Məhkəmə qərarları › İş №2(001)-768/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-768/2022

11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-768/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müqavilə üzrə ödənilmiş 25758 manat əsas, 6439,5 faiz məbləği olmaqla, cəmi 32197,5 manat, mənəvi zərərlə bağlı isə 10000 manat olmaqla, cəmi 42197,4 manat pul vəsaitinin, 217 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri Cavabdeh1 zamin olduğu Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış 26.02.2015-ci il tarixli, 1-26-02-2015-QA МТК İX nömrəli ipoteka müqaviləsinə əsasən Yasamal rayonu, Таlıblı küçəsi ünvanında inşa olunmuş yaşayış kompleksində giriş 16, 4-cü mərtəbə, ümumi sahəsi 107 m2 olan 3 otaqlı, 1771 nömrəli mənzilin əldə edilməsi üçün İddiaçı 130 000 manat kredit ayrılmışdır. Eyni zamanda, İddiaçı tərəfindən 26.02.2015-ci ildə "Qlobal-Azəri” MMC-yə 14 450 manat ilkin ödəniş olunmuşdur. Daha sonra isə sözügedən mənzillə bağlı 2015-ci ilin mart ayından - 2015-ci ilin avqust ayınadək hər ау 1718 manat, 2015-ci ilin sentyabr ayında isə 1000 manat olmaqla cəmi 11308 manat ödəniş olunmuşdur. Beləliklə, sözügedən mənzilin əldə edilməsi üçün İddiaçı tərəfindən cəmi 25758 manat məbləğində vəsait ödənilmişdir. (qəbzlərin surəti əlavə olunur). 18.05.2016-ci ildə İddiaçı və həyat yoldaşı X2 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə ilə "xxxx" ММС-уə müraciət edilərək müqavilədən imtina edilməsi, mənzilin başqa şəxsin adına sənədləşdirilməsinə etiraz edilməməsi və mənzil üçün ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunmuşdur. Lakin bu günədək iddiaçıya hər bir vəsait ödənilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən cavabdehlər İddiaçı, Cavabdeh1 ve "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 92477,95 manat, faiz borcu üzrə 19857,10 manat olmaqla, cəmi 112335,05 manat borcun, 30,4 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə 28.04.2021-ci il tarixli iddia qaldırılmışdır. Həmçinin Bank tərəfindən iddianın təmin tədbiri barədə ərizə verilməklə İddiaçı müvafiq bank hesablarına həbs qoyulmuş, onun müvafiq bank hеsаblаrı üzrə əməliyyat aparmaq imkanları məhdudlaşdırılmışdır. 2016-cı ildə mənzildən imtina etdiyi gündən etibarən cavabdehlər tərəfindən mənzilin başqasına satılmasına baxmayaraq onların səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən İddiaçı bir sıra məhdudiyyətlər və çətinliklərlə üzləşmişdir. Belə ki, İddiaçı dəfələrlə müxtəlif banklardan kredit götürmək istəsə də, ona ipoteka krediti öhdəliyinin mövcud olması əsas gətirilməklə imtina verilmişdir. Nəticədə İddiaçı mülki dövriyyənin iştirakçısı kimi fəaliyyətinə süni maneə yaradılmışdır. 5 ildən artıq bir müddətdə, 100000 manatdan уuхаrı borc öhdəliyi ilə yaşamağa, əslində olmayan borc öhdəliyinin stresini, yükünü çəkməyə məcbur edilmişdir. Halbuki, mənzil cavabdehlər tərəfindən özgəninkiləşdirilmiş, Mülki Məcəllənin 522-ci maddəsinin tələbinə zidd olaraq öhdəliyin verilməsi isə həyata keçirilməmişdir. Dəfələrlə İddiaçı özü və vəkili vasitasilə Cavabdeh2 MTK-уа müraciət etdikdən sonra nəhayət 01.11.2021-ci ildə borc məbləği tam şəkildə banka ödənilərək bağlanmışdır. 18.05.2016-ci ildə İddiaçı və həyat yoldaşı A.Abbasova tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə ilə mənzildən imtina edildsə də, “Qlobal- Azəri" ММС və уа onun hüquqi varisi Cavabdeh2 MTK tərəfindən iddiaçıya heç bir vəsait ödənilməmişdir. İddiaçı onun üzərindəki borc öhdəliyinin mənzilin yeni sahibinə ötürülməməsi, banka olan kredit borcunun bağlanmaması səbəbindən pul vəsaitinin geri qaytarılması tələbi ilə iddia qaldıra bilməmişdir. Cavabdeh2 MTK-nın rəhbəri tərəfindən 01.11.2021-ci ildə АВВ-уə tam ödəniş edilib borc bağlandıqdan sonra onun müqavilə üzrə 26.02.2015-ci ildə "xxxx" ММС-уə ödədiyi 14450 manat ilkin ödənişi və 2015-ci ilin mart ayından - 2015-ci ilin oktyabr ayınadək АВВ-уə ödədiyi borcun 11308 manat əsas məbləğ hissəsi olmaqla, cəmi 25 758 manat vəsaiti məhkəmə qaydasında geri tələb etmək imkanı yaranmışdır. Cavabdehlər imtina olunmuş mənzili başqasına nağd şəkildə satmaqla faydalandığı, mənfəət əldə etdiyi halda iddiaçının biг çох məhrumiyyətlər yaşamasına səbəb olmuşdur. Cavabdehler iddia predmeti olan vəsaiti (25758 manat) geri qaytarmış olsaydı, iddiaçı həmin vəsaitdən faydalanacaq və gəlir əldə edəcəkdi. 25758 manatın 5%-i 1287,9 manat olduğundan 5 il üçün 6439,5 manat təşkil edir . Beləliklə hesab edirik ki, maddi zərərlə bağlı cavabdehlərdən cəmi 32197,5 manat vəsait tutularaq iddiaçıya ödənməlidir. Cavabdehlər maddi zərərlə yanaşı İddiaçı mənəvi zərər də vurmuş onun 5 il ərzində psixoloji gərginlik yaşamasına səbəb olmuşdur. Odur ki, İddiaçı mənəvi iztirabları, səhhətinin pozulması nəzərə alınaraq mənəvi zərərlə bağlı 10000 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir. 14.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq 26.02.2015-ci il tarixli , ABB-1771 saylı “Kooperativ Mənzil tikintisi haqqında payçı” müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan müqavilə üzrə ödənilmiş 25758 manat əsas, 6439,5 faiz məbləği olmaqla, cəmi 32197,5 manat, mənəvi zərərlə bağlı isə 10000 manat olmaqla, ümumilikdə 42197,40 manat pul vəsaitinin, 217 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ABB-1771 №-li, 26.02.2015-ci il tarixli “Kooperativ Mənzil Tikintisi haqqında Payçı Müqaviləsinə” əsasən cəmiyyət ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksində giriş 16, mərtəbə 4, ümumi sahəsi 107 m2 olan 3 otaqlı, 1771 saylı mənzili Payçıya təhvil verməyi, Payçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri Cavabdeh1 zamin olduğu Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış 26.02.2015-ci il tarixli, 1-26-02-2015-QA МТК İX nömrəli ipoteka müqaviləsinə əsasən Yasamal rayonu, Таlıblı küçəsi ünvanında inşa olunmuş yaşayış kompleksində giriş 16, 4cü mərtəbə, ümumi sahəsi 107 m2 olan 3 otaqlı, 1771 nömrəli mənzilin əldə edilməsi üçün İddiaçı 130 000 manat kredit ayrılmışdır. - Ödəniş cədvəlinə əsasən, cavabdeh götürdüyü krediti 26.03.2015-ci il tarixindən başlayaraq hər ay 1718 manat ödəniş etməklə 26.02.2025-ci il tarixədək qaytarmalı idi. - Ödəniş qəbzlərinə əsasən, cavabdeh tərəfindən Azərbaycan Beynəlxalq Bankına 26.02.2015-ci il tarixdə 1311 manat, 24.04.2015-ci il tarixdə 1717 manat, 27.05.2015-ci il tarixdə 1717 manat, 27.05.2015-ci il tarixdə 1717 manat, 30.06.2015-ci il tarixdə 1717 manat, 31.08.2015-ci il tarixdə 1717 manat ödəniş edilmişdir. - İddiaçı və X1 18.05.2016-ci il tarixli ərizələrinə əsasən onlar, "xxxx" MMC ilə bağlanmış ABB-1771 №-li, 26.05.2016-ci il tarixli “Kooperativ Mənzil Tikintisi haqqında Payçı Müqaviləsindən imtina etmiş, həmin müqavilənın ləğv edilməsini və mənzilə görə ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişlər. - İddiaçı tərəfindən 31.03.2016-cı il tarixdə "xxxx" ASC-yə ünvanlanmış ərizəyə əsasən, "xxxx" MMC-yə mənzildən imtina barədə notarial ərizə təqdim etməsini bildirərək, bankla aralarında olan müqaviləyə xitam verilməsini və mübahisəli mənzil üzrə bütün hüquqların banka keçirilməsini xahiş etmişdir. - 15.04.2019-cu il tarixdə "xxxx" MMC-yə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı tərəfindən mənzildən 3 il bundan öncə imtina etməsi barədə məlumat verilməklə, müqavilə şərtlərinə əsasən ona qaytarılmalı məbləğin ödənilməsi tələb edilmiş, əks halda qanuna müvafiq tədbir görüləcəyi diqqətə çatdırılmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4369/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadından və Cavabdeh2 MTK tərəfindən verilmiş vəsatətdən müəyyən edilir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK-dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin, yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. - 421.2-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 117.1-ci maddəsinə əsasən, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn ziyanın ödənilməsindən başqa, həm də tərəflərin bağladıqları müqavilənin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaçı tərəfindən müqavilədən imtina olunmasından xəbərdar edilməsinə rəğmən, onların aralarında olan müqavilənin şərtlərinə uyğun davranmamış və hüquqi hərəkətləri yerinə yetirməmişlər ki, buna görə də Payçı tərəfindən müqavilədən imtina edilməsinin hüquqi nəticəsi reallaşmamış qalmışdır. Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilədən imtina etdikdən sonra ona qaytarılmalı olan pul vəsaitindən və həmin vəsaitin mülki dövriyyəyə buraxılması nəticəsində əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Məhkəmə iddia tələbinin cavabdehdən faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 6439,50 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının xeyli müddət sonra iddia verməsi gecikdirilmiş vaxt üçün faizin tənasübsüz surətdə artmasına səbəb olduğundan 1131,45 manat faiz borcu (22.629 x 5%÷12ay =1131,45) gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 217 manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Məhkəmə Cavabdeh1 münasibətdə hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, müqavilə tərəfləri “Qlobal-Azəri" MMC ilə İddiaçı olduğundan, tələb həmin şəxslərə münasibətdə tutula bilər. Beləliklə, Cavabdeh1 müqavilə üzrə tərəf olmadığından ona aid hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Qlobal-Azəri" MMC ilə İddiaçı arasında bağlanmış 26.02.2015-ci il tarixli ABB- 1771 saylı “Kooperativ Mənzil Tikintisi haqqında Payçı Müqaviləsi” ləğv edilməli, Cavabdeh2 MTK-dan ("xxxx" MMC-nin hüquqi varisi) 22629 manat pul məbləği və 1131,45 manat faiz borcu olmaqla, cəmi 23760, 45 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26.02.2015-ci il tarixli ABB-1771 saylı “Kooperativ Mənzil Tikintisi haqqında Payçı Müqaviləsi” ləğv edilsin. Cavabdeh2 MTK-dan ("xxxx" MMC-nin hüquqi varisi) 22629 manat pul məbləği və 1131,45 manat faiz borcu olmaqla, cəmi 23760,45 manat (iyirmi üç min yeddi yüz altmış manat qırx beş qəpik) və 217 manat (iki yüz on yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar