Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-768/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, dövlət rüsumuna görə 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, dövlət rüsumuna görə 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi olunla əsaslandırılır ki, Hilal Agro MMC-nin təsisçisi kimi İddiaçı Türkiyə Respublikasının vətəndaşı investor kimi Azərbaycan Respublikasına külli miqdarda investisiya qoymuşdur. İddiaçı Hilal Agro MMC-nin təsisçiləri Olgun Altunun və V.Əhədovun paylarını xx.xx.2015-ci il tarixdə notariusda devr alaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. Cavabdeh oglunun 293.000 manat məbləğdə pul tələbinə dair şikayəti əsasında xx.xx.2015-ci il tarixdə Sabunçu rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə iddiaçı barəsində cinayət işi başlanmışdır. Daha sonra həmin cinayət işi üzrə mülki iddiaçılardan biri olan Cavabdeh Hilal Agro MMC-yə, X29 ogluna və İddiaçı qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin əsassız iddia və böhtanla İddiaçı barəsində uzun illər məhkəmə prosesləri davam etmiş və bu hal iddiaçıya və onun ailəsinə həm maddi, həm də mənəvi olaraq külli miqdarda zərər vurmuşdur. Həmin məhkəmə proseslərinin sonunda isə həqiqətin də bütün bu ifadələrin, iddiaların yalan olduğu təsdiq olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-246/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın İddiaçı aid olan təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmisdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də sübut olunmuşdur ki, İddiaçı işə həqiqətən də aidiyyətı yoxdur. Bütün bunlara və işə heç bir aidiyyatının olmamasına baxmayaraq İddiaçı barəsində uzun illərdir ki, məhkəmə prosesləri davam etmişdir. Belə ki, İddiaçı heç bir aidiyyəti olmayan iş üzrə dəfələrlə hüquqi yardım almış, müxtəlif vəkillərə müraciət etmiş və ödəniş etmişdir. Həmçinin öz növbəsində İddiaçı barəsində olan qərarlarla bağlı məhkəmə rüsumu və digər xərcləri də ödəmişdir. İllərlə İddiaçı barəsində haqsız davam edən bu çəkişmələr İddiaçı, ailəsinə və şirkətlərinə xeyli miqdarda maddi zərər vurulmasına səbəb olmuşdur. Bundan əlavə İddiaçı tərəfındən şirkət devr alınarkən sadacə olaraq Bank Standarda olan kredit borcu kimi 3.698.000 ABŞ dollarının ödənilməsi ilə bağlı öhdəliyi üzərinə götürmdür. Bu pul məhz şirkətin fəaliyyəti nəticəsində əldə olunan pul hesabına ödənilməli idi. Lakin, Cavabdeh yalan ifadə və böhtanı nəticəsində uzun müddət ərzində şirkət fəaliyyət göstərə bilmədiyindən həmin pul vəsaiti İddiaçı tərəfındən öz şəxsi vəsaiti hesabına xx.xx.2020-ci il tarixdə ödənilmişdir. İddiaçı hesab edir ki, göstərilən bu pul vəsaiti də cavabdeh tərəfindən ona geri ödənilməlidir. Hər bəyanı yalan olan Cavabdeh iddiaçı barəsində X5 Başsavcısına şikayətində bildirmişdir ki, guya iddiaçı ilə 2014-cü ilin əvvəlində tanış olmuş, bu zaman o, Hilal Agro MMC-də fəaliyyət göstərmiş və ona birlikdə işlməyi təklif etmiş, o cümlədən ailəsini tanıdığını, həmçinin ailəvi olaraq bir-biriləri ilə tanış olmuşlar. İş materiallarından da göründüyü kimi o, 2015-ci ildən Hilal Agro MMC-nin fəaliyyətində iştirak edir, 2014-cü ildə cavabdehə iş təklifi edə bilməzdi. Onun barsində böhtan atılana və əsassız iddia qaldırılana qədər iddiaçı cavabdehi tanımamaqla yanaşı, ailəvi olaraq da qəti olaraq görüşməmişdir. Türkiyə Respulikasında edilən bu şikayət təmin edilməmiş, belə bir şəxsin böhtan və yalanlarına əhəmiyyət verilməmişdir. Azarbaycan Respublikasında məhkəmə prosesləri ərzində tələb etdiyi pul vəsaitləri illər ərzində artması ilə yanaşı, Türkiyə Respublikasında edilən bu şikayətdə də bu tələbini tamamilə fərqli məbləğdə irəli sürmüşdür. Bu da bir daha sübut etdi ki, cavabdehin bütün ifadəsi yalan və böhtandan ibarətdir. Həmçinin, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının pul tələbi ilə bağlı iddialarının əsassız olduğu sübut olunmuşdur. Belə ki, ilk dəfə cinayət işi üzrə şikayət verilərkən Cavabdeh şikayətində xx.xx.2015-ci ildə 293.000 manat məbləğində pul vasaiti tələb edərkən, məhkəməyə verdiyi iddia ərizəsində xx.xx.2016-cı il tarixdə 432.500 manat məbləğində pul vəsaiti tələb etmiş, daha sonra məhkəmə prosesi davam edərkən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bu tələbi 1.152.942 manata qədər artırmışdır. xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasında edilən şikayətdə 405.095 ABŞ dolları tələb edilmişdir. Göründüyü kimi, qeyd edilən pul məbləğləri arasında kəskin fərqlər olmaqla, müəyyən müddət ərzində də artmaqdadır. Məhkəmədə iddia qaldırılan zaman 293.000 manat olan bu məbləğ necə olmuşdur ki, iki qat olaraq qəflətən artmışdır. Bununla yanaşı Türkiyədə edilən şikayətdə 405.095 ABŞ dolları həcmində pul vəasiti tələb etmişdir. Eyni zamanda Cavabdeh tərəfindan xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasının Azərbaycan Respulikasında səlahiyyətli səfiri Alper Coşkuna ünvanladığı şikayət də iddiaçıdan tələb etdiyi məbləği 318.000 manat olaraq qeyd etmişdir. Bundan əlavə Cavabdeh xx.xx.2018-ci il tarixdə Ölkə.az, Qafqaz.az və 7 news.az xəbər saytlarında yayılan məlumata əsasən Cavabdeh iddiaçının ona 293.000 manat məbləğində borcu olduğunu qeyd etmişdir. Həmçinin xx.xx.2017-ci il tarixli dosye.az xəbər saytında Cavabdeh borcun 318.000 manat olduğunu, yenə həmin tarixli 7 news.az xəbər saytında dərc olunan məlumata əsasən, isə borcun 300.000 manat olduğunu iddia etmişdir. Bu da göstərir ki, Cavabdeh tələb etdiyi pul məbləğini hər şikayətdə fərqli miqdar olaraq göstərmişdir. Bu faktın özü də aşkar surətdə ağlabatan deyildir. Qaldırılan iddianın məqsədinin cavabdehin sadəcə maddi olaraq İddiaçı gəlir əldə etmək olduğu da görünməkdədir. Cavabdeh bu pul məbləğlərinin hamısının iddiaçıya verdiyini bildirmiş, amma bu iddianın məhkəmə qaydasında məhkəmə qərarı ilə yalan olduğu sübut edilmişdir. Bununla da cavabdehin digər ifadələri də öz həqiqi qüvvəsini itirmiş və cavabdehin həqiqətdə necə böhtan atan biri olduğu sübut olunmuşdur. Bütün bunlara əlavə olaraq xx.xx.2015-ci ildə Sabunçu rayon prokurorluğuna edilən şikayətdə ondan alacağı olduğunu iddia edən 6 nəfərdən biri olan Mustafa Uzunquşlar adlı şəxs xx.xx.2023-cü ildə icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə tələbindən iş üzrə digər tələbkar Cavabdeh xeyrinə imtina etmişdir. Bu şəxslərin aralarındakı münasibətin hansı əsasla olması çox qəribədir. X17 Agro MMC-də maaşlı işçi olaraq işləyərkən İddiaçı 490.000 ABŞ dolları borc verdiyini iddia edərək məhkəməyə şikayət etmiş, 8 il keçdikdən sonra bu tələbini Cavabdeh devr etmişdir. Q.K. Məmmədov dəstə quraraq İddiaçı və Hilal Agro MMC-yə planlı və təşkilatlı bir şəkildə bu işləri etmişdir. Mustafa Uzunquşlar Yasamal rayon İcra şöbəsinə təqdim etdiyi ərizə ilə alacağından imtinaya dair qərar əlavədədir. Eyni zamanda davam edən məhkəmə prosesləri üzündən Hilal Agro MMC şirkəti uzun müddətdir ki, fəaliyyət göstərməməkdədir. Bu şirkət illik olaraq bir milyon manat pul qazanc əldə edirdi. Qeyd edilən dövrü nəzərə alaraq şirkətin itirdiyi gəlirlər də əldən çıxmış fayda olaraq tutularaq ödənilməlidir. Çünki şirkət fəaliyyət göstərsəydi bu qazancdan məhrum olmayacaqdı. Bu baxımdan Cavabdeh əldən çıxmış fayda kimi 7.000.000 manat mabləğində pul vəsaiti tutulmalıdır. İddiaçı hesab edir ki, həqiqətən də onun işə aidiyyatının müəyyən olunmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də təsdiq edildiyindən bu vaxta qədər də dəyən maddi zərər uyğun olaraq cavabdehdən tutulmalıdır. Həmçinin, iddiaçının hüquqlarının bərpası və pozulmasının qarşısının alınması maqsədilə müxtəlif orqanlara dəfələrlə şikayətlər etmiş, o cümlədən işin davam etməsi zamanı da müxtəlif iddialar qaldırılmış və nəhayət tam 7 ildən sonra həmin mübahisəyə onun aidiyyatının olmadığı müayyən olunmuşdur. Çünki bütün bu hadisələr iddiaçı barəsində olan böhtanla əlaqəli baş verərək, edilən şikayət və iddia ərizəsi əsasında meydana gəlmişdir. Bu baxımdan təqsirli olaraq bu pozuntunu törədən Cavabdeh iddiaçının uğradığı maddi zərərlər tutulmalıdır. Cavabehin hüquqazidd əməli ilə baş verən nəticə, yəni iddiaçının uğradığı maddi və mənəvi zərər arasında bir başa olaraq da sabəbli əlaqə mövcuddur. Bu baxımdan Cavabdeh iddiaçıya vurduğu maddi zərərə görə 4.000.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Uzun illər davam edən məhkəmə prosesləri nəticəsində aşağıdakı qərarlar qəbul olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Göstərilən qətnamədən cavabdeh Hilal Agro MMC və İddiaçı tərəfındən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5681/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni şikayəti vermiş cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindan yenidən eyni qaydada şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-492/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Hilal Agro MMC-nin kassasiya şikayəti qismən, İddiaçı kassasiya şikayəti tam təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qararı alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1578/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfındən ayrı-ayrılıqda verilmiş apellyasiya şikəyətləri təmin edilməmişdir. Bu qərardan da cavabdehlər Hilal Agro MMC və İddiaçı tərəfindən kassasiya şikayəti verilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə ləğv edilmişdir. Göründüyü kimi, mülki iddia 2017-ci ildə qaldırılmış, 2022-ci ilə kimi isə davam etmişdir. Həmin müddətin sonunda isə qanuni qüvvəyyə minmiş qətnamə ilə təsdiq olunur ki, həqiqətən də iddia edildiyi kimi İddiaçı bu şəxsi tanımadığı və külli miqdarda vəsaiti mənimsəməsi mümkün deyildir. Bundan başqa bu məhkəmə çəkişmələri və qərarları İddiaçı işgüzar nüfuzuna, Azərbaycan vətəndaşı olan ailəsinə və uşaqlarına ciddi surətdə mənəvi zərər vurmuşdur. Həmçinin, İddiaçı barəsində olan cinayət işi səbəbi ilə də 2016-cı ilin başlanğıcından bəri Azərbaycan Respublikası ərazisinə gəlmək imkanından məhrum olmuşdur. Sahibi olduğu 5 şirkət isə bu vaxt ərzində fəaliyyətdən kənar qalmışdır. Bu səbəbdən də uzun müddətdir ki, ticarət və sahibkarlıqla məşğul ola bilməmişdir. Bu hal hələ də davam etməkdə, təsisçisi olduğu şirkətə gələ bilməməsinə səbəb olmaqdadır. İllərlə davam edən bu süründürməçilik nəticəsində İddiaçı mənəvi zərərə məruz qalmış, ciddi şəkildə mənəvi sarsıntı və iztirab keçirmişdir. Vurulmuş mənəvi zərərə görə isə Cavabdeh 3.000.000 manat məbləğində pul vasaiti tutularaq İddiaçı ödənilməlidir. Ona görə də Cavabdeh vurulan maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, İddiaçı hesab edir ki, cavabdehin bu günə qədər onun barəsində qaldırdığı məhkəmə mübahisələri ilə əlaqədar uzun müddət məhkəmə çəkişmələrinin olması və yekunda iddiaçının işə aidiyyatının olmaması nəticəsində iddiaçı zərərə uğramışdır. Uzun illər iddiaçı barəsində məhkəmə çəkişmələri olması nəticəsində iddiaçı dəfələrlə pullu hüquqi yardım xidməti almışdır. İddiaçı barəsində də cinayət işi başlanmışdır. Daha sonra Ali Məhkəmənin yekun qərarı ilə İddiaçı həmin işə aidiyyatı olmadığı müəyyən edilmişdir. Bütün bunlara görə İddiaçı böyük məbləğdə zərərə uğramışdır. İddiaçının barəsində axtarış və digər qərarların olması nəticəsində iddiaçı Azərbaycana gələ bilmir. İddiaçı həyat yoldaşı və uşaqları azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdırlar. İddiaçı xx.xx.2015-ci il tarixdə Hilal Agro şirkətini Olqun Altun adlı şəxsdən alqı-satqı müqaviləsi əsasında təhvil alarkən şirkətin 3.698.000 manat borcunu iddiaçı şirkətin borcla fəaliyyət göstərməməsi üçün öz vəsaiti hesabına ödəmişdir. Lakin qaldırılmış iddialar nəticəsində şirkətin əmlakları müsadirə olunmuş, şirkətin fəaliyyəti dayandırılmışdır. Ona görə də şirkət fəaliyyət göstərməmiş, həmin məbləği, yəni iddiaçının öz şəxsi vəsaiti hesabına ödədiyi 3.698.000 manatı iddiaçı geri götürə bilməmişdir. Bundan başqa, iddiaçı qeyd edir ki, onun Azərbaycanda bir neçə şirkətləri də olmuşdur. Lakin bu işlərə görə o, Azərbayacana gələ bilmədiyi üçün həmin şirkətlər də onun əlindən çıxmışdır. Ona görə də iddiaçı hesab edir ki, əldən çıxmış fayda kimi ona 7.000.000 manat məbləğində ziyan dəymişdir. Şirkətin gəlirinin hər il 1 000 000 manat olmasına dair sübut yoxdur. Cavabdeh iddiçıya qarşı iddia qaldıranda dəfələrlə iddia ərizələrini dəyişdirmiş, iddia tələblərini artırmış, həmin artırmaların və dəyişmələrin heç bir əsası olmamışdır. İddiaçı hər dəfə fərqli-fərqli məbləğlərdə (500.000, 300.000 və 200.000) tələblər irəli sürmüş, lakin İddiaçı Ersoyun iddiaya aidiyyatı olmadığına görə iddia ona münasibətdə təmin olunmamışdır. Bundan başqa, Cavabdeh iddiaçı barəsində Türkiyədə də məhkəməyə və prokurorluğa müraciət etmişdir, lakin şikayət əsassız olunduğundan heç bir nəticəsi olmamışdır. İddiaçı hesab edir ki, onun barəsində verilmiş bu qədər əsassız iddialar nəticəsində ona ziyan vurulmuşdur. Yasamal Rayon Məhkəməsində işə baxılarkən cinayət işi də başlanılmış, şirkətin bütün əmlakının üzərinə həbs qoyulmuşdur. İddiaçıya qarşı əsassız iddialar irəli sürülməsi nəticəsində iddiaçı hesab edir ki, ona vurulan mənəvi ziyanı 3.000.000 manat, əldən çıxan fayda 7.000.000 manat təşkil edir. O, nümayəndə olaraq qətnamələr üzrə iddiaçıya nə qədər ziyan vurulmasını bilmir, qətnamələri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin iş üzrə iddiaçıların və iddia tələblərinin sayı çox olmuş, bütün tələblər icra olunmuş, lakin İddiaçı münasibətdə icra olunmamışdır. Çünki yekunda iddianın İddiaçı aidiyyatı olmadığı, yəni iddiaçının təsisçi olması müəyyən edilmişdir. Hesab edir ki, İddiaçı barəsində uzun müddət məhkəmə mübahisəsi getməsi iddiaçının stress yaşamasına, narahatçılıq keçirməsinə səbəb olmuşdur. İdiaçının keçirdiyi mənəvi sarsıntıların nəticəsi olaraq tibb müəsisəsinə müraciət etməsi barədə sübutu yoxdur. İddiaçı Azərbayacan gələ bilmir, çünki onun barəsində Azərbaycanda araşdırma aparılır, İddiaçı hesab edir ki, bu müddət ərzində onun barəsində əsassız məhkəmə çəkişmələri ilə bağlı süründürməçilik olması, dəfələrlə məhkəmə mübahisələri ilə bağlı stress keçirtməsi, vəkillərlə danışıqlar və sair bütün bu proseslər nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Oan görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərinin cavabdehlər Hilal Aqro MMC-yə, X14, X27rşı pul tələbi təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə pul tutulmuş, o cümlədən iddiaçı Cavabdeh xeyrinə ******* manat pul tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Hilal Aqro MMC və X32 verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mülki işə ilk dəfə kassasiya icraatı qaydasında baxan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Hilal Aqro MMC və X30 müştərək qaydada Q.K. Məmmədovun və digərlərinin xeyrinə pul tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. İşə ikinci dəfə baxan Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Q.K. Məmmədovun və digərlərinin şikayətləri qismən təmin edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Hilal Aqro MMC və X38 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdehlər Hilal Aqro MMC və X27rşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının sonuncu xx.xx.2021-ci il tarixli qərarı ilə X32 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi X35 aid hissədə ləğv edilmiş, həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış və cavabdeh Hilal Aqro MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, cavabdeh Hilal Aqro MMC-dən iddiaçı Cavabdeh xeyrinə ******* manat pul tutulması ilə bağlı hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi üçün icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Lakin iş üzrə cavabdeh Hilal Aqro MMC-nin direktoru X36 Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli qərarının Konstitusiyaya və digər normativ hüquqi aktlara uyğun olmadığını iddia edərək həmin qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Hilal Aqro MMC-nin direktoru Karaku Bülentin həmin şikayəti ətraflı araşdırılması üçün Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Konstitusiya Məhkəməsi Plenumunun icraatına götürülmüşdür. İş Konstitusiya Məhkəməsinin Plenumunda ətraflı və obyektiv araşdırılmış və nəticədə Plenum tərəfindən xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, Hilal Aqro MMC-nin direktoru Karaku Bülentin şikayəti üzrə məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması və hər hansı hüquqi nəticəyə gəlinməsi Plenumun səlahiyyətləri xaricində olması və bu səbəbdən də şikayət üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Beləliklə, qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh Hilal Aqro MMC-yə qarşı tələbləri əsaslıdır. Bundan sonra həmin məhkəmə qətnaməsi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Yəni iddiaçının ərizədə qeyd etdiklərinin tam əksinə olaraq, Cavabdeh qaldırdığı iddia tələbləri tam əsaslı olmuş və təmin olunmuşdur. İddiaçı X28rşı iddia tələbinin təmin edilməməsinin səbəbi onun Hilal Aqro MMC-nin təsisçisi olması, cəmiyyətin öhdəliklərinə görə təsisçinin mülki məsuliyyət daşımaması barədə qanunvericiliyin göstərişi olmuşdur. Lakin bununla belə, qaldırılan iddialar nəticəsində X37 heç bir zərər vurulmamış, maddi və mənəvi zərərə məruz qalmamış, ona qarşı Cavabdeh qanunsuz hərəkət etməsi barədə heç bir məhkəmə aktı qəbul edilməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək hər bir fiziki və hüquqi şəxsin hüququdur. Cavabdeh bu hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş, Cem Selçuqun təsisçisi olduğu cəmiyyətin Cavabdeh borclu olduğunu sübut etmiş, pozulmuş hüquqlarını bərpa etmişdir. Həmin məhkəmə mübahisələri zamanı bir çox hallarda Cem Selçuqun da mülki məsuliyyət daşımasına dair məhkəmə aktları qəbul edilmiş, sonda Ali Məhkəmə Cem Selçuqun təsisçi kimi cavabdeh hesab etməmişdir. Cem Selcuq bunu əsas tutaraq hesab edir ki, Cavabdeh iddiaları nəticəsində onun təsis etdiyi Hilal Aqro MMC-nin fəaliyyəti dayanmış və ona zərər vurulmuşdur. X33 MMC-yə qarşı iddia tələbi əsaslı olduğundan bu tələblərin təmin edilməsi nəticəsində Hilal Aqro MMC-nin fəaliyyətində yaranan problemlərə görə Cavabdeh məsuliyyət daşıya bilməz. Çünki Cavabdeh qanuni tələbləri təmin edilmişdir. Bundan əlavə, iddiaçı X39 cavabdehə qarşı irəli sürdüyü tələbləri sübut etməmişdir. MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu sübut edə bilməmişdir. Odur ki, hazırkı iddia tələbləri tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Ona görə də iddiaçı X31 Cavabdeh qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçıla Cavabdeh arasında iş üzrə biznes münasibətləri olmuşdur. Bu işgüzar münasibətlərdə İddiaçı həm öz adından, həmdə təsisçisi olduğu Hilal Agro MMC-nin adından Cavabdeh ilə münasibətlərə girmişdir. Cavabdeh da İddiaçı həm Hilal Agro MMC-nin rəhbəri kimi, həm də bir vətəndaş kimi şəxsən tanıyır və aralarında həm Hilal Agro MMC vasitəsilə hüquqi şəxs kimi, həm də birbaşa iddiaçının özü vasitəsilə maddi xarakterli münasibətlər yaranmışdır. Bu münasibətlər zəminində həm həm Hilal Agro MMC, həm də, İddiaçı Cavabdeh borclu qalır, onun qarşısında mülki öhdəliyi yaranır. Belə olan halda Cavabdeh öz pozulmuş hüquqlarının müdafiəsi üçün əvvəlcə İddiaçı özünə müraciət edir. Bundan sonra Cavabdeh başqa iddiaçılarla birlikdə həm İddiaçı və həm də onun təsisçisi və rəhbəri olduğu Hilal Agro MMC-yə qarşı məhkəməyə müraciət etmişlər. Cavabdeh hər hansı hüquqazidd, qanunsuz əməli yoxdur. Cavabdeh öz konstitusion hüququndan istifadə edərək, məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasından görünür ki, o, əsaslandırmağa çalışır ki, ona və Hilal Agro MMC-yə qarşı iddia olsa da, İddiaçı qarşı iddia rədd olunmuşdur. Belə olan halda, iddiaçı hesab etmişdir ki, ona qarşı iddia rədd olunubsa, o əsassız olaraq məhkəmələrdə iştirak etmiş və ona ziyan dəymişdir. Yasamal Rayon Məhkəməsi həmin tələb üzrə işə baxaraq, iddia tələbinin həm İddiaçı, Hilal Agro MMC-yə və həm də X14 qarşı tələbləri təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh həm İddiaçı qarşı, həm də Hilal Agro MMC-yə qarşı iddia irəli sürməkdə haqlıdır və hər ikisindən də müştərək qaydada Cavabdeh xeyrinə 1.150.942 manat pul vəsaiti tutmuşdur. Ondan sonrakı məhkəmə instansiyalarında bu məsələ ilə bağlı fikir ayrılıqları olmuşdur. Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsini Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə başqa əsasla ləğv edib geri qaytarmışdır. Ali Məhkəmə Cem X24 Agro MMC-nin təsisçi olduğu üçün müəssisə öz əmlakı ilə cavabdehdir prinsipi ilə çıxış edərək, Cavabdeh Hilal Agro MMC-yə qarşı iddia tələbini təmin etmişdir. Yəni nəticə etibarilə Cavabdeh məhkəmədə özünün haqlı olduğunu sübut edir və məhkəmə də onun haqlı olduğunu müəyyən edir və ödənilməli olan məbləğ də məhkəmə qyadasında onun xeyrinə tutulur. İddiaçı ona qarşı olan iddiaların əsassız olmasını hesab etsə də, bu belə deyildir. Cavabdeh İddiaçı qarşı pul tələbi məhkəmə qaydasında aydınlaşdırılmalı tələbdir. Cavabdeh İddiaçı qarşı bilə-bilə, qəsdən əsassız iddia verməmişdir. Bilə-bilə, qəsdən və əsassız iddia odur ki, iddiaçı özü də bilir ki, onun cavabdehi o deyil, yaxud ona cavabdeh tərəfindən zərər vurulmayıbdır. İddiaçı bu işdən tam kənarda qalması, tam əlahiddə bir insan olması və bu işə aidiyyatının olmaması barədə məhkəmədə aydın fikir yox idi. Araşdırılaraq hüquq məsələ kimi ortaya qoyulmuşdur ki, İddiaçı cavabdeh deyildir. Cavabdeh İddiaçı ilə birbaşa, şəxsən işgüzar münasibətə girməsəydi, birgə şərikliyin detallarını müzakirə etməsəydi, bütün bunlardan sonra bilə-bilə İddiaçı qarşı iddia qaldırsaydı, o halda iddialar əsassız iddia olardı. İşin faktiki halları, qətnamə ilə müəyyən edilən hallar əsas verir ki, iddialar əsassız deyildir. Hətta axtarış qərarın özündə istintaq orqanında araşdırma gedir ki, İddiaçı Cavabdeh və digər şəxslərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinir. Cavabdeh İddiaçı ilə şəxsi biznes münasibətinə girib, onu şəxsən tanıyır və ona pul verir, onu özü üçün borclu bilir. Cavabdeh özünün zərərinə görə İddiaçı mülki məsul şəxs kimi bilir. Bununla da onu demək istəyirik ki, Cavabdeh Hilal Agro MMC-yə və İddiaçı qarşı iddia qaldırmaqda onu özünə dəyən zərərə görə o şəxsləri məsul tutmaq, məsul görməkdə və cavab verməli olan şəxs görməkdə yanılmır və qərəzi də yoxdur. Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. O hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Cavabdeh Hilal Agro MMC-yə və İddiaçı qarşı heç bir qanunsuz hərəkət etməmişdir, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. O tədbirlərin də həyata keçirilməsi yol verilən hərəkətlərdir. Bu Cavabdeh xüsusi qərəzli münasibəti ilə baş verən hərəkətlər deyildir. Cavabdehin hər hansı təqsirli hərəkəti yoxdur, sadəcə olaraq Cavabdeh öz hüququndan istifadə etmişdir. Bu istifadə də bəhrəsini vermiş, pozulmuş hüquqları məhkəmədə bərpa edilmişdir. Bu gün Cavabdeh öz hüquqlarını bərpa etdirmiş şəxs kimi burda tərəfdir. Hilal Agro MMC-nin borcunu İddiaçı ödəmişdir. Deməli İddiaçı X40 MMC-ni özününki bilib, onun rəhbəri kimi davranmışdır. Yəni ki, “Hilal Agro mənimdir, borcu da mənimdir”. İddiaçının tələblərindən biri banka borcdur. İddiaçı X2 deyil, Hilal Agro MMC-nin borcunu ödəmişdir. İddiaçı hesab edirsə ki, Hilal Agro MMC-nin borcunu ödəməklə zərərə düşmüşdür. Belə olan halda iddiaçı Hilal Agro MMC-dən pulunu tələb etməlidir. Hilal Agro MMC-nin borcu Cavabdeh qanunsuz hərəkətləri nəticəsində yaranmamışdır. İddiaçı qarşı iddia qaldırılması, onun da məhkəmədə iştirak etməsi hüquq pozuntusu deyildir. Tələb olunan mənəvi ziyanla bağlı qeyd edir ki, məhkəməyə müraciət edilməsi mənəvi ziyanın yaranması üçün əsas deyildir. İddiaçı məhkəmədə iştirak etməyə də bilərdi. Məhkəmədə olmaq günahkar olmaq demək deyildir. Hətta məhkəmə müqəddəs məbəddir, burada həqiqət araşdırılır. Əks halda onlar da iddiaçını məhkəməyə verə bilərlər. Əldən çıxmış 7.000.000 manat fayda ilə bağlı qeyd edir ki, bir dəfə də olsun Hilal Agro MMC-nin təsərrüfat fəaliyyətinə cavabdeh tərəfindən müdaxilə olunmamışdır. Ümumiyyətlə hüquqi şəxsə qarşı iddia qaldıraraq nə onun özünə, nə onun təsisçilərinə və nə də onun fəaliyyətinə müdaxilə demək deyildir. İddiaçının Hilal Agro MMC-nin əldə çıxmış 7.000.000 manat faydadan məhrum olunması ilə bağlı dedikləri əsassızdır. X41 MMC-nin təsərrüfat fəaliyyəti məhkəmə araşdırılması zamanı dayandırılmamış, İddiaçı da Hilal Agro MMC-nin rəhbəri olmaq qadağası olunmamışdır. Bu mənada əldə çıxmış fayda tələbi bu iş üzrə tam absurddur. Ona görə də iddia ərizəinin əsassız olması səbəbi ilə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib, iddia tələblərinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 57. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Maddə 60. İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1636/2017 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Hilal Aqro MMC-dən, X9 və Ersoy İddiaçı müştərək qaydada X15 xeyrinə 247.000 manatın, Cavabdeh xeyrinə 1.150.942 manatın, X3 xeyrinə 552.000 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), Uzunquşlaq Mustafanın xeyrinə 490.000 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), X1 xeyrinə 470.000 manatın və X6 xeyrinə 31.850 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5681/2018 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Hilal Agro MMC və Ersoy İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni apellyasia şikayətləri vermiş cavabdehlərə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-492/2019 saylı qərarından müəyyən olunur ki, Hilal Agro MMC-nin kassasiya şikayəti qismən, Ersoy İddiaçı kassasiya şikayətinin tam təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5681/2018 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6068/2019 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni Hilal Agro MMCdən və Cem Ersoydan müştərək qaydada İsabala Əliyevin xeyrinə 247.000 manatın, Cavabdeh xeyrinə 1.150.942 manatın, Teymur Quliyevin xeyrinə 552.000 ABŞ dollarının, Mustafa Uzunquşlağın xeyrinə 490.000 ABŞ dollarının, Ələsgər Məmmədovun xeyrinə 470.000 manatın, Arif Cabbarovun xeyrinə 31.850 manatın tutulması hissələrində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin olunmaması, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarınıntərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7496/2019 saylı qərarından müəyyən olunur ki, iddiaçılar X21, X7, Uzunquşlaq Mustafa, X4, X11 tərəfindən birgə və Cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli, 2(103)-6068/19 saylı qətnaməsinin ləğv olunması və işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1578/2020 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Hilal Aqro MMC və X38 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-1636/2017 saylı xx.xx.2017-ci il qətnaməsi mübahisələndirilən iddianın cavabdehlər Hilal Agro MMC və Ersoy İddiaçı qarşı təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlandığı qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-70/2021 saylı qərarından müəyyən olunur ki, Ersoy İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2020-ci il tarixli, 2(103)-1578/2020 saylı qətnaməsinin Ersoy İddiaçı aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-246/2022 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh X38 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-1636/2017 saylı xx.xx.2017-ci il qətnaməsi hazırki apaellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın cavabdeh Ersoy İddiaçı aid təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə iddanın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-89/2023 qərardadından müəyyən olunur ki, təqdimat qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1636/2017 saylıicra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Hilal Agro MMC-nin mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 8.6761 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,80 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 3.07 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 2,40 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,40 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 10 ha torpaq sahəsinin, Abşeron rayonu Məmmədli kəndində yerləşən 5 ha torpaq sahəsinin və Abşeron rayonu Məmmədli kəndində yerləşən 1,9226 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. LPO QSC Bank Standard KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hilal Agro MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, LPOQSC Bank Standard KB ilə Hilal Agro MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3077/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3166/14 saylı kredit müqavilələrinə əsasən ümumilikdə 4 000 000 manat kredit verilmiş, kredit müqavilələrinin təminatı kimi Hilal Agro MMC-yə məxsus əmlaklar ipoteka ilə yüklü edimişdir. xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-213/2016 saylı məhkəmə qətnamsə üzrə öhdəlik yerinə yetirilmiş və hazırda Hilal Agro MMC-nin qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Hilal Agro MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin razılaşmanın surətindən müəyyən olunur ki, təsisçilər Hilal Agro MMC-də olan paylarını, o cümlədən MMC-nin adına olan və ya adında olmayıb faktiki istifadəsində olan daşınar və daşınmaz əmlakı ən qısa zamanda İddiaçı adına özgəninkiləşdirmək (o cümlədən istifadəsinə vermək), İddiaçı isə yuxarıda qeyd edilən payları, daşınar və daşınmaz əmlakı öz üzərinə almaq (o cümlədən istifadəsinə götümək) barədə razılığa gəlmişlər. X12 nümayəndəsi Olqun Altun tərəfindən imazlanan xx.xx.2015-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 7E-24782 reyestr nömrəli etibarnaməyə və **********782 nömrəli sənədə əsasən, X16 adından çıxış edərək Hilal Arqo MMC-də 50% nisbətində olan Viləş Əhmədova məxsus payları müqaviləyə əsasən, Cem Ersoya ötürmüş, Hilal Aqro MMC-nin Bank Standarda olan kredit borcundan başqa heç bir şəxsə, şirkətə hər hansı bir (pul, yem, heyvan və s.) borcu yoxdur. Payların ötürüldüyü tarixə qədər hər hansı bir səbəblə ortaya çıxacaq borclar onlara aiddir. Bu tarixdən əvvəl yaranacaq borca görə İddiaçı heç bir məsuliyyət daşımır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(008)-662/2020 saylı qərarından müəyyən olunur ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2. və 213.2-ci maddələri ilə təqsirləndirilən şəxs Ersoy İddiaçı barəsində 15 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Ersoy İddiaçı tutulduğu andan hesablanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-641/2020 saylı hökmündən müəyyən olunur ki, X19 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, İddiaçı Cavabdeh Hilal Agro MMC-nin borcuna görə ödədiyi pul vəsaiti, cavabdehin və digər şəxslərin iddia tələbləri üzrə ona göstərilən hüquqi xidmətə görə çəkdiyi xərclər daxil olmaqla vurulmuş maddi zərərə görə 4.000.000 manat, Cavabdeh və digər şəxslərin mülki qaydada ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikləri üçün uzun müddət davam edən məhkəmə araşdırmasına və cavabdehin şikayəti əsasında barəsində cinayət təqibi başlanmasına görə ona vurulan mənəvi zərərə görə 3.000.000 manat, Hilal Agro MMC-nin fəaliyyət göstərməməsi nəticəsində əldən çıxmış faydaya görə 7.000.000 manat, ödədiyi dövlət rüsumuna görə 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutulmasına dair məhkəmə aktının qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı təsisçisi olduğu Hilal Agro MMC-nin icra edilmiş öhdəliyinə görə cavabdehdən maddi zərər olaraq pul tələb etsə də, cavabdehin Hilal Agro MMC-nin öhdəliyinin icrasına təminat verməsinə, bu öhdəliyə görə cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehin məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etməsi nəticəsində ona maddi zərər vurulmasını iddia etsə də, bu halı da təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işə baxan məhkəmələr tərəfindən iş üzrə çəkilən məhkəmə xərclərinin kimə aid olması məsələsinə də qiymət verilmişir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdehdən mənəvi zərərə görə 3.000.000 manat tələb edən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məhkəməyə və bütün dövlət orqanlarına müraciət etmək hüququndan istifadə edən cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi mənəvi sarsıntının və iztirabların nədə ifadə olunmasına, işgüzar nüfuzuna ziyan vurulmasına, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, iddiaçının nümayəndəsi isə izahatında belə sübutların olmadığını bildirmişdir. Məhkəmə iddiaçının əldən çıxan faydaya görə 7.000.000 manat tələbi ilə bağlı qeyd edir ki, əldən çıxan fayda ilə bağlı hər hansı bir sübutunun olmadığını məhkəmə iclasında bildirən iddiaçının nümayəndəsi Hilal Agro MMC-yə vurulması ehtimal edilən zərəri və ya əldən çıxan faydanı iddiaçının öz xeyrinə tələb etməsinin səbəbini məhkəməyə izah edə bilməmişdir. Bundan əlavə qanuni qüvvəsini alan məhkəmə aktının icrasının təmin edilməsi üçün borclunun əmlakının üzərinə həbs qoyulması icra sənədi üzrə borclu olan hüquqi şəxsə, onun təsisçisinə zərər vurulması kimi qiymətləndirilə, təsisçi hüquqi şəxsə vurulan ziyanı öz xeyrinə tələb edə bilməz. Belə ki, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək və həyata keçirmək hüququ olan hüquqi şəxs öz öhdəliklərinə görə də vəzifələr daşımalıdır. Məhkəmənin qəbul etdiyi qərarlar isə dövlətin adından çıxarılmaqla onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması halı isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehdən tələb etdiyi maddi, mənəvi zərərin, əldən çıxan faydanın əvəzinin ödənilməsini tələb etmək hüququnun olmasını, bu hüququn pozulmasını, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərər vurulmasını, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olmasını sübuta yetirə bilmədiyindən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, zərər vurulan şəxsin vurulmuş zərərin əvəzini tələb etmək hüququ olduğundan iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün iddiaçının öədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı maddi zərərə görə 4.000.000 manat, mənəvi zərərə görə 3.000.000 manat, əldən çıxmış faydaya görə 7.000.000 manat, dövlət rüsumuna görə 7.790 manat olmaqla cəmi 14.007.790 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-768/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-768/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver