Məhkəmə qərarları › İş №2(001)-786/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-786/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-786/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “ödənilmiş cərimənin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsina qarşı “ödənilmiş cərimənin geri qaytarılması” tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibat xəta haqqında iş üzrə tərtib edilən protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərara görə əmələ gəlmiş və məhkəmə Qərarı ilə xitam verilmiş inzibati məhsuliyyət səbəbindən avtomobilini texniki baxışdan keçirməyə görə məcbur qalıb ödədiyi 90 (doxsan) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsini X1 İdarəsinin Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixində İXP ******* №li inzibati protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60,61-ci maddələrini rəhbər tutaraq xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsini X1 İdarəsinin Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixində İXP ******* №li inzibati xəta haqqında iş üzrə tərtib edilmiş protokolu, onun əsasında qəbul edilmiş TP5135169 nömrəli qərarı və bu qərardan əmələ gəlmiş 60 manat (4 bal) məbləğində inzibati məhsuliyyətin ləğv edilməsi ilə bağlı şikayət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən şikayətə baxılmış və № 3(006)-2485/2022 saylı iş üzrə xx.xx.2022ci il tarixində şikayətin təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Bu səbəbdən də qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən vurulmuş maddi ziyanının tutulması tələbinə dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hökumət ödəniş portalı vasitəsilə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2022ci il tarixdə İddiaçı tərəfindən İXP4760517 nömrəli protokol üçün 90 (doxsan) manat ödəniş edilmişdir. - Elektron talondan görünür ki, İddiaçı məxsus 2015-ci il buraxılışlı “Ford Escape” minik markalı **-CJ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə (xx.xx.2024-cü il tarixədək) texniki baxışdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya qaydasında şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, müddətin bərpa olunmasına dair vəsatət təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 3(006)-2485/2022 saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. - 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: -1- ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. - 4-cü maddəsinin 3-cü bəndinə əsasən, vurulmuş ziyanın ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. - 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ödənilən ziyan dedikdə ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə nəzərdə tutulur. - 6-cı maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən iddiaçı tərəfindən əsassız ödənilmiş 90 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən 90 (doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar