Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-776/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 25000 manat məbləğində borc pul vermişdir. Belə ki, cavabdeh X1 özünü "xxxx" MMC-ni tənzimləmə və araşdırma idarəsinin baş mütəxəssisi kimi təqdim etmiş, şirkətə daxil olun qəzalı vəziyyətdə olan avtomobilərin təmirində iddiaçı ilə bir işləyəcəyini bildirmiş, aldığı borc pulu iddiaçıya hissəhissə ödəyəciyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaq cavabdeh pulu iddiaçıya geri qaytarmamışdır. Daha sonra cavabdehin qardaşı iddiaçıya zəng vuraraq Ramizin adına olan avtomobili gətirib ona verəcəyini və borcun bir hissəsini bağlayacağın demişdir. Lakin, daha sonra iddiaçıya zəng edərək başqa şəxslərə də borcunun olduğunu, buna görə borcu qaytarmaqdan imtina etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində aparılan araşdırma zamanı Cavabdeh iddiaçıdan borc pul aldığını etiraf etmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 25000 manat borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etdi və bildirdi ki, cavabdeh ona verilmiş borcun bir hissəsini artıq geri qaytarmış, cavabdehin iddiaçıya 15000 manat məbləğində borcu qalmış, halhazırda həmin pulun qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində İddiaçı müraciəti əsasında toplanmış HK/1-331 saylı material üzrə qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ ... Material üzrə izahatı alınmış Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, onun adına olan Mercedes Benz E-280 markalı, **-DX-*** d/n/n-lı avtomobili İddiaçı borcu olduğu üçün qardaşı X1 avtomobili ona qeyri rəsmi girov qoymuş, lakin Rövşən maşını qəbul etməmiş, pulunu tələb etmişdir. Bu səbəbdən də avtomobili sahibəsi X3 qaytarılması üçün Binəqədi RPl-də avtomobilin açarlarını qəbul etdi. Səhhəti ilə əlaqədar olraq izahatını davam edə bilmir. İddiaçı olan borcunu xx.xx.2020-ci il tarixədək qaytaracağına söz verir. Material üzrə izahatı alınmış X2 vermiş olduğu izahatında göstermişdir ki, xeyli müddətdir ki, Rövşən ilə dostluq edir. Təxminən iki il əvvəl öz maşınıyla qəza törətmişdir. Həmin vaxt o və dostu Rövşən Cavabdehla tanış olmuş, onda o, "xxxx" şirkətində sığorta hadisələrinin tənzimlənməsi idarəsinin sığorta hadisələrinin araşdırılması şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir. Tanış olduqdan sonra bir neçə dəfə görüşmüş, aralarında yaxşı münasibət yaranmışdır. Ramiz Rövşənə təklif etmişdir ki, xaricdən əzilmiş maşınların ehtiyat hissələrinin gətirilib satılması ile məşğul olsalar, yaxşı pul qazanarlar. Rövşən əvvəlcə onun təklifi ilə razı olmasa da, sonradan Ramiz çöx təkid etdiyindən Rövşən onunla razılaşmışdır. Ramiz bildirmişdir ki, hər ay 40-50 sığorta hadisəsi baş verir, həmin hadisələrdən 2-3-nü müdir ona verir. O da həmin maşınlar üçün ehtiyat hissələrini xaricdən gətizdirib təmir etdirir və pul qazanır. Adətən bahalı maşınlar götürür ki, çox pul qazansın. Ramiz Rövşəni inandırdıqdan sonra bu ilin yanvar ayının axırlarında Ramiz Rövşəngilin evinin yaxınlığında yerləşən kafeyə gəlmiş, orada Rövşən Ramizə 17000 manat pul vermişdir. Ondan sonra Rövşən ona 2000 manat pul vermiş, ondan sonra da 5000 manat pul vermişdir. Ramiz pulu aldıqdan sonra vəd etdiyi vaxt gəlib çatmış, yeni fevral ayının axırı olmuşdur. Ramiz söz vermişdir ki, 5000-6000 manat pul verəcəkdir. Fevral ayı qurtarmış, lakin Ramiz pul verməmiş, Rövşənin telefon zənglərinə cavab veməmiş, cavab verəndə isə yenə aldatmağa başlamışdır. Rövşən pulunu tələb edəndə hətta Ramiz onu hədələmişdir. Sonra isə Ramizin qardaşı gəlib bildirmişdir ki, onun başqalarına da borcu var, özünü öldürmək istəyir. X6 pulunu ala bilmədiyini görüb şikayət etmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh İddiaçı müəyyən razılaşma əsasında pul aldığı (*qərarda qeyd olunmuş şahid ifadəsinə görə cəmi 24000 manat), sonradan həmin puldan 9000 manatın qaytardığı və hal-hazırda cavabdehin iddiaçıya 15000 manat məbləğində borcunun qalması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləlilklə, məhkəmə iddiaçının məhkəmə iclaslarında dediklərini və iş materiallarında olan sənədlərdə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 15000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 15000 (on beş min) manat məbləğində pul və 165 (yüz altmış beş) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-776/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-776/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver