Məhkəmə qərarları › İş №2(001)-7717/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7717/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7717/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh MMC-yə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 21 dekabr 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının eyni məzmunlu tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(001)-4590/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, lakin həmin qərardadda qeyd olunan iradlar tam aradan qaldırılmadan yenidən iddia təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbinin bir hissəsini iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi təşkil etsə də, ərizədə müqavilənin tarixi, nömrəsi göstərilməmiş, müqavilə yenə də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddiaçının hansı müqavilənin etibarsız hesab edilməsini tələb etməsini müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(001)-4590/2022 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən 28 iyun 2022-ci il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi 9********) büdcədən İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı hazırki iddia ərizəsinə yenidən həmin, ********* nömrəli, xx.xx.2022-ci il tarixli qəbzi əlavə etdiyindən, hesab edirəm ki, hazırki iddia ərizəsi üzrə dövlət rüsumu ödənilməmiş kimi qəbul edilməlidir. Bu isə, iddia ərizəsinin qaytarılması üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulan əsaslardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar