Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-798/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1, üçüncü şəxs “X14” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və “X14” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, mənzil 20-yə dair verilmiş **********6- 05301-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi və həmin mənzil üzərində onun mülkiyyət hüquqlarınının qeydə alınaraq, ona bu barədə yeni çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən, o, Baki şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, ev 1 ünvanında inşa edilmiş çox mənzilli, hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 55,15 kv.m olan 20 nömrəli mənzili ona 31000 manata satmağı öhdəsinə götürmüşdür. Həmin rnüqavilə üzrə o, öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra edərək, mənzilin dəyərinin 26 920 (iyirmi altı mm doqquz yüz iyirmi) manat hissəsini müqavilə bağlandığı gün, qalan hissəsini isə sonradan hissə-hissə cavabdehə ödəmişdir. Mənzilin yerləşdiyi bina inşa edilərək istismara verilsə də, Cavabdeh ona satılmış mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının alınaraq verilməsini təmin etməmişdir. Lakin bir neçə gün bundan öncə təsadüfən ona molum oldu ki, cavabdeh ona satılmış mənzil üzərində özünün mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq, bu barədə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əldə etrnişdir. Buna baxmayaraq, Cavabdeh həmin Çıxarışın mövcudluğunu ondan gizlətmiş və hər dəfə Çıxarış haqqında maraqlandıqda, narahat olmamağı, zamanı gəldikdə Çıxarışın alınması üçün reyestr xidmətinə müraciət olunacağını bildirmişdir. Çıxarışın mövcudluğundan məlumatı olduqdan dərhal sonra cavabdehə müraciət edərə, Çıxarışı ləğv etdirməsin və onun adına yeni çıxarışın alınmasını təmin etməsini tələb etsə də, o, bundan kəsinliklə imtina etmişdir. Buna görə də, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmək əvəzinə, ona satılmış və onun qanuni əmlakı hesab edilən mənzil üzərində öz mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bu barədə Çıxarış əldə etmişdir. Halbu ki, cavabdeh bu hərəkətləri edərkən, mənzilin ona satıldığından və ona məxsus olduğundan məlumatlı idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun banka heç bir öhdəliyi yoxdur, Cavabdeh öhdəliyi vardır. Bütün mənzillər Vüqar adlı şəxs (Cavabdeh əmisi oğlu) tərəfindən satılmışdır. Vüqar mənzilləri satdıqdan sonra, bankın 40 faizini Cavabdeh ödəyirdi. O, 46 kv.m. mənzil almış, qazı, suyu, işığı ilə birlikdə 31000 manat məbləğində pul vəsaiti ödəmişdir. Onun mənzilə görə 1500 manat borcu qalıb, hazırkı məsələlərə görə ödəmir, bu gün ödəniş etməyə hazırdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.2017-ci il tarixdə cavabdehdən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli, hündür mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət mənzili 31 000 manata almışdır. Mənzilin dəyərinin 26 000 manat məbləğini ödəmiş, sonradan isə yerdə qalan məbləği tam olaraq ödəmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, mənzil üzrə reyetrdə çıxarışın verilməsinə dair cavabdeh müxtəlif bəhanələr göstərərək yayınmışdır. Lakin bir neçə müddət bundan əvvəl hüquqlarını müdafiə etdiyi şəxsə müəyyən olmuşdur ki, cavabdeh tərəfindən həmin mənzil Daşınmaz əmlakın Reyestri Xidmətində rəsmiləşdirilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2019-cu ildən bu günə kimi həmin mənzildə yaşayır və hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qanunsuzluqlara yol verilmişdir. Mənzil faktiki olaraq hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olmağına, həm də müqavilə üzrə mülkiyyətində olmağına baxmayaraq cavabdeh tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları pozulmuş, mənzili cavabdeh öz adına rəsmiləşdirmişdir. Ona görə də xahiş edir ki, həmin mənzilin verilməsi barədə çıxarışın ləğv edilməsi, etibarsız sayılması və hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilsin. O, həmçinin göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə müqavilə bağlanan zaman 2019-cu ildə cavabdeh bankdan razılığı alarkən çıxarışı öz adına yox, iddiaçının adına rəsmiləşdirə bilərdi, hazırki gündə mübahisə yaranmazdı. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə müqavilə bağlananda mənzil onun olmuş, lakin çıxarış alınmamışdır. Müqavilədə mənzilin dəyəri 31000 manat göstərilmişdir. Mənzilin 40 faizi 19000 manat təşkil edir, həmin məbləğ mənzilin ümumi dəyərinin daxilində deyildi. Yəni, 31000 manat onlara ödənilməli idi, 19000 manat isə banka. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 izahatında bildirmişdir ki, hazırki məsələ uzun müddətdir ki, gedir. Nadir müəllim özü də cinayət işi üzrə iştirak edib. Korrupsiya idarəsində aparılan cinayət işi üzrə İddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. İndi burada həmkarı deyir ki, cavabdeh müxtəlif bəhanələrlə onun adına keçirməkdən yayınıb və sair. Elə söhbət olmayıb. Cavabdeh heç nədən yayınmır. Məhkəmə prosesində və aparılmış istintaq hərəkəti ilə ekspertizadan həmin o, bağlanmış müqavilənin saxta olması müəyyən edilmir. Ancaq nə qədər ki, Nadir müəllim həmin mənzildə pul ödəməsi öz təsdiqini tapırdı və yaşayırdı o, müqavilənin etibarsız hesab edilməsi barədə məsələ qaldırmır. Ancaq hökmlə tanış olanda görünəcək ki, həmin o, evdə olan bütün mənzillər X14 ASC-nin girovundadır və bağlanmış müqaviləyə əsasən götürülmüş kredit hesabına sildiyinə görə mənzilin satışından əldə edilən vəsaitin 60% tikintiyə və sair, 40% X14 ASC-nə ödənilməli idi ki, onlar çıxarış versinlər. Cavabdeh adına ümumilikdə həmin mənzilə çıxarış verilir. Ancaq bina yaşayış mənzilləri hamısı Bankın girovunda orada saxlanılır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında həmin mənzillərin üzərinə məhdudlaşdırma qoyulub və dəfələrlə Nadir müəllimə təklif olunub və həmin məhkəmədə də təklif olundu ki, X16 mənzillərlə bağlı Ağayev Elçinlə bir yerdə, heç o vaxtı Cavabdeh bu məsələ ilə o qədər də məşğul olmurdu, həmin mənzilə birinci dəfə bağlanmış müqavilə üzrə, o, evin üzərinə Sumqayıt şəhər Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Sonradan İddiaçı adına digər binadan olan mənzildən saxta müqavilə yazılıb. Siz özünüzdə fikir versəniz görərsiniz ki, birinci dəfə verilən o, müqavilədə 23-cü mənzildir. Amma bu gün ki bunların təqdim etdiyi mənzildə 20-ci müqavilədir. Bu olan işin faktiki hallarıdır. Dəfələrlə Nadir müəllimə təklif olundu ki, məhkəmədə o, X13 qarşı mülki iddia qaldırın ki, həmin o, puldan 40% ki, hökm ilə faiz müəyyən olunub, ödəməli idi ödəməyib. İddia qaldırmadı ki, mənzil onun əlindədir, o, mənzildə ailəsi ilə birlikdə yaşayır və heç bir iddia qaldırmır. Qorxdu ki, iddia ərizəsi qaldırar, deyərlər ki, sən bu pulu verməmisən. İndi də dəfələrlə müraciət olunub, deyilir ki, Cavabdeh bu gün də razıdır ki, o, evi bu şəxsin adına keçirsin. Ancaq şəxs o, mənzilin dəyərinin 40%-i X14 ASC-nə ödəməlidir. X14 ASC ilkin ödənişdən əvvəl hesablayırdı, indi hazırda uzun müddət keçdiyinə görə faiz hesablayırlar, artırırlar və sair. Yəni, bu gün də heç bir problem yoxdur əgər Nadir müəllim o, Bankın tələb etdiyi məbləği ödəyərsə Cavabdeh gedib həmin mənzili onun adına keçirər. Heç o, əvvəlki ödənişə baxmayaraq ki, əvvəlki ödəniş də X16 tərəfindən, Ağayev Elçin tərəfindən müəyyən oluna bilməzdi o, pulu kim alıb, kimə verib. Məhkəmədə o müəyyən oluna bilmədi, yenə də Bəşirovun üzərində qaldı. Yəni, qəbul etdilər ki, bu kişi ödəyib, zəhmət çəkib, ancaq o, faiz məsələsi ki, var nə qədər ki o, ödənilməyib, Cavabdeh haradansa borc alıb və yaxud vəsait tapıb Nadir müəllimin əvəzinə pul ödəyəsi deyil ki, yəni bu məsələ ləngiyib qalıb. Ona görə də o, iddia ərizəsində yazılanlara o, münasibət bildirdi. Orada düzgün yazılmayıb ki, guya bu müxtəlif bəhanələrlə yayınıb, Nadir müəllimə indi məlum olub. Məhkəmə prosesində də məlum idi ki, həmin mənzillər Cavabdeh adına qeydiyyatdan keçib, ancaq girovdadır. O, həmçinin qeyd etmişdir ki, “X14” ASC-nin rəhbərliyi ilə dəfələrlə görüşüb danışıqlar aparmış, lakin bir qərara gələ bilməmişlər. Bank tərəfindən bildirilir ki, 40 faiz onlara ödənilsin və sonra çıxarışın dəyişdirilməsinə razılıq verəcəklər. Cavabdehin pulu yoxdur hal-hazırda həmin məbləği ödəməyə. Lakin ailə üzvlərinin qeydiyyat məsələsini həll etməyə hazırdırlar. O, həmçinin iddiaçının nümayəndəsinin banka gedib danışıqlar aparmağa da etirazının olmadığını bildirdi. O, həmçinin izahatında qeyd etmişdir ki, məhkəmənin hökmündə iddiçı zərərçəkmiş qismində tanınıb. Əgər bu gün o, zərərçəkmiş şəxs qismində tanınıbsa Cavabdeh neynəməlidir. Məhkəmədə də dəfələrlə görüşərək danışmışlar, indi burada yalan deyəsi deyilik ki. Bu məhkəmə prosesindən sonra da iddiçıya təklif olunub ki, yerdə qalan məbləği ödə, həmin məbləğ də 31000 tamamlansın və faiz məsələsi həll olunsun. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X14” ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, müqavilə dövlət qeydiyyatına alınmış əmlakdır. Yəni “Unibank”da girovda qalmaq şərtilə 2017-ci il tarixli iş materialında olan 08 avqust tarixli müqaviləyə görə orada yeni tikiləcək binalarda ödəniləcək məbləğin 60%-i investorun, qalan 40%-i isə borclu öhdəliyinə görə Cavabdeh “Unibank”dakı hesabına köçürülməlidir. Burada isə buna riayət edilməliyib. Yəni, dövlət qeydiyyatına alınmış həmin bu əmlak, çıxarışla müəyyən olunmuş əmlaklar sadə yazılı müqavilə formasında tərtib olunub və bu yol verilməzdir. Ona görə də, hesab edir ki, hal-hazırki iddia da, şəxs verdiyi pulu tələb etməkdə haqlı ola bilər. Hal-hazırki bu müqavilə şərtlərinə görə çıxarışın ləğv olunmasının hər hansı bir hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsni xahiş etmişdir. Mülki iş materiallarında olan: 01 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ünvan 2 ünvanında tikilmiş evin 3-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət olaraq, ümumi sahəsi 55,15 kv.metr, dəyəri 31000 manat olan 20 nömrəli mənzili İddiaçı 26920 manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4, dalan 5, ev 1, ümumi sahəsi 2147,3 kv.metr olan fərdi yaşayış evi “A” tikilisindən 3 otaq (y/s- 45,5 kv.metr və 0,00896 ha torpaq sahəsi) X9, “B” tikilisindən 2 otaq (y/s 41.5 kv.m, k/s 6.8 kv) Müşfiq Osmanovun, 0,00836 ha torpaq sahəsi X10, 3 otaqlı (y/s 47,7 kv.m) və 86.4 kv/metr torpaq sahəsi X3, B tikilisindən 2 otaq (y/s 38.7 kv.metr, k/s 6.5 kv.metr və 76.1 kv.metr torpaq sahəsi) X4, A tikilisindən 2 otaq (y/s 39.9 kv.metr və 83.1 kv.metr torpaq sahəsi) X5, 2 otaq (y/s 31.1 kv.metr, k/s 2.7 kv.metr və 99.1 kv metr torpaq sahəsi)X1, A tikilisindən 2 otaq (y/s43,0 kv.metr) və 86 kv.metr torpaq sahəsi X7 və A tikilisindən 8 otaq (y/s 128.5 kv.metr) və 0,02453 ha torpaq sahəsi, B tikilisindən 2 otaq (y/s 35.7 kv.metr, k/s 5.11 kv.metr torpaq sahəsi 0.00708 ha) “X14” ASC-nin və qalan hissələr Cavabdeh ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdən qeyd edilən şəxslərin adlarına qeydiyyata alınmışdır. Cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, ünvan 4, dalan 5, ev 1 D tikintidə 3-cü mərtəbədə 55,15 kv.metr sağ tərəfdə yerləşən 20 nömrəli, 2 otaqlı mənzilə ayrı çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4, dalan 5, ev 1F, mənzil 20 xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş 28 sentyabr 2018-ci, 23 oktyabr 2018-ci, xx.xx.2019-cu, 04 noyabr 2019-cu, 23 may 2020-ci il tarixli (5 ədəd) maliyyə arayışlarından görünür ki, ünvan 4, dalan 5, ev 1F, mənzil üçün İddiaçı tərəfindən ümumilikdə 2300 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 yanvar 2019-cu il tarixli qərardan görünür ki, qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmünə əsasən; Cinayət işi materiallarına əlavə edilmiş 27 sentyabr 2013-cü il tarixli 07UM/2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh “X14” ASC-dən 36 ay müddətinə 483000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Elçin Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, həmin tarixdə 27 sentyar 2013-cü il tarixil kredit müqavləsi çərçivəsində Cavabdeh “X14” ASCdən 12 ay müddətinə illik 17 faizlə 366000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsini ayrılmaz tərkib hissəsidir. Həmin kredit üçün 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə girov qoyulmuş Elçin Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə əlavə olaraq Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2017- ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 366000 ABŞ dolları, faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 15000 ABŞ dolları, cəmi 433994,83 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı “X14” ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 365836 ABŞ dolları,faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 5000 ABŞ dolları, cəmi 423831,75 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönədldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli 47/01 saylı protokolundan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 162500 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi “X14” ASC-nin nümayəndəsi X11 tərəfindən hərracdan 103.594 manata alınaraq həmin şəxsin adına alqı- satqı edlmişdir. Həmin iş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahat verərək Ramiz Bəşirovun imzası və direktoru olduğu şirkətin möhürü ilə təsdiq etdiyi alqı- satqı müqavilələri ilə mənzil almalarını, ona mənzilə görə kassa mədaxil orderlərində yazılımış məbləğdə pul ödəmələrini, sonradan isə həmin mənzilin “X14” ASCnin girovluğunda olmasını bildiyini göstərmişdir. Həmçinin hökmə əsasən təqsirlənidirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra həmin hökmə əsasən mülki iddiaçı – "xxxx" ASC-nin mülki iddiası təmin edilərək, X12 64416,2 (altmış dörd min dörd yüz on altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3.nə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin hallarından belə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, ünvan 6 ünvanında olan mənzilin 31 000 manata satmağı öhdəsinə götürmüş, həmin məbləğin əksər hissəsi iddiaçı tərəfindən ödənilsə də cavabdeh ona satılmış mənzili onun adına rəsmiləşdirməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, sözügedən mənzilə dair mülkiyyət hüquqları cavabdehin adına qeydə alınaraq ona bu barədə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hazırda həmin çıxarışı mübahisələndirir. Həmçinin iş üzrə o, da müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmünə əsasən, cinayət işi materiallarına əlavə edilmiş 27 sentyabr 2013-cü il tarixli 07UM/2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh “X14” ASC-dən 36 ay müddətinə 483000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Elçin Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, həmin tarixdə 27 sentyar 2013-cü il tarixil kredit müqavləsi çərçivəsində Cavabdeh “X14” ASCdən 12 ay müddətinə illik 17 faizlə 366000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsini ayrılmaz tərkib hissəsidir. Həmin kredit üçün 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə girov qoyulmuş Elçin Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə əlavə olaraq Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2017- ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı “X14”ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 366000 ABŞ dolları, faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 15000 ABŞ dolları, cəmi 433994,83 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı “ X14” ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 365836 ABŞ dolları,faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 5000 ABŞ dolları, cəmi 423831,75 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönədldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli 47/01 saylı protokolundan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 162500 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi “X14” ASC-nin nümayəndəsi X11 tərəfindən hərracdan 103.594 manata alınaraq həmin şəxsin adına alqı- satqı edlmişdir. Daha sonra həmin hökmə əsasən mülki iddiaçı – “X14” Açıq Səhmdar Cəmiyyətinin mülki iddiası təmin edilsin. X12 64416,2 (altmış dörd min dörd yüz on altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq “X14” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hökm edilmişdir. Məhkəmə aşağıdakılara görə iddiaçının dəlilləri ilə razılaşmır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllədə (Maddə 390.1-ci) fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmələri, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilmələri təsbit olunmuşdur. Müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hüquq ədəbiyyatında əqdlərin etibarlılıq şərtləri ümumi və xüsusi şərtlərə bölünmüşdür. Ümumi etibarlıq şərtlərinə bütün əqdlər baxımından tələb olunan şərtlər - fəaliyyət qabiliyyətinin zədəli olmaması, əqdin mövzusu şəxsiyyətə zidd olmamsı, əqdin imperativ normalara zidd olmaması, iradə ifadəsinin zədəli olmaması və iradə ifadəsinin görünüş üçün olmaması. Xüsusu etibarlıq şərtlərinə yalnız müəyyən qrup əqdlərə tələb olunan şərtlər daxildirəqdin məcburi formaya uyğun olması, sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olması, əqdin ağır şərtlə bağlanmaması. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İşin hallarından belə müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında tikilmiş evin 3-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət olaraq, ümumi sahəsi 55,15 kv.metr, dəyəri 31000 manat olan 20 nömrəli mənzili İddiaçı 26920 manata satmasına dair 01 oktyabr 2017-ci il tarixli müqaviləni bağlayarkən, onun belə bir əqdi rəsmiləşdirmək (bağlamaq) səlahiyyəti olmayıb. Çünki, 27 sentyabr 2013-cü il tarixli 07UM/2013-cü il tarixli kredit müqaviləsinə əsasən, həmin tarixdə Cavabdeh “X14” ASC-dən 36 ay müddətinə 483000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Elçin Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi girov qoyulmuş və bu fakt Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmündə də, öz əksini tapmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsndə nəzərədə tutulmuş qaydanın mövcudluğunu da nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.”. Bununla yanaşı iddia tələbində xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən, ünvan 4, dalan 5, ev 1, ümumi sahəsi 2147,3 kv.metr olan fərdi yaşayış evi “A” tikilisindən 3 otaq (y/s- 45,5 kv.metr və 0,00896 ha torpaq sahəsi) X9, “B” tikilisindən 2 otaq (y/s 41.5 kv.m, k/s 6.8 kv) Müşfiq Osmanovun, 0,00836 ha torpaq sahəsi X10, 3 otaqlı (y/s 47,7 kv.m) və 86.4 kv/metr torpaq sahəsi X3, B tikilisindən 2 otaq (y/s 38.7 kv.metr, k/s 6.5 kv.metr və 76.1 kv.metr torpaq sahəsi) X4, A tikilisindən 2 otaq (y/s 39.9 kv.metr və 83.1 kv.metr torpaq sahəsi) X5, 2 otaq (y/s 31.1 kv.metr, k/s 2.7 kv.metr və 99.1 kv metr torpaq sahəsi)X1, A tikilisindən 2 otaq (y/s43,0 kv.metr) və 86 kv.metr torpaq sahəsi X7 və A tikilisindən 8 otaq (y/s 128.5 kv.metr) və 0,02453 ha torpaq sahəsi, B tikilisindən 2 otaq (y/s 35.7 kv.metr, k/s 5.11 kv.metr torpaq sahəsi 0.00708 ha) “X14” ASC-nin və qalan hissələr Cavabdeh ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdən qeyd edilən şəxslərin adlarına qeydiyyata alınmışdır (paylı mülkiyyət). Həmçinin müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4, dalan 5, ev 1 D tikintidə 3-cü mərtəbədə 55,15 kv.metr sağ tərəfdə yerləşən 20 nömrəli, 2 otaqlı mənzilə ayrı çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bundan sonra, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4, dalan 5, ev 1F, mənzil 20 xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir. Təsadüfi deyil ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “...“Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır.”. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 nömrəli Qərarı). Hazırkı halda Bakı şəhəri, ünvan 6 ünvanında olan mənzilə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcudluğu baxımından onun legitimsizliyinə dair heç bir əsas yoxdur. Mübahisəli mənzilə aid cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə zidd qeydə alınması işin məhkəmə araşdırılması ilə müəyyən edilmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və “X14” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-798/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-798/2025
13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver