Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-784/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun qızının həyat yoldaşıdır. 2019-cu ilin noyabr ayında cavabdeh maddi vəziyyətinin pis olduğunu, ona təcili pul lazım olduğunu bildirərək 1 ay müddətinə qaytarmaq şərti ilə ondan 1000 manat borc pul istəmiş, o da 2019-cu ilin noyabr ayında Ruqiyyə adlı qonşusundan 1000 manat alaraq cavabdehə vermişdir. Cavabdeh həmin pulu göstərdiyi müddətdə qaytarmadığından, o, məcbur olub qonşusundan aldığı pulu qaytarmaq üçün hər ay pensiya kartından 200 manat çıxararaq qonşusuna vermiş, beləliklə 5 ay müddətində hər ay 200 manat olmaqla 1000 manat pulu kartdan çıxararaq qonşusuna qaytarmışdır. Bundan başqa cavabdeh 2020-ci ilin yanvar ayından iyul ayınadək müxtəlif vaxtlarda 250, 350, 500, 320, 150, 120, 200 manat olmaqla ümumilikdə 1890 manatı da ondan borc pul almış və hər dəfədə qısa müddət ərzində - ən çoxu 1 ayadək borcunu qaytaracağını bildirmişdir. O, cavabdehdən dəfələrlə borcunu qaytarmasını xahiş etsə də, cavabdeh aldığı borcu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda cavabdehin ona ümumilikdə 2890 manat borcu vardır. Ona görə də Cavabdeh borca görə 2890 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2920 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X5 iddia ərizəsini müdafiə edərək İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan T.Cavabdeh ilə Cavabdeh arasında ***- ***-**-** nömrəli telefonla aparılan vatsap yazışmalarda aşağıdakı ifadələr yazılmışdır: “gətirib pulu vermirsən 1000 verib sonra, 150 manat, 250 mananat, 100 mananat, 50 manat qışda hələ 400 manat, hələ xırda xırda 60, 70, 50, 20 nə qədər vermişəm hamısı 2000 manat edir. Pulu nə vaxt qaytarırsan. Gətirib verəcəm az qalıb. Uzağı gələn ay. Mama deyir gəlsin natariusa orda yazılı həll edək. Nəyi həll edək. Pulu sənəd üstündə. Pul billdim. Sənəd nə uçündür? Təsdiqlənir ki, sən həqiqətən bu pulu almısan. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, onun əri Cavabdeh onun anası İddiaçı qısa müddətə qaytarmaq şərti ilə hissə-hissə olmaqla cəmi 2890 manat borc almış, həmin vəsaiti ailəsinin ehtiyaclarına xərcləməmiş, vəd etdiyi müddətdə aldığı pulu geri qaytarmamışdır. Artıq 3 aydır onların alinə nikah münasibətləri pozulmuş, ayrı yaşayırlar. O, Cavabdehla vatsap yazışması apararaq anası İddiaçı aldığı borcu qaytarmasını, notariusa gedərək borc alması barədə anasına sənəd verməsini təklif etmiş, Cavabdeh isə aldığı pulu 2020-ci ilin oktyabr ayında qaytarcağını desə də, qaytarmamışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qızı T.Cavabdehnın əri Cavabdeh onun həyat yoldaşı olan İddiaçı 2019-cu ildən etibarən hissə-hissə olmaqla cəmi 2890 manat borc almış, lakin geri qaytarmamışdır. Verdiyi borcun 1000 manatını İddiaçı qonşuları Ruqiyyədən almış, Cavabdeh aldığı pulu qaytarmadığı üçün İddiaçı qonşu Ruqiyyədən aldığı borcu özü qaytarmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 7 ildir qonşudur. 2019-cu ildə İddiaçı ondan kürəkəni Cavabdeh üçün 1000 manat borc istəmiş, o, da daha həmin pulu qonşusuna vermişdir. Sonra İddiaçı 5 ay müddətinə hər ay 200 manat olmaqla aldığı borcu ona qaytarmışdır. Cavabdeh ona heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə 2890 manat borc verməsini bildirsə də məhkəmə araşdırması zamanı tədqiq olunmuş cavabdehin vatsap yazışmalarından müəyyən olunur ki, Cavabdeh İddiaçı olan borcun məbləği 2150 manat təşkil edir. Ona görə də məhkəmə iddiaçının tələbini 2150 manat hissəsində əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 2150 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2180 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-784/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-784/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver