan sonra isə iddiaçının vəziyyəti ağır olduğundan, o, 30 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iddiaçının üzərində angioplastika və fassiotomiya cərrahi əməliyyatı keçirilmiş – sol ayağından sağ ayağına damar köçürülmüş, həmin əməliyyat icra edildikdən 15 gün sonra köçürülmüş damar iltihablandığından partlamış, bundan sonra isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iddiaçının sağ ayağına süni damar köçürülmüşdür. Bunlardan sonra iddiaçının vəziyyəti müəyyən qədər normallaşmış və o, müalicəsini ev şəraitində davam etdirmişdir. Lakin ağrıları davam etmiş və o, sərbəst hərəkət edə bilmədiyindən, 16 noyabr 2020-ci il tarixdə “Bakı Medikal Plaza” klinikasına köçürülmüşdür. İddiaçı “Bakı Medikal Plaza” klinikasında təmənnasız olaraq müalicə olunmuş, orada hər hansı əməliyyat keçirməmişdir. Bundan sonra iddiaçı təkrar müayinə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və 16 dekabr 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. 12 yanvar 2021-ci il tarixdə həmin hospitalda “sağ budun yuxarı 1/3-nin çapığın ləğvi”, 21 yanvar 2021-ci il tarixdə isə “autodermoplastika” cərrahi əməliyyatı olunmuşdur. Bundan sonra “YAŞAT” Fondu vasitəsilə 05 aprel 2021-ci il tarixdə Türkiyəyə müalicə olunmaq üçün göndərilmiş, X4 təxminən 5-6 dəfə əməliyyat olunmuş, may ayında Türkiyədən qayıtmışdır. Türkiyədən qayıtdıqdan sonra iddiaçının vəziyyəti nisbətən yaxşı olmuş, əsa ilə sərbəst hərəkət edə bilmişdir. 26 iyul 2021-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində damarın dopler müayinəsində sağ ayağında damar tutulması diaqnozu qoyulmuş, bundan sonra iddiaçı sağ aşağı ətrafda olan ağrı, ağırlıq hissi və ödem şikayəti ilə "xxxx"a daxil olmuş və həmin hospitalda xx.xx.2021-ci il tarixdə iddiaçı üzərində sağ qalça-bud “PRFE 8mm/50 sm gref” şuntlama”, xx.xx.2021-ci il tarixdə isə “sağ pəncənin osteonekrokektomiya” əməliyyatları Nazim Hacıyev və Rinat Murtuzayev tərəfindən icra olunmuşdur. Hər iki əməliyyat üçün ümumilikdə təxminən 32000 manat məbləğində ödəniş edilmişdir. Həmin əməliyyatdan sonra iddiaçının sağ ayağına köçürülmüş qrefdə iltihablanma baş vermişdir. 2021-ci ilin sentyabr ayında iddiaçı 3 gün müddətində X2 müayinə olunmuş, bundan sonra Cavabdeh2 xəstəxanasına aparılmışdır. Orada iddiaçını 18 sentyabr 2021-ci il tarixdə professor Cavabdeh1 qəbul etmişdir. İddiaçı Cavabdeh2 xəstəxanasına yerləşdirilmiş, sağ ayağında yaranmış iltihablanmanın aradan qaldırılması məqsədilə 20 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən əməliyyat edilmişdir. İddiaçı əməliyyatdan sonra hər iki ayağına sarğı qoyulduğundan sol ayağında olan yanıq izlərini görməmişdir. Əməliyyatdan sonra Cavabdeh1 iddiaçının sol ayağıda yüngül yanıq olduğunu, bunun onun səhhəti və ayağı üçün təhlükə olmadığını, yanmış nahiyəyə müalicə üçün maz yazdığını, onun istifadəsindən sonra ötüb keçəcəyini bildirmişdir. Bundan sonra iddiaçı ev şəraitində müalicəyə buraxılmışdır. Əməliyyatdan sonra sol ayağında yanıq nəticəsində suluqlar meydana gəlmişdir. İddiaçı bu barədə Cavabdeh1 sol ayağının da vəziyyətinin pisləşdiyini bildirdikdə, Cavabdeh1 ona “hadisədir, olub, bilə-bilə eləməmişəm” cavabını vermişdir. Bundan sonra iddiaçının səhhətində ağırlaşmalar davam etmişdir. Belə ki, Cavabdeh2 xəstəxanasında cərrahi əməliyyat edilən zaman iddiaçının sol sağlam ayağının pəncəsinə metal lövhə elektrik keçiricisi qoyulması nəticəsində sol ayağının pəncəsində termiki yanıq xəsarətləri əmələ gəlmiş və həmin xəsarətlər Cavabdeh1 səhlənkarlığı nəticəsində iltihablaşmış, sol ayaqda qaralmalar başlamışdır. Bütün bunlar xx.xx.2021-ci il tarixdə icra edilmiş “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması, nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə olunmuş yara dərisinin plastikası” (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatının gedişi zamanı sol ayaq pəncəsinin İİ-İİİ dərəcəli yanığı elektrodla dəri arasında qapanma nəticəsində yaranmış yanıq nəticəsində baş vermişdir. Bu hal əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur ki, bu da sol ayağın 5-ci barmağının amputasiyasına, həmçinin onun üzərində “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması, nekrektomiya, pəncənin ön tərəfinin bütün daraq sümüklərin, sekvestmekrektomiyası, kombinə dəri plastikası, budun azad dərisindən götürülmüş fleb ilə” cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb olmuşdur. Buna məsul şəxs “HB Güven Klinika”-sı və orada həkim-travmatoloq işləyən Cavabdeh1 olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, Cavabdeh2 xəstəxanasında ortoped-travmatoloq Cavabdeh1 tərəfindən sağ ayağında yaranan iltihablanmanın aradan qaldırılması ilə bağlı əməliyyat olunan zaman həkim səhlənkarlığı ucbatından sol ayağında yanma halı baş vermişdir. Əməliyyatdan sonra heç kim ona sol ayağında yanığın olması ilə bağlı məlumat verməmişdir. Cavabdeh1 iki gün sonra sarğını dəyişən zaman ayağında yanığın olmasını bildirdi və “Bir barmaqdı da, uzaq başı kəsib götürərik” deyə zarafat belə etdi. Yaralandıqdan sonra müxtəlif vaxtlarda 32 dəfə əməliyyat olunub. 32 dəfə narkoz alan adam üstəlik də sağlam ayağının bu vəziyyətə düşməsinə necə tab gətirsin. O, hal-hazırda da ağrıkəsici dərmanlarla yaşayır. Lakin bu hadisədən sonra bir dəfə olsun həkim qapısını döymədi, onunla maraqlanmadı. O, bundan sonra olanları məhkəmənin öhdəsinə buraxır. Onun ləyaqəti bu dərəcədə alçaldılmamalıdır. Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna atasının müraciəti əsasında araşdırma uzun müddət getdi, lakin xəbərləri olmadan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildi. Bu barədə müvafiq şikayətlər ediləndən sonra, iş yenidən araşdırmaya götürüldü, lakin xx.xx.2022-ci il tarixdə yenidən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Həmin qərarla razı deyil, lakin qərarı hansı formada mübahisələndirilməli olmasından məlumatlı olmadığına görə, bunu etməyib. Hal-hazırda şiddətli ağrılarla yaşadığına görə, artıq hər şeydən yorulub. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, iddiaçını sarsıtan əsas məsələ onun sağlamlığına zərər vuran şəxslər tərəfindən ona bir dəfə belə olsun nəinki maddi, hətta mənəvi dəstək görməməsi olub. Sol ayağı həkim səhlənkarlığı tərəfindən yandırıldıqdan sonra həkimə gedən zaman, xəstəxanada onlardan yaranın sarğısının dəyişdirilməsinə 20 manat, həkim qəbuluna isə 50 manat verilməsini belə tələb ediblər. Öz canını vətən uğrunda qurban vermiş qaziyə qarşı bu münasibət düzgün deyil. İddiaçının atası bildirir ki, Yaşat Fonduna dərmanları almaq üçün zəng etmiş, lakin ona cavab vermişlər ki, sizin övladınıza ayrılan limit bitib. Hətta bir dəfə iddiaçının əməliyyatı altıncı günə düşdüyü üçün Yaşat Fonduna əməliyyat xərclərinin qarşılanması üçün müraciət edən zaman iddiaçının atasına bildirilmişdir ki, altıncı gün iş günü olmadığı üçün birinci gün müraciət edin. Təcili olunmalı əməliyyat Yaşat Fondu tərəfindən pul ayrılmadığı üçün necə təxirə salına bilər ki. Həmin gün iddiaçının ailəsi məcbur qalıb borcxərc edib həmin əməliyyat xərcini ödəmişdir. İddiaçının özü tərəfindən edilən ödənişlərə dair də qəbzlər olub, hətta iddiaçının atası bildirir ki, bəzən elə təcili dərmanlar olub ki, heç Yaşat Fondunun yardımın gözləyə bilməyib özləri alıb, lakin qəbzləri götürməyib. İddiaçının ümumi xəstəlikləri ilə bağlı xərclərin çox hissəsi Yaşat Fondu tərəfindən ödənilib, lakin iddiaçının atasının sözlərinə görə, təxminən 25000 manata yaxın məbləği özü ödəmişdir. Bunu təsdiq edə biləcək hər hansı qəbz təqdim edə bilmir. Ona görə ki, həmin qəbzlər onlarda deyil, klinikalarda saxlanılmalıdır. Həkim səhlənkarlığı nəticəsində iddiaçının zərər görən sol ağayının müalicəsi üçün də iddiaçı və onun ailəsi tərəfindən müəyyən ödənişlər edilib, lakin qəbzlər saxlanılmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 uzun illərdir ki, bu vəzifədə çalışır. Bu sahədə yetərincə təcrübəsi var. Müdafiə Nazirliyinin hospitalında istər X8, istərsə də, X9 müddətində könüllü xidmət göstərib. Hətta buna görə Fəxri Fərmanla da təltif edilib. Çingiz həkim tərəfindən iddiaçıya hər hansı qərəzli münasibət ola bilməz. Çünki Çingiz həkim təxminən 30 ildir ki, bu sahədə çalışır və onun bir çox qazilərimiz üzərində uğurlu əməliyyatları olub, bu onun ilk əməliyyatı olmayıb. Ülvi ilkin olaraq xəstəxanaya müraciət edən zaman artıq 16 dəfə əməliyyat olunmuşdur, sonra bu əməliyyata girib. Həkimin, tibb personalının, texniki heyətin məsuliyyətinin hansı həddə olduğu qanunvericiliklə müəyyən edilməyib və bu təcrübə də ölkəmizdə tam formalaşmayıb. Amma nəzərə alsaq ki, prokurorluğun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında da Səhiyyə Nazirliyinin qərarına istinad olunub ki, əməliyyat otağının tibbi cihazlarının salamatlığına nəzarət edilməsi tibbi personalın funksiyasına aiddir, cərrah həkim hər bir avadanlıq hazır vəziyyətə salındıqdan sonra əməliyyat otağına daxil olur. Həkim sağ ayaqda kəsik apardıqdan sonra qanı dayandırmaq üçün cihazı vuran zaman, sol ayaqdakı cihazda qəza baş verib. Əməliyyat zamanı həkim otaqdan iy gəldiyini hiss edib, açıb baxan zaman sol ayaqda yanıq izlərinin olduğunu görmüş, bu zaman sol ayağa ilkin tibbi müdaxilələr olunmuşdur. Əməliyyatdan sonra baş verən hadisə ilə bağlı Ülvinin valideynlərinə məlumat verilmiş, iddiaçıya isə özünə gəldikdən sonra - yəni 1-2 gün sonra hadisə barədə məlumat verilmişdir. Əməliyyat və digər xidmətlərlə bağlı iddiaçıdan hər hansı ödəniş tələb edilməyib və alınmayıb. Qəbzlərə də nəzər salınsa görünür ki, ödənişlərdə Yaşat Fondunun adı qeyd edilib, lakin bir çox hallarda bu ödənişləri belə Yaşat Fondu deyil, məhz Cavabdeh2 xəstəxanası qarşılayıb. Göstərilən xidmətlərin qiymətini sistem avtomatik yazır, lakin sonda göstərici sıfırdır, çünki ödəniş olmayıb. Mümkün olan bütün tibbi xidmət həkim və klinikanın bütün tibbi presonalı tərəfindən yüksək səviyyədə göstərilib. Lakin iddiaçının valideynlərinin birinci əməliyyatdan sonra narazılıqlarına görə Çingiz həkim iddiaçının sonrakı müalicəsindən kənarlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, ilkin olaraq iddiaçıya öz minnətdarlığını bildirmək istəyir, çünki o, çox vacib məsələni işiqlandırıb. 2020-ci ilin sentyabrın 27-də X10 başlanan gün o, könüllü həkim olaraq TƏBİB-ə müraciət etdi və könüllü olaraq yaralı əsgərlər üzərində əməliyyatlar icra etmişdir. Minlərlə qaziyə qarşı bu hallar baş verir, müalicə olunmaq üçün xəstəxanalara müraciət edən zaman onlardan pul tələb edilir. Bu ümumi bir problemdir və Ülvi də bu problemin içindədir. O, istər X5, istərsə də X7 də könüllü xidmət edərək yüzlərlə qazini əməliyyat etmişdir. Ödənişlərə gəldikdə isə tək 2020-ci ilin sentyabr və oktyabr ayı üçün göstərdiyi tibbi fəaliyyətə görə ona 25000 manatdan çox pul hesablanmış, lakin o, həmin puldan imtina etmişdir. Ülvi onlara ilkin müraciət edən zaman çox ağır halda idi, budun yuxarı üçdə birindən güllə yarası almış, bu da onun həm damarlarını həm də bud sinirlərini öldürmüşdür. Qərara gəldilər ki, əməliyyat etsinlər. Əməliyyata girən zaman ilkin olaraq tibbi personalından əməliyyat hazırlıqlarının tam oluduğunu soruşub, əməliyyata başlamışdır. İddiaçının sol ayağında kəsik apardı, yaranı böyütdü, 5 dəqiqə əməliyyat aparan zaman yanıq iyinin gəldiyini hiss etdi, digər ayağın üzərində olan “prostina”-nı götürdü, ayağın pəncəsində yanıq izlərinin olduğunu gördü və dərhal ilkin tibbi yardım etdi. Əməliyyatdan çıxan zaman iddiaçının valideynlərinə, bir gün sonra isə Ülvinin özünə məlumat verdi. Müalicələr davam edirdi, 2 gün sonra Ülvinin atası ona dəhlizdə hücum etdi və onun yerində kim olsa bu kimi reaksiya göstərərdi. Bundan sonra o, iddiaçının sonrakı müalicəsindən kənarlaşdı. Təbii ki, bu gözlənilməz hadisə idi, o da istəməzdi belə olsun. Alətə gəldikdə isə, alət klinikaya hazır gəlir, və birdəfəlik istifadə üçün nəzərdə tutlub, açılır, istifadə edilir və atılır. Hətta o araşıdırıb - nadir hallarda belə hadisə olur, amma nəyəsə görə bu aləti istehsal edən şəxslərə qarşı heç bir tədbir görülmür. Bununla belə, istər klinika rəhbərliyi, istərsə də o özü Ülviyə kömək etməyə hazırdır. Lakin məbləğ məsələsini müzakirə etmək lazımdır. Məhkəmə tərəfindən cavabdehin izahatında bildirdikləri nəzərə alınaraq, tərəflərə barışıq üçün vaxt verilmiş və məhkəmə iclası bir neçə saatlıq təxirə salınmışdır. Müəyyən edilmiş saatda tərəflər məhkəmə iclasına qayıtdıqdan sonra Cavabdeh1 məhkəməyə məlumat vermişdir ki, Cavabdeh2 iddiaçıya 10000 manat məbləğində pul verməyə hazırdır, o özü də əlavə olaraq 2000 manat verməyə etiraz etmir. İddiaçı qeyd olunan təklifə kəskin formada etiraz etdi və bildirdi ki, əməliyyat olunmalıdır, təklif olunan pul məbləği isə tələb olunan xərcləri heç bir halda qarşılamır. Eyni zamanda o, Vətən yolunda sağlamlığını itirmiş bir şəxs kimi, ləyaqətinin alçaldılması ilə və cavabdehlər tərəfindən belə bir münasibətlə razılaşa bilmir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... X6 rayon prokurorluğuna müraciət edərək, oğlu İddiaçı 21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şehəri, Xəzər rayon idarəsi tərəfindən hərbi təlim keçməsi məqsədilə hərbi xidmətə çağırıldığını və hərbi hissəyə göndərildiyini, Qarabağın işğaldan azad edilməsi istiqamətində döyüşlər başlandığı gün, yəni 27 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu ərazisinə göndərildiyini. 29 sentyabr 2020-ci il tarixdə oğlu İddiaçı Füzuli istiqamətində gedən döyüşlər zamanı sağ budunun yuxarı nahiyəsindən güllə yarası aldığını, Füzuli rayon xəstəxanasında oğlu “sağ bud arteriyasının vena qrefti ilə plastikası" əməliyyatı icra edildiyini, bundan sonra isə vəziyyəti ağır olduğundan onu 30 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərildiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş X3 Hüseynov üzərində angioplastika və fassiotomiya cərrahi əməliyyatı keçirildiyini, lakin əməliyyatlar nəticə vermədiyindən oğlu təxminən 10 dəfədən artıq Türkiyyə Cümhuriyyətində əməliyyat edildiyini, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "xxxx" MMC-də və “HB Güven Klinik" MMC-də cərrahi əməliyatlar edildiyi, sonuncu dəfə “HB Güven Klinik" MMC-də cərrahi əməliyyat zamanı oğlunun sol ayağının həkim səhlənkarlığı nəticəsində yanıq xəsarətləri aldığını bildirmişdir. ... Materialın araşdırılması zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, o, Cavabdeh2 MMC-də ortoped-travmatoloq işləyir. Xəstə xx.xx.2000-ci il təvəllüdlü İddiaçı klinikaya xx.xx.2021 tarixində "sağ aşağı ətrafında olan ağrılardan, sağ bud və baldırda çoxlu sayda çapıqlar, pəncənin qüsurlu vəziyyətdə kontrakturası, dizinin kontrakturası, bud və baldır əzələlərinin atrofiyası, aşıq-baldır oynağın və pəncənin şişkinliyə, pəncənin ön tərəfində infeksiyalaşmış yarasına, pəncə və baldırda hissiyat olmaması, yüksək tempuratur" ilə klinikaya qəbul edilmişdir. Anamnezindən məlum olmuşdur ki, xəstə İİ Qarabağ müharibəsi qazisidir. Sağ budun güllə yaralanması nəticəsində sağ budunda xəsarətlər yaranmışdır. Yaralanma zamanı sinirlər və damarlar zədələnmişdir. Buna görə xəstə bir neçə dəfə (16 dəfə) bərpaedici əməliyyatlar keçirmişdir. Klinik, laborator, instrumental müayinələrdən keçdikdən sonra xəstəyə "Sağ baldırın arxa hissəsinin fleqmonası, pəncənin 5 daraq sümükləri xroniki osteomieliti, pəncənin üst tərəfində infekslyalaşmış yarası, bud və incik sinirlərinin nevriti, aşıq-baldır oynağının qüsurlu vəziyyətdə kontrakturası, diz oynağının kontrakturası, baldır və budun çoxsaylı çapıqları" diaqnozu qoyuldu. Xəstə İddiaçı sağ ayağında xx.xx.2021-ci il tarixində "Sağ pəncənin 5 daraq sümüklərinin sekvestektomiyası, infeksiyalaşmış yaranın kombinə olunmuş deri plastikası, baldırın fleqmonasının yarılması və nefrektomiyası" əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyat 19 sentyabr 2021-ci il tarixdə günün birinci yarısında icra olunmağa başlamışdır. Cərrahi əməliyyatın müddəti təxminən bir saat davam etmişdir. Əməliyyat zamanı istifadə edilən tibbi cihaza məxsus elektrodu sol ayağının pəncəsinə yapışdırılmışdır. Onu da qeyd etmişdir ki, cərrahi əməliyyat edilməmişdən qabaq xəstə tibb bacısı, anestezioloq tərəfindən əməliyyata hazırlanır. Əməliyyat zamanı istifadə edilən "Elektrokoaquliyator” sanitar tərəfindən quraşdırılır, elektrod da xəstənin bədəninə sanitar tərəfindən bərkidilir. O, cərrahi əməliyyatdan qabaq “Elektrokoaquliyator"a məxsus elektrik bıçağının işlək olub-olmamasını yoxlamış və həmin vaxt tibbi avadanlığın işlək olduğunu müəyyən etmişdir. Bundan sonra isə cərrahi əməliyyata başlamışdır. Cərrahi əməliyyata başladıqdan 30 dəqiqə sonra yanıq iyi hiss etməyə başlamışdır. O, xəstənin sol ayağı üzərində olan prostinanı götürmüş və həmin vaxt xəstənin sol ayağının pəncə hissəsinə prostinanın yanaraq yapışdığını görmüşdür. Əməliyyat zamanı elektrodia qapanma nəticəsində sol pəncədə İİ dərəcəli yanıq yarandığı müəyyən edilmişdir. Həmin zaman xəstəyə ilk yardım göstərilmiş və bundan sonra cərrahi əməliyyat davam etdirilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstə konservativ müalicə alırdı: antibiotiklər, ağrıkəsicilər, anti oksidantlar, intra venoz qan əvəzedicilər, həmin vaxtda sol pəncənin yanığının müalicəsi aparılmışdır. xx.xx.2021-ci il tarixində xəstəyə məsləhətlər verilərək ambulator şəraitdə mərhələli müalicəyə evə yazılmışdır. Xəstəyə təkrar müayinə və müalicə sahə həkimi, müalicə həkimlərinin birgə nəzarəti ilə evə yazılmış antimikrob, ümumi möhkəmləndirici, ağrı kəsici, yerli məlhəmlərlə təyinat tövsiyyə edilmişdir. Son klinik diaqnoz olaraq: "Sağ pəncənin daraq sümüklərinin osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiya + kombinə dəri plastikası, fieqmonanın yarılmasından sonrakı vəziyyət), baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ budun güllə yaralanmasından sonrakı vəziyyət), sağ ileofemoral şuntlanma əməliyyatlarından sonrakı vəziyyət, sol pəncənin ll-lll dərəcəli yanığı diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2021- xx.xx.2021-ci il tarixində yenidən mərhələli müalicəsini davam etdirmək üçün stasionara qəbul edilmişdir. Xəstənin əsas şikayəti: sağ aşağı ətrafında ağrılardan, sağ aşağı ətrafında çoxlu çapıqlardan, sol pəncədə ll-lll dərəcəli yanıq yaralarından olmuşdur. Xəstə bütün müalicə müddətində lazimi medikamentoz, məlhəm, cərrahi müalicələr almışdır (nevropatoloq, psixiatr, damar cərrahı, plastik cərrah, infeksionist paralel müayinə və müşahidələri olmuşdur). Xəstənin ayaqlarının sarğıları çox zaman vena daxili anestiziya ilə dəyişdirilmişdir çünki kəskin ağrıları tolerə edə bilmir (vena damarlarının kateterizasiyası çətin, flebitə meyilli olduğundan sağ mərkəzi vena (vidaci vena) kataterizasiyası icra edilmişdir). Xəstədə İİ dəfə medikamentoz allergiya baş vermişdir. xx.xx.2021- ci il tarixində xəstə psixoloji gərginliyi ilə əlaqədar olaraq mərhələli müalicəsini ev şəraitində almaq istəmiş, evə yazılmış, ambulansla evinə aparılmış, gündəlik sarğı və müalicəsinə nəzarət və icra edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixində xəstə yenidən eyni şikayətlərlə və yanıq yaralarını müalicə üçün klinikaya mərhələli müalicəyə qəbul olunmuşdur. Vəziyyəti kafi, huşu aydın, tənəffüsü sərbəst, qaneedici olmuş. AT 110/80 mm c s, PS-96 diurez və difekasiya adekvat, sərbəst olmuşdur. Hər iki ayaqda yaralar sarğı olunmuşdur. Sağ aşıq ətrafın əməliyyatdan sonra yaralar sağalıb. Sol ayağın beşinci barmaqda nekrozlaşma baş vermişdir. xx.xx.2021-ci il tarixində ümumi anesteziya ilə "Sol ayaq pəncəsində yara debridman nekrotik toxumaların təmizlənməsi beşinci barmağın fıksasiyası" əməliyyatı icra olunmuşdur. Xəstə xx.xx.2021ci il tarixində mərhələli ambulator müalicəyə yazılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarxində “sol ayağa 5. barmağın amputasiyası və split tikness dəri qrefti ile yara yerinin qapanması” əməliyyatı icra edilmişdir. xx.xx.2021 tarixində sarğı sonrası xəstə öz istəyi ilə uyğun müalicə təyin edilərək evə yazılmışdır. Əməliyyat sonrası xəstə bir neçə dəfə sarğılara gəlmişdir. Yara yerinin vəziyyəti qənaətbəxş qəbul edilir. xx.xx.2021-ci il tarixindən indiyənədək xəstəyə HB Güven klinikası tərəfindən həm klinika, həm ev şəraitində bütün dərman personal həkim və tibbi heyət təxliyyə işləri təmənnasız şəkildə, könüllü edilmişdir. Cərrahi əməliyyat “Elektrokoaquliyator” adlı tibbi cihazla aparılmışdır. "Elektrokoaquliyator” adlı tibbi cihazın texniki cəhətdən sazlığına “HB Güven Klinik" MMC-nin texniki şöbəsinin müdiri X12 cavabdehdir. Əməliyyat vaxtı cihaza kimin cavabdeh olması barədə məlumatı yoxdur. ... İddiaçı barəsində teyin edilmiş komisiyon məhkəmə tibb ekspertizasının 02/KEŞ saylı rəyindən görünür ki, “X16 Hüseynovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ bud nahiyəsinin mina-qəlpə yarası. Bud vena, arteriya yumuşaq toxumaların zədələnməsi. Bud vena və arteriyanın plastika, yumuşaq toxumaların rekonstruksiyadan sonrakı vəziyyət. Sağ bud arteriya protezin trombozu. Sağ pence sümüklərin osteomieliti, 3-5 falanqanın qanqrenası. İşemiya İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “Sağ qalça-bud PTFE 8mm/50sm greft şuntlama”, xx.xx.2021-ci il tarixdə isə “Sağ pəncənin osteonekrokektomiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olmuş və xx.xx.2021- ci il tarixdə evə yazılmışdır. “Güven Klinik"də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və " aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ baldırın arxa nahiyəsinin fleqmonası. Sağ beş daraq sümüyünün xroniki osteomieliti. Pəncənin ön tərəfinin infeksiyalaşmış yarası, pəncənin qüsurlu kontrakturası, baldırın çoxsaylı çapıqları, incik, bud sümüklərinin nevriti, budarteriya, sinirlərinin (güllə yaralanmasından sonrakı vəziyyət), diz oynağının kontrakturası” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə olunmuş yara dərisinin plastikası” (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatı icra olunmuş və əməliyyatın gedişi zamanı sol ayaq pəncəsinin İİ- İİİ dərəcəli yanığı, elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Xəstəyə yanığa görə konservativ müalicələr aparılmış və xx.xx.2021-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021ci il tarixdə təkrar klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasından sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin ll-lll dərəcəli yanığından sonrakı vəziyyəti” diaqnozu düzgün təyin edilmişdir. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasından sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin ll-lll dərəcəli yanığından sonrakı vəziyyəti. Sol ayaq 5- ci barmaqda nekroz” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Sol ayaq pəncədə yara debridman+nekrotik toxumaların təmizlənməsi, 5-ci barmağın fıksasiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2021-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır, İddiaçı üzərində 20.09,2021-ci İİ tarixdə icra edilmiş “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə olunmuş yara derisinin plastikası” (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatının gedişi zamanı sol ayaq pəncəsinin İİ-İİİ dərəcəli yanığı, yeni elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Bu da əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı almış olduğu sağ bud nahiyəsinin minaqəlpə yarası, bud vena və arteriyaların yumşaq zədələnməsi ilə əlaqədar icra edilmiş cərrahiyyə əməliyyatları travmanın ağırlığına uyğun olmuşdur. İddiaçı "Güven Klinik"də gösterilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 12 və 24.1 bəndlərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-travmatoloq Cavabdeh1dir. Əlavə məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli 422/KEŞ nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. "xxxx"da İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ bud nahiyəsinin mina-qəlpə yarası. Bud vena, arteriya yumşaq toxumaların zədələnməsi. Bud vena və arteriyanın plastika, yumşaq toxumaların rekonstruksiyadan sonrakı vəziyyət. Sağ bud arteriya protezin trombozu. Sağ pəncə sümüklərin osteomieliti, 3-5 falanqanın qanqrenası. İşemiya İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021-ci il tarixdə xəstənin üzərində "Sağ qalça-bud PTFE 8 mm/50 sm greft şuntlama", xx.xx.2021-ci il tarixdə isə “Sağ pəncənin osteonekroektomiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olmuş və xx.xx.2021-ci il tarixdə evə yazılmışdır. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil oİmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ baldırın arxa nahiyəsinin fleqmonası. Sağ beş daraq sümüyünün xroniki osteomieliti. Pəncənin ön tərəfinin infeksiyalaşmış yarası, pəncənin qüsurlu kontrakturası, baldırın çoxsaylı çapıqları, incik, bud sümüklərinin nevriti, budarteriya, sinirlərinin (güllə yaralanmasından sonrakı vəziyyət), diz oynağının kontrakturası” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə olunmuş yara dərisinin plastikası” (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatı icra olunmuş və əməliyyatın gedişi zamanı sol ayaq pəncəsinin İİ-lll dərəcəli yanığı, elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Xəstəyə yanığa görə konservativ müalicələr aparılmış və xx.xx.2021-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021ci il tarixdə təkrar klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasmdan sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin İİ-lll dərəcəli yanığından sonrakı vəziyyəti” diaqnozu düzgün təyin edilmişdir. "Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasmdan sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin İl-lll dərəcəli yanığından sonrakı vəziyyəti. Sol ayaq 5-ci barmaqda nekroz” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Sol ayaq pəncədə yara debridman+nekrotik toxumaların təmizlənməsi, 5-ci barmağın fiksasiyası cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2021-ci iİ tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomlyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestrnekrektomiyası, kombinə olunmuş yara dərisinin plastikası" (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatının gedişi zamanı sol ayaq pəncəsinin İİ-İİİ dərəcəli yanığı, yeni elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir Bu da əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı “Güven Klinik“də göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi vəzifə təlimatının 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərərli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və eməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) bəndlərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-travmatoloq Cavabdeh1dir. Əlavə məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli 422/KEŞ nömrəli rəyində İddiaçı aldığı bədən xəsarətlərinin dərəcəsi göstərilmədiyindən yenidən Əlavə məhkəmə komisyon ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli 474/KEŞ nömrəli rəyindən görünür ki, "X14 Hüseynovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ bud nahiyəsinin mina-qəlpə yarası. Bud vena, arteriya yumuşaq toxumaların zədələnməsi. Bud vena və arteriyanın plastika, yumuşaq toxumaların rekonstruksiyadan sonrakı vəziyyət. Sağ bud arteriya protezin trombozu. Sağ pəncə sümüklərin osteomieliti, 3-5 falanqanın qanqrenası. İşemiya İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “Sağ qalça-bud PTFE 8mm/50sm greft şuntlama”, xx.xx.2021- ci il tarixdə isə “Sağ pəncənin osteonekrokektomiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olmuş və xx.xx.2021-ci il tarixdə evə yazılmışdır. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ baldırın arxa nahiyəsinin fleqmonası. Sağ beş daraq sümüyünün xroniki osteomieliti. Pəncənin ön tərəfinin infeksiyalaşmış yarası, pəncənin qüsurlu kontrakturası, baldırın çoxsaylı çapıqları, incik, bud sümüklərinin nevriti, budarteriya, sinirlərinin (güllə yaralanmasından sonrakı vəziyyət), diz oynağının kontrakturası” diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestrnekrektomiyası, kombinə olunmuş yara dərisinin plastikası” (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatı icra olunmuş və əməliyyatın gedişi zamanı sol ayaq pəncəsinin ll-lll dərəcəli yanığı, elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Xəstəyə yanığa görə konservativ müalicələr aparılmış və xx.xx.2021-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. “Güven Klinik”də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021ci il tarixdə təkrar klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasından sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin ll-lll dərəcəli yanığından sonrakı vəziyyəti” diaqnozu düzgün təyin edilmişdir. “Güven Klinik"də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ pəncənin daraq sümüklərinin xroniki osteomieliti, pəncənin qüsurlu vəziyyətdə kontrakturası (sekvestmekrektomiyadan, kombinə olunmuş dəri plastikasından, fleqmonanın yarılmasından sonrakı vəziyyət). Baldırın çoxsaylı çapıqları, diz oynağı kontrakturası (sağ baldırın güllə yaralanmasından sonrakı vəziyyət). Sol pəncənin ll-lll dərəcəli yanığından sonrakı vəziyyəti. Sol ayaq 5-ci barmaqda nekroz” diaqnozu düzgün teyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Sol ayaq pəncədə yara debridman+nekrotik toxumaların təmizlənməsi, 5-ci barmağın fiksasiyası" cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2021-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində xx.xx.2021- ci il tarixdə icra edilmiş "Sağ baldırın arxa hissəsində fleqmonanın açılması və nekrektomiyası, pəncənin ön tərəfindən bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə olunmuş yara derisinin plastikası" (budun azad dərisindən götürülmüş fleb ilə) cərrahiyyə əməliyyatının gedişi zamanı sol ayaq pəncəsinin ll-lll dərəcəli yanığı, yəni elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Bu hal əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur. Bu da sol ayağın 5-ci barmağının amputasiyasma, həmçinin onun üzərində "Sağ baldırın arxa hissəsində fleqmonanın açılması, nekrektomiya, pəncənin ön tərəfinin bütün daraq sümüklərinin sekvestmekrektomiyası, kombinə dəri plastikası, budun azad dərisindən götürülmüş fleb ilə" cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb olmuşdur. Buna məsul şəxs həkim-travmatoloq Cavabdeh1dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 09 saylı əmrin №-1 əlavəsinə, "Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin 3-cü bölməsinin metodik göstərişlərinin 30-cu bəndinə əsasən, müxtəlif müayinə və müalicə tədbirləri icra olunarkən yol verilmiş qüsurlar və bununla bağlı baş vermiş fəsadlar tibbi fəaliyyətlə əlaqədar olduğundan və tibb işçiləri tərəfindən qəsdən deyil, təsadüf nəticəsində törədildiyindən sağlamlığa zərərvurma kimi qiymətləndirilmir. İddiaçı “Güven Klinik”də göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi vəzifə təlimatının 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyatankeçirilməsinə) bəndlərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-travmatoloq Cavabdeh1dir”. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, İddiaçı xx.xx.2021ci il tarixdə Cavabdeh2aya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ baldırın arxa nahiyəsinin fleqmonası. Sağ beş daraq sümüyünün xroniki osteomieliti. Pəncənin ön tərəfinin infeksiyalaşmış yarası, pəncənin qüsurlu kontrakturası, baldırın çoxsaylı çapıqları, incik, bud sümüklərinin nevriti, budarteriya, sinirlərinin (güllə yaralanmasından sonrakı vəziyyət), diz oynağının kontrakturası” diaqnozu təyin edilmiş, xx.xx.2021-ci il tarixdə İddiaçı üzərində cərrahiyyə əməliyyatı icra olunmuş və əməliyyatın gedişi zamanı sağlam sol ayaq pəncəsinin ll-lll dərəcəli yanığı, elektrodla dəri arasında qapanma nəticəsində yanıq baş vermişdir. Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma çərçivəsində üç dəfə keçirilmiş ekspertizalar nəticəsində müəyyən edilmişdur ki, İddiaçı Cavabdeh2ada qüsurlu tibbi xidmət göstərilmiş və buna məsul şəxs həkimtravmatoloq Cavabdeh1dur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 Cavabdeh2ndə cərrah vəzifəsində çalışır və 1000 manat məbləğində əmək haqqı alır. Beləliklə hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 əməkdaşı Cavabdeh1 hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu nə iddiaçı, nə də ki, cavabdehlər tərəfindən mübahisələndirilməyən Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 No-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, Cavabdeh2 əməkdaşı Cavabdeh1 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində bir ayağını Vətən yolunda qəhrəmanlıq göstərərək itirmiş İddiaçı sağlam ayağının yanması və nəticədə həmin ayaqda bir barmağın kəsilməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 20000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bununla yanaşı məhkəmə iddia ərizəsini 46000 məbləğində maddi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, İddiaçı Cavabdeh2ndə göstərilən tibbi xidmətlərin əsasən «YAŞAT» Fondunun vəsaitləri hesabına həyata keçirilməsi işin mübahisələndirilməyən hallarındandır. İddiaçı vəkili Vəkil1 bəzi ödənişlərin iddiaçının atası tərəfindən edilməsini göstərsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 20000 manat məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 20000 (iyirmi min) manat məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar