Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7720/2023 15.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ona verdiyi 10000 manat pulun alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hər iki İddiaçı1 və İddiaçı2 yaxın dost olmaqla hər ikisi Birinci Qarabağ müharibəsi veteranı və əlili olmaqla rəsmi qeydiyyatdadırlar. O, İddiaçı2 Salyan rayonu "Qarabağ əlillərinə X1 sədri və İddiaçı1 isə həmin birliyin sədr müavinidir. 2021-ci ildə İddiaçı1 verilən müddətli pensiyanın verilməsi dayandırıldığından bu vəziyyətin araşdırılması və pensiyanın bərpa olunması məqsədilə yollar axtarmağa başlamışlar. Bu işdə köməkliyin göstərilməsindən ötəri Bakı şəhəri Binəqədi rayonu "Qarabağ əlilərinə Yardım İctimai birliyinin" sədr müavini vəzifəsində işləyən Cavabdeh müraciət etmişlər.Fikrət razılaşmış və bu işi həll edəcəyinə söz verdiyindən, bu məqsədlə onlardam 5.000 man pul istədi. Sonradan isə əlavə iş düzəltmək adı ilə əlavə olaraq 6.000 man pul istədi. Həmin pulun 5.000 manatını o İddiaçı1 adından, 5.000 manatını isə İddiaçı2 adından Fikrətin bizə verdiyi kart nəmrəsinə göndərmişlər. Qalan 1.000 man pulu isə nağd qaydada ona vermişlər. Fikrət onları aldadaraq verdiyi sözlərə əməl etmədiyindən və nə pensiyanı, nə də işi düzəltmədiyindən biz pulu ondan geri tələb etdikdə bildirdi ki, ona göndərdikləri 10.000 manat pulu onunla birlikdə işləyən Zülfiyyə xanıma vermişdir. Nağd qaydada verdikləri 1.000 manat pulu isə onlara qaytarmışdır. Beləliklə də Fikrət onlardan bank kartı ilə aldığı 10.000 manat pulu geriyə qaytarmadığından Bakı şəhəri Nəsimi rayon Pİ-nə rəsmi ərizə ilə, bundan sonra isə DTX- 1 şikayət etmişlər. Bakı şəhəri Nəsimi rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tağıyev Zaur tərəfindən iş icraata qəbul edilərək istintaq aparıldı və nəticəsi barədə 22 yanvar 2023-cü ildə "cinayət işinin başlanmasının rədd edilməsi barədə" Qərar çıxarılmışdır.Qərarın surəti 2023-cüilin iyul ayında Bakı şəhərinə gedərək İB-dən qəbul etmişlər. Çıxarılmış qərarda qeyd edilmişdir ki, həmin iş mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəmədə iddia qaldırılmalıdır.. Cavabdeh Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşamasını eşitdiyimizdən iddia ərizəsini MPM-nin 35-ci maddəsinə əsasən həmin iddianı Abşeron rayon məhkəməsinə göndərmişlər. Lakin Abşeron Rayon Məhkəməsi xx.xx.2023-cü ildə Qərardad çıxararaq sənədləri qaytarmaqla bildirildi ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonunda qeydiyyatdadır. Bu səbəbdən də iddia Binəqədi Rayon Məhkəməsində qaldırılmalıdır. Eləcə də qərardadda göstərilmişdir ki, tərəflərindən dövlət rüsumu ödənilməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən müharibə veteranı olduqlarından Dövlət rüsumu ödəməkdən azaddırlar. Faktla bağlı aparılmış araşdırma materialları hazırda Bakı şəhəri Nəsimi raon Pİ- dədir və hazırda cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.2-ci maddəsinə əsasən birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasəm iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı münahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Hazırda iddia ərizəsindən görünür ki, iddiaçılar ayrı-ayrılıqda cavabdehə 5000 manat olmaqla, ümumilikdə 10000 manat pul verdiklərini bildirməklə, həmin vəsaitin cavabdehdən tutulmasını xahiş edirlər. Lakin iddia ərizəsinin məzmununa baxıldıqda məhkəmədən tələbləri konkret və aydın deyil. Belə ki, iddiaçılar onların xeyrinə ümumilikdə 10000 manat pulun tutulmasını xahiş edirlər. Halbuki birgə iddiaçılardan hər biri cavabdeh tərəfə münasibətdə müstəqil çıxış edirlər. Odur ki, cavabdehdən tutulması tələb olunan vəsaitin kimin xeyrinə və hansı həcmdə tələb edildiyi qeyri-müəyyən olduğuna görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. İddia ərizəsinin məhkəmə icraatını mümkünsüz edən digər hal isə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların iddia ərizəsində göstərilməməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçıların iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.
Məhkəmə qərarları › İş №2(001)-7720/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7720/2023
15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver