Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7890/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 90.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq alınıb ona verilməsinə, cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində maddi zərərin və mənəvi zərərə görə cavabdehlərdən 30.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin avqust-sentyabr aylarında ona məxsus 90.000 ABŞ dolları və atası Mahir Qasımovun tanışı Cavabdeh1 məxsus 140.000 ABŞ dolları, cəmi 230.000 ABŞ dolları məbləğində pulu əvvəllər “Paşa Bank”da işləmiş Cavabdeh3 həmin bankda keçirilən yığım-yaşam kompaniyasına qoyub gəlir əldə etmək üçün Səbail rayonunun ərazisində və “Megafun” əyləncə mərkəzində hissə-hissə olmaqla Cavabdeh3 vermişdir. Pulu həmin cavabdehə verəndə bütöv məbləğin Cavabdeh1 məxsus olduğu bildirilmişdir. Sonradan Cavabdeh1 pul lazım olduğundan Cavabdeh3 50.000 ABŞ dolları geri alınaraq Cavabdeh1 verilmişdir. Həmçinin, 54.000 ABŞ dolları Cavabdeh1 onlara məlumat vermədən Cavabdeh3 güzəştə getmişdir, halbuki, onlar bununla razı olmamışlar və güzəştə getməmişlər. Lakin nəzərdə tutulan kampaniyalar keçirilmədiyi üçün Cavabdeh3 verilən pulların qaytarılması tələb edilmişdir. Yerdə qalan məbləğə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz aralarında borc müqaviləsi bağlamış və borc ödənildiyi üçün borc müqaviləsi ləğv edilmişdir. Həmçinin, Cavabdeh3 verilən pul ilə bağlı digər Cavabdeh1 və Cavabdeh2 arasında 130.000 ABŞ dollarına 25.09.2016-cı il tarixdə Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda borc müqaviləsi bağlanmış və 10.01.2017-ci il tarixdə borcun ödənilməsinə görə həmin müqavilə ləğv edilmişdir. Cavabdeh3 verilən 230.000 ABŞ dollarından əvvəl 50.000, sonra isə 130.000 ABŞ dolları Cavabdeh1 qaytarılmışdır. O, Cavabdeh3 bildirəndə ki, qeyd edilən məbləğin 90.000 ABŞ dolları ona məxsusdur, o, bildirmişdir ki, bütün pulların Cavabdeh1 məxsus olduğunu bilərək ona ödəmişdir və borcu yoxdur. Cavabdeh1 isə 90.000 ABŞ dollarının onlara məxsus olduğunu bildiyi halda ona qaytarmaqdan imtina etmişdir. Cavabdehlər öz aralarında sövdələşərək ona məxsus pulları ələ keçirmişlər. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh3 qardaşı olan digər Cavabdeh2 Cavabdeh1 ilə 25.09.2016-cı il tarixli müqaviləni bağlamaqla artıq pul öhdəliyini öz üzərinə götürmüşdür. 15.09.2015-ci il tarixdən ona məxsus olan pul istifadədədir və bu məbləğ ailə büdcəsinə xeyli miqdarda mənfəət gətirə bilərdi. Cavabdehlər sivil-qarşılıqlı anlaşma yolu ilə pulu qaytarmamış və tərəfindən Bakı Şəhər Prokurorluğuna şikayət verilmiş və araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişir. Lakin 2018-ci ildən keçən müddət ərzində cavabdehlər pulu qaytarmamışlar. Nəticədə onlar xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Hal-hazırda o, Cavabdeh1 90.000 ABŞ dolları və digər cavabdehlərdən müştərək qaydada 20.000 manat məbləğində maddi zərər tələb edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pulu vaxtında qaytarmadıqları üçün maddi ziyana məruz qalmışdır. 130.000 ABŞ dollarını 3 aydan bir az artıq müddətdə qaytarılması sübut edir ki, ya başqa banka qoymaqla və ya sair şəkildə cavabdehlər bu məbləğdən mənfəət əldə etmişlər. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri vardır. Mövcud mülki qanunvericiliyin tələblərinə görə maddi zərər dəyməsi barədə konkret dəlilsübut olmasa da, minimum hər hansı banka yerləşdirib bir neçə il ərzində xeyli maddi vəsait əldə edə bilərdi. Hal-hazırda mülki dövriyyədə pul əmlak hesab olunur və pulun əldən çıxması əmlakın əldən çıxması hesab olunur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Yuxarıda göstərilənlər və onlar Prokurorluqda verdiyi izahatlar sübut edir ki, 130.000 ABŞ dollarının 90.000 ABŞ dolları ona çatmalı idi və cavabdehlər birgə bu məsələni məhkəmədən kənar həll etməli idilər. Cavabdehlər onu pul vəsaitindən-əmlakından istifadə etməkdən məhrum etmişlər. Külli miqdarda vəsatinin əldən çıxması ilə bağlı çox ağır stress keçirmiş, sıxıntı çəkmiş, mənəvi zərərə məruz qalmışdır. Pul vəsaitinin vaxtında qaytarılmaması və cavabdehin təqsiri üzündən o, dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaratmış, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Mənəvi zərəri 30.000 manat məbləğində dəyərləndirir. Cavabdehlərin əməli nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinin mətnindən və cinayət işi üzrə tərəflərin izahatından da görünür ki, Cavabdeh1 bu iş üzrə heç bir şəxsdən pul almayıb və heç bir şəxsin qarşısında bu adamın borc öhdəliyi yaranmayıb. Əksinə, sözügedən iş üzrə maddi və mənəvi zərərə məruz qalan şəxs olmuşdur. İşin hallarından görünür ki, Cavabdeh1 2015-ci ilin avqust-sentyabr aylarında iddiaçının atası Qasımov Mahir müraciət edərək bildirmişdir ki, tanışı - əvvəllər “Paşa Bank”da işləmiş Cavabdeh3 həmin bankda keçirilən yığım-yaşam kampaniyasına qoyub gəlir əldə etmək məqsədi ilə Səbail rayon ərazisində və “Megafun” əyləncə mərkəzində Cavabdeh1 hissə-hissə 140.000 ABŞ dolları və Qasımov Mahir 90.000 ABŞ dolları, ümumilikdə isə 230.000 ABŞ dolları Cavabdeh1 adından Cavabdeh3 verilmişdir. Cavabdeh1 verilən pulla bağlı heç bir hərəkətin olmadığını və onda yaranan şübhələrə əsasən pulun bir hissəsinin ona lazım olduğunu əsas gətirərək qaytarılmasını xahiş etmişdir. Cavabdeh3 öz növbəsində pulun 50.000 ABŞ dollarını Ş.İmanova qaytarmışdır. Beləliklə, Cavabdeh3 Cavabdeh1 180.000 ABŞ dolları borcu qalmışdır. İddia ərizəsində iddiaçı bildirmişdir ki, 54.000 ABŞ dollarını Cavabdeh1 onlara məlumat vermədən Cavabdeh3 güzəşt edilmişdir. Lakin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda M.Qasımov izahatında bildirmişdir ki, 54.000 ABŞ dolları məbləğində pul onlara Cavabdeh3 tərəfindən hissə-hissə olmaqla əmanətdən gəlir kimi verilmişdir. Həmin məbləğ M.Qasımov tərəfindən götürülmüşdür. Göründüyü kimi, iddia ərizəsində yazılanla cinayət işində olan izahat ziddiyət təşkil edir və Cavabdeh1 hüquqlarını pozur. Eyni zamanda, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 25.09.2016-cı il tarixdə Cavabdeh1la Cavabdeh2 arasında 9 saylı notariat kontorunda 130.000 ABŞ dollarına borc müqaviləsi bağlanmış və 10.01.2017-ci il tarixdə borcun ödənilməsinə görə borc müqaviləsi ləğv edilmişdir. Qeyd etmək istəyir ki, 230.000 ABŞ dolları məbləğində pul Cavabdeh1 adından Cavabdeh3 verilmişdir. Həmin pulun 50.000 ABŞ dolları Cavabdeh1 qaytarıldığından yerdə qalan 180.000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 Cavabdeh1la müqavilə bağlayarkən həmin məbləğə yox, 130.000 ABŞ dolları məbləğində müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərini icra edə biləməyən Cavabdeh2 Cavabdeh1 tərəfindən irad bildirildiyində Cavabdeh2 həmin məbləği ödəyə bilməyəcəyini və birazda aşağı məbləğdə ödəniş edə bilməyi üçün ondan xahiş etmişdir. Cavabdeh1 ona bildirmişdir ki, həmin müqavilə üzrə 90.000 ABŞ dolları ona məxsusdur və digər 40.000 ABŞ dolları isə M.Qasımova məxsusdur. Cavabdeh2 Cavabdeh1 90.000 ABŞ dollarını verdikdən sonra Cavabdeh1 inandırmışdır ki, müqavilə üzrə borcun tam ödənilməsi barədə ərizə yazsın, M.Qasımova 40.000 ABŞ dollarını özü hissə-hissə qaytaracadır. Belə olan təqdirdə Cavabdeh1 notariat kontorunda borcun tam ödənilməsi barədə ərizə təqdim etmiş və notariat kontoru həmin ərizə üzrə müqaviləni ləğv etmiş və borc öhdəliklərinə xitam vermişdir. Hal-hazırda iddiaçı, X4 və Ş.İmanov arasında heç bir müqavilə olmamışdır. Eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili iddia müddətinin tədbiqi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında borc mübahisəsi 2015-ci ilin avqust-sentyabr aylarını əhatə edir və Cavabdeh1 ilə Cavabdeh2 arasında 25.09.2016-cı il tarixində borc müqaviləsi bağlanmış və həmin müqaviləyə 10.01.2017-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, artıq tərəflər arasında mübahisənin bitməsindən 5 ilə yaxın bir müddət keçmişdir. Göstərilənlərə əsasən iddia müddətini tədbiq edərək iddiadan imtina barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı həmin cavabdehə iddia ərizəsində göstərilən pul məbləğini verməmişdir. Pulu iddiaçının bacısı Aynur hissə-hissə faizlə vermişdir və verilmiş məbləğdən hər ay faizləri alıb və pul verəndə bildirmişdir ki, atası Mahir Qasımovla birlikdə Vergilər İdarəsində işləyən və onun rəisi olan Cavabdeh1 almışdır. Bir il ərzində faizlər verilirdi, hətta gecikdiriləndə özü dediyindən düzəldib verirdi və borc kimi yazılırdı. Pulların hamısı dollar deyildi, bir hissəsi manat idi. Faiz gecikdiyi üçün X7 İmanovla görüşməyi və onunla danışıqdan sonra pulu ona qaytarmağı tələb etmiş, bundan sonra atası Sahib Hüseynov Sumqayıt şəhərində Vergilər İdarəsində Cavabdeh1la görüşüb ona pul əvəzinə əmlak təklif etmişdir. Lakin Cavabdeh1 qəti şəkildə təklifi rədd edərək pul tələb etmişdir. Bu söhbətdən sonra Mahir Qasımov onun qardaşı Cavabdeh2 Cavabdeh1 kabinetinə aparmış və orada 3 nəfər fiziki baxımdan idmançı formasında olan cavan adamlar Cavabdeh3 qardaşını hədələyib ailəsi, uşaqlarına ziyan vuracağını demiş və tələb etmişlər ki, 5 gün ərizndə pulu qaytarılsın. Cavabdeh2 5 gün ərizndə 50.000 ABŞ dollarını qaytarmış, bir müddət keçəndən sonra Cavabdeh1, Mahir və Nümayəndəları birlikdə Cavabdeh2 notariat ofisinə apararaq 130.000 ABŞ dolları, yəni yüksək məzənnə ilə müqavilə bağlamışlar. Müqavilə imzalanandan sonra Aynur ona dəfələrlə bildirmişdir ki, Cavabdeh1 atası Mahir Qasımovu işdən çıxardacaq, buna görə onunla mütəmadi əlaqə saxlamaq və ona pulu qaytarmağı israr etmişdir. Müqavilə vaxtı sona çatması ilə bağlı Cavabdeh2 Cavabdeh1 dəvət edib, pul əvəzi yenə əmlak təklif etmiş və kompromisə getməyi xahiş etmişdir. Lakin, Cavabdeh1 bununla razılaşmamış, pulun tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Bu müddət ərzində heç kim, yəni Aynur, Mahir və Nümayəndəlar pulun onlara məxsus olduğunu bildirməmişlər. 10.01.2017-ci il tarixdə, yəni 4 il bundan öncə qardaşı Cavabdeh2 tanışlardan borc alıb müqavilə üzrə olan borcu Cavabdeh1 tam ödəmiş, bununla da müqavilə ləğv olunmuşdur. Borc qaytarılandan sonra Aynur və Nümayəndəlar öz narazılıqlarını bildirmiş və pulun bir hissəsinin Fəridin baldızı əri Cəfərə məxsus olduğunu bildirmişlər. Cəfər adlı şəxs Ö.Hüseyovdan gəlib pul tələb etmiş və ona demişdir ki, Cavabdeh1 ona dedi ki, Ömər ona tam şəkildə pulu qaytarmışdır. Bundan sonra iddiaçı bütün hüquq mühafizə orqanlarına şikayət ilə müraciət etmiş və o, olduğu kimi izahat vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının ona qarşı iddia irəli sürməyə heç bir subyektiv hüququ yoxdur, çünki iddiaçıdan heç vaxt pul almamış və qarşısında heç bir öhdəlik götürməmişdir. Bununla əlaqədar ona qarşı verilmiş iddia ərizəsində onların arasında yaranmış hüquq münasibətlərinə dair hüquq normaları düzgün tədbiq edilməmişdir. Göstərilənlərə əsasən ona qarşı iddianın əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddia ərizəsində tələb olunan 90.000 ABŞ dolları İddiaçı məxsusdur. Qohumluq münasibətlərinə inanaraq pulu vermişlər Cavabdeh3. Aralarında hər hansı yazılı müqavilə olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir, pulun qaytarılması ilə bağlı danışıqlar getmiş və prokurorluq orqanlarına müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 140.000 ABŞ dolları məbləğində pulu inanaraq Mahir Qasımova vermiş, daha sonra Mahir Qasımov digər cavabdehlər ilə əlbir olaraq onun pulunu istifadə edərək gəlir əldə etmişlər. Pulların banka yerləşdirilməsi ilə bağlı ona hər hansı sənəd verilməmişdir. O, şübhələndiyinə görə qısa müddət sonra 50.000 ABŞ dollarını geri istəmişdir. Qalan məbləği tələb etdikdə Cavabdeh2 onunla müqavilə bağlanmasını təklif etmiş, o, 180.000 ABŞ dolları məbləğində müqavilənin bağlanmasını tələb etmiş, lakin uzun danışıqlıqlardan sonra 130.000 ABŞ dolları məbləğində müqavilənin bağlanmasına razı olmuşdur. Bu danışıqlarda Mahir Qasımov da iştirak etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, M.Qasımov Cavabdeh3 tərəfindən ona verilmiş 54.000 ABŞ dolları vəsaitdən 3/1 hissəsini ona vermişdir. Cavabdeh2 ona borc müqaviləsi üzrə yalnız ona məxsus 90.000 ABŞ dollarını qaytarmış, qalan 40.000 ABŞ dollarını isə qohumu olan M.Qaımova özü qaytaracığına söz vermiş və buna görə də o, borc müqaviləsinə xitam verməyə razı olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh özü iddiaçı və digər cavabdehlərin birgə əməlləri nəticəsində maddi və mənəzi zərər çəkmişdir. Beləki, onlar birləşərək cavabdehin pulundan uzun müddət istifadə etmişlər, hər hansı bank sənədlərini ona təqdim eməmişlər. Bundan başqa, iddiaçı hazırda hər hansı tələbi irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının ümumiyyətlə həmin cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin cavabdehə pulun qaytarılması bildirilmiş, o, bununla bağlı Cavabdeh1la müqavilə bağlamış və həmin müqavilədə göstərilən 130.000 ABŞ dolları məbləğini tam olaraq Cavabdeh1 qaytarmış və bununla da müqaviləyə xitam verilmişdir. Heç kimi bununla bağlı narazılığını bildirməmiş, Mahir Qasımov həmin müqavilə bağlanarkən özü də iştirak etmiş və pulun kimə məxsus olduğu ilə heçnə deməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 mart 2018-ci il tarixi qərarın surətindən görünür ki, Nümayəndə müraciətləri əsasında toplanmış material üzrə pul tələbinin mülki mübahisə olduğu müəyyənləşdirilməklə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Nümayəndə ərizə ilə prokurorluq orqanlarına müraciət edərək hazırki iddia ərizəsində olanları göstərmişdir. X4 izahatında göstərmişdir ki, həqiqətən də bankda keçirilən yığım-yaşam kampaniyasına pul qoyub qazanc əldə etmək barədə razılığa gəlmiş, iş yoldaşı Cavabdeh1la birlikdə müəyyən məbləğdə pul verib qazanc əldə etmək üçün hissə-hissə olmaqla özü cəmi 90.000 ABŞ dolları, Cavabdeh1 isə hissə-hissə olmaqla cəmi 140.000 ABŞ dolları məbləğində pulu qızı Aynur və oğlu Fərid vasitəsilə baldızı qızı Cavabdeh3 vermişlər. Pulları verərkən 90.000 ABŞ dolları məbləğində hissəsinin onlara məxsus olduğunu Dinarəyə deməmişlər. Pulu verəndən bir müddət sonra Dinarə hissə-hissə olmaqla onlara əmanətdən gələn gəlir kimi cəmi 54.000 ABŞ dolları məbləğində pul vermişdir. Yenə bir müddət sonra Cavabdeh1 pul lazım olduğundan pulun 50.000 ABŞ dolları məbləğində olan hissəsini Dinarədən geri alaraq Cavabdeh1 vermişdir. Bank kampaniyası baş tutmadığından qalan pulu geri tələb etdikdə o, Cavabdeh1, Dinarənin qardaşı Cavabdeh2 və baldızı Zümrüdün iştirakı ilə razılaşıb pulun 50.000 ABŞ dolları məbləğindəki hissəsini Dinarəyə güzəştə getmiş, qalan pulu sonradan ödəməsi üçün Cavabdeh2la Cavabdeh1 arasında Nərimanov rayonu ərazisində 9 saylı notariat kontorunda 3 ay müddətinə borc müqaviləsi bağlanmışdır. 3 ay müddət tamam olduqdan sonra məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1 130.000 ABŞ dolları məbləğində pul ödəmişdir və aralarındakı borc müqaviləsi ləğv olunmuşdur. O, Cavabdeh1 ona çatası pulu tələb etdikdə, Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 ona cəmi 90.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Bundan sonra o, Cavabdeh3 ümumi pulun 90.000 ABŞ dolları məbləğində olan hissəsinin onlara məxsus olduğunu demişdir. Cavabdeh3 ümumi pulun Cavabdeh1 məxsus olduğunu dedikləri üçün pulu da ona qaytardıqlarını bildirmişdir. Bununla da onlara çatası pul Dinarə ilə Yaqubun arasında mübahisəli pul kimi qalmışdır. İzahatı alınmış X2 da atası Mahir Qasımovun izahatına uyğun izahat vermişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh3 və Cavabdeh2 Mahir Qasımovun Cavabdeh3 bankdakı kampaniyaya qoyub qazanc əldə etmək üçün verdiyi pulun 90.000 ABŞ dollları hissəsinin M.Qasımova məxsus olmasını onların pulu Cavabdeh1 ödədikdən 8 ay sonra bilmişlər. Bundan başqa, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Mahir Qasımov bankda keçirilən kampaniyaya qoymaqla gəlir əldə etmək üçün Cavabdeh3 verdiyi pulun 90.000 ABŞ dolları onun özünə məxsus olmuş, lakin Cavabdeh3 əvvəlcədən məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı ilk növbədə Cavabdeh1 tələb etdiyi 90.000 ABŞ dolları məbləğində pulun ona məxsus olduğunu sübut etməli idi. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi 90.000 ABŞ dolları ona məxsus deyil, X3 məxsus olmuşdur. Belə ki, iddiaçı və X4 prokurorluğa vermiş olduqları izahatlarında həmin pulun sonuncuya məxsus olduğunu bildirmiş, həmçinin, araşdırma zamanı da bu hal öz təsdiqini tapmışdır. Bu hal da öz növbəsində iddiaçının iddia tələbinin “Cavabdeh1 90.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq alınıb ona verilməsi” hissəsində rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə həmin cavabdehin bu tələbə qarşı verdiyi iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinin araşdırılmasına hər hansı zərurət görmür. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının həmin tələbi təmin edilmədiyindən digər törəmə tələbləri, yəni “cavabdehlər Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində maddi zərərin və mənəvi zərərə görə cavabdehlərdən 30.000 manat məbləğində pulun tutulması” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçının “cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardadın çıxarılması” barədə vəsatəti ilə bağlı belə qənaətə gəlir ki, vəsatət təmin edilməmlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, bununla bağlı prokurorluq orqanlarında araşdımra aparılmış və həmin şəxslərin əməllərində cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7890/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7890/2021
25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver