Məhkəmə qərarları › İş №2(001)-774/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-774/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-774/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh1 Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 Cavabdeh3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1, Bakı şəhəri 20 saylı notariat ofisinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 20 saylı notariat ofisinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə və sair tələbə dair iddia ərizəsi etmişlər. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, bundan sonra “Birinci tərəf” adlandırılacaq İddiaçı1 və İddiaçı2, bundan sonra “İkinci tərəf” adlandırılacaq Cavabdeh1 bu sazişi aşağıdakı şərtlərlə bağladılar: Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir və həmin normalara uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində həmin iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. Tərəflər razılığa gəlir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş **********13-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən miras əmlak olan mənzilə dair qanun üzrə vərəsələrin, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh1 bərabər, yəni hər birinin 1/3 hissədə payı müəyyən edilir. Tərəflər razılığa gəlir ki, Bu saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş **********13- 05101-093019 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən mənzilə dair Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş, reyestrdə 2V-77 nömrə ilə qeyd edilmiş 24.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə ikinci tərəf həmin şəhadətnamə ilə ona verilmiş hüquqlardan imtina edir və gələcəkdə həmin şəhadətnamə ilə bağlı hər hansı tələb irəli sürməyəcəyini, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı müraciət etməyəcəyini, edilmiş müraciətdən imtina edəcəyini öhdəsinə götürür. Birinci tərəf hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə ikinci tərəfə qarşı hazırkı iddianın predmeti olmuş miras əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür. Tərəflər razılığa gəlir ki, bu saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra məhkəmənin müvafiq qərardadı tərəflərin, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh1 bərabər, yəni hər birinin 1/3 hissədə payına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyatın aparılması və həmin qeydiyyat əsasında çıxarışın verilməsi üçün əsasdır. Tərəflər 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş miras əmlaklara dair gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxələr barışıq sazişinin təsdiq edilməsi üçün müvafiq məhkəməyə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunur. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin onlara aydın olmasını bildirmişlər. Məhkəmə iclasında Cavabdeh1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin onlara aydın olmasını bildirmişlər. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 20 saylı notariat ofisinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə və sair tələbə dair 2(001)-774/2022 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Barışıq sazişinin şərtləri: Bundan sonra “Birinci tərəf” adlandırılacaq İddiaçı1 və İddiaçı2, “İkinci tərəf” adlandırılacaq Cavabdeh1 bu sazişi aşağıdakı şərtlərlə bağladılar: 1.1.Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir və həmin normalara uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində həmin iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. 1.2.Tərəflər razılığa gəlir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş **********13-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən miras əmlak olan mənzilə dair qanun üzrə vərəsələrin, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh1 bərabər, yəni hər birinin 1/3 hissədə payı müəyyən edilir. 1.3.Tərəflər razılığa gəlir ki, bu saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş **********13-05101-093019 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən mənzilə dair Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş, reyestrdə 2V-77 nömrə ilə qeyd edilmiş 24.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə ikinci tərəf həmin şəhadətnamə ilə ona verilmiş hüquqlardan imtina edir və gələcəkdə həmin şəhadətnamə ilə bağlı hər hansı tələb irəli sürməyəcəyini, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı müraciət etməyəcəyini, edilmiş müraciətdən imtina edəcəyini öhdəsinə götürür. 1.4.Birinci tərəf hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə ikinci tərəfə qarşı hazırkı iddianın predmeti olmuş miras əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür. 1.5.Tərəflər razılığa gəlir ki, bu saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra məhkəmənin müvafiq qərardadı tərəflərin, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh1 bərabər, yəni hər birinin 1/3 hissədə payına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyatın aparılması və həmin qeydiyyat əsasında çıxarışın verilməsi üçün əsasdır. 1.6.Tərəflər 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş miras əmlaklara dair gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxələr barışıq sazişinin təsdiq edilməsi üçün müvafiq məhkəməyə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunur. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 2.Barışıq sazişinin hüquqi nəticələri: 2.1.Hazırkı qərardad miras qoyan X1 miras qalan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 2 saylı evin 45 saylı mənzilinə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin 1/3 hissədə olmaqla paylarına dair mülkiyyət hüquqlarının 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alnımaqla çıxarışın verilməsi üçün əsasdır. 2.2.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icraatın başlanılması üçün əsasdır. 2.3.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. 2.4.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 20 saylı notariat ofisinə və Cavabdeh3 qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş **********13-05101- 093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən mənzilə dair Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş, reyestrdə 2V-77 nömrə ilə qeyd edilmiş, 24.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində ünvan 1 ünvanda yerləşən mənzilə dair Cavabdeh1 adına reyestrdəki aparılmış qeydlərin ləğv edilməsinə, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş 28.02.2020-ci il tarixli AD740133 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 19.12.2020-ci ildə vəfat etmiş X2 mülkiyyətində olmuş ban nömrəsi JN1CFAN0098895, mühərrikin nömrəsi 403775 və buraxılış ili 2006-ci il olan Nissan Sunny minik markalı **- RN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş reyestrdə 2V-78 nömrə ilə qeyd edilmiş 24.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin avtonəqliyyat vasitəsinə dair Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən Cavabdeh1 adına verilmiş qeydiyyat şəhadətnaməsin ləğv edilməsinə, Cavabdeh1 ilə Cavabdeh3 Mədət oğlu arasında nəqliyyat vasitəsinə dair 29.11.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh3 Mədət oğlunun adına verilmiş 29.11.2021-ci il tarixli BB172196 saylı qeydiyyat şəhadətnaməsininetibarsız hesab edilməsinə, mənzilə və avtonəqliyyat vasitəsinə dair vərəsələrin 1/3 hissədə payının müəyyən edilməsinə, paylara müvafiq olaraq vərəsələrə yeni qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair 2(001)-774/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar