Məhkəmə qərarları › İş №2(001)-80/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-80/2021

16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-80/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı "xxxx" MTK-nın və İddiaçı3 MMC-nin hüquqi varisi İddiaçı1 MTK-nın, İddiaçı2 MTK-nın, "xxxx" MMC-nin Cavabdeh1 ASC-yə qarşı ( mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Cavabdeh2, Cavabdeh3 və s. cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair iddia ərizəsi üzrə və 1)iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, X1 və İddiaçı2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair, 2)iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh20, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair,3)iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X6, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair, 4)iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh8, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair, 5)iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X6 X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair, 6)iddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddia ərizələri üzrə birləşdirilmiş mülki işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MTK-nın və İddiaçı3 MMC-nin hüquqi varisi İddiaçı1 MTK, İddiaçı2 MTK, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MTK-nın hüquqi varis olduğu "xxxx" Mənzil Tikinti Kooperativindən təminatlı kredit və zaminlik müqavilələri ilə mənzil almış X5 əvəzinə Zamin tərəfindən ödəniş cədvəlinə uyğun ödənilmiş kredit faiz məbləğindən artıq hesablanmış 34.715.50 manat faiz borcunun, Cavabdeh2 əvəzinə ödənilmiş pul vəsaitindən 40.184.00 manat artıq faiz borcunun, Cavabdeh3 əvəzinə ödənilmiş pul vəsaitindən 24.318.63 manat artıq faiz borcunun, Cavabdeh4 Məhəməməd oğlunun əvəzinə ödənilmiş pul vəsaitindən 24.512.50 manat artıq faiz borcunun, Cavabdeh20 əvəzinə ödənilmiş pul vəsaitindən 43.201.31 manat artıq faiz borcunun, Cavabdeh5 əvəzinə ödənmiş pul vəsaitindən 51.621.32 manat artıq faiz borcunun, Cavabdeh19 Abas qızının əvəzinə ödənmiş pul vəsaitindən 29.953.50 manat artıq faiz borcunun, Cavabdeh6 əvəzinə ödənmiş pul vəsaitindən 16.666.76 manat artıq faiz borcunun, Cavabdeh7 əvəzinə ödənmiş pul vəsaitindən 12.702.53 manat artıq faiz borcunun, Cavabdeh8 əvəzinə ödənmiş pul vəsaitindən 12.464.17 manat artıq faiz borcunun, Cavabdeh9 əvəzinə ödənmiş pul vəsaitindən 8.185.73 manat artıq faiz borcunun, Cavabdeh10 Eyvub qızının əvəzinə ödənmiş pul vəsaitindən isə 8.452.23 manat artıq faiz borcu olmaqla, cəmi- 306.978.2 manat artıq faiz borcu, İddiaçı2ndən təminatlı kredit və zaminlik müqavilələri ilə mənzil almış Cavabdeh11 qızının əvəzinə ödənmiş pul vəsaitindən 11.599.68 manat artıq faiz borcunun, Cavabdeh12 Məmmədrza oğlun oğlunun əvəzinə ödənmiş pul vəsaitindən 10.192.71 manat artıq faiz borcunun, Cavabdeh13 əvəzinə ödənmiş pul vəsaitindən 19.897.64 manat artıq faiz borcunun, Cavabdeh14 əvəzinə ödənmiş pul vəsaitindən 6.042.34 manat artıq faiz borcunun olmaqla, cəmi-27.834.73 manat, İddiaçı3 MMC-dən təminatlı kredit və zaminlik müqavilələri ilə ev almış X2 əvəzinə ödənilmiş pul vəsaitindən 17.329.95 manat artıq faiz borcunun, Cavabdeh16 əvəzinə ödənilmiş pul vəsaitindən 12.527.48 manat artıq faiz borcunun olmaqla, cəmi-29.857.43 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təminatlı kredit və zaminlik müqavilələri ilə aparılan dəqiqləşdirmə zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh17 Vəliş oğlunun əvəzinə ödənilmiş pul vəsaitindən 4.659.90 manat artıq faiz borcunun, Cavabdeh18 əvəzinə ödənilmiş pul vəsaitindən 6.788.17 manat artıq faiz borcunun olmaqla, cəmi- 11.448.07 manat, bütün müqavilələr üzrə ümumilikdə 364.020.43 manat artıq ödənilmiş pul məbləğini İddiaçı1MTK-nın Cavabdeh1 ASC-də olan 1 500 000 manatı adları, soyadları, atalarının adları yuxarıda göstərilən şəxslərin əsas borcu hesabına silinməsi öhdəliyini Cavabdeh1 ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər X4, X1 və İddiaçı2nə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 75412,15 manat məbləğində borcun tutulması barədə iddiası üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4761/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh20, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 110782,23 manat məbləğində borcun tutulması barədə iddia ərizəsi üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4466/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 84336 manat məbləğində borcun tutulması barədə iddiası üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4760/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh8, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 75301,21 manat məbləğində borcun tutulması iddiası üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4845/2021 saylı, 05.07.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6 X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 58695,51 manat məbləğində borcun tutulması barədə iddiası üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4974/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 85701,41 manat məbləğində borcun tutulması barədə iddia ərizəsi üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4468/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada cəmi 83306,76 manat məbləğində borcun tutulması barədə iddia ərizəsi üzrə mülki iş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2021 saylı, 28.09.2021-ci il tarixli qərardadı ilə 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı "xxxx" MTK-nın və İddiaçı3 MMC-nin hüquqi varisi İddiaçı1 MTK-nın, İddiaçı2 MTK-nın, "xxxx" MMC-nin nümayəndəsi Vəkil 15.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Birləşdirilən işlər üzrə iddiaçı Cavabdeh1 ASC ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən 1)İddiaçı Cavabdeh1 ASC cavabdehlər X4, X1 və İddiaçı2nə qarşı; 2)İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh20, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı; 3)İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı; 4)İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh8, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı; 5)İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6 X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı; 6)İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizələrinin baxılmamış saxlanılmalarını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər və maraqlı şəxs qismində çıxış edən şəxslər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizələri aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşin hallarından göründüyü kimi "xxxx" MTK-nın və İddiaçı3 MMC-nin hüquqi varisi İddiaçı1 MTK, İddiaçı2 MTK, "xxxx" MMC və Cavabdeh1 ASC arasında mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilmişdir. Odur ki, iddiaçılar iddia ərizəsinə mahiyyəti üzrə baxılmasında maraqlı deyillər və bu səbəbdən iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş edirlər. Bundan başqa işin hallarından göründüyü kimi iddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı 83306,76 manat məbləğində pulun tutulması tələbinə dair(2(001)6682/2021) iddia ərizəsinə də baxılmasında maraqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, 2(001)-80/2021 saylı mülki iş üzrə iddia ərizəsi və birləşdirilmiş işlər üzrə iddia ərizələri baxılmamış saxlanılmalı, iddia ərizələri və onlara əlavə edilən sənədlər iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı "xxxx" MTK-nın və İddiaçı3 MMC-nin hüquqi varisi İddiaçı1 MTK-nın, İddiaçı2 MTK-nın, "xxxx" MMC-nin Cavabdeh1 ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Cavabdeh2, Cavabdeh3 və s. cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, X1 və İddiaçı2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh20, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh8, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh1 ASC cavabdehlər X6 X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh4, X1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın İddia ərizələri və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar