Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-819/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13500 manat pulun və ödənilmiş 131 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi “makler” kimi tanımışdır. Özünün dediyinə görə o həm də vəkildir. Corat bağları ərazisində ev tikib satmaqlaq məşğuldur. 2019-cu ilin sonlarında Corat bağları ərazisində 1 sotun içərisində özünə məxsus olan birmərtəbəli evi 36000 manata satmışdır. Məqsədi həmin ərazidə başqa bir həyət evi almaq idi. Ev alveri ilə məşğul olan Şirin adlı şəxs onu Tofiq adlı maklerlə tanış etmişdir. Tofiqlə razılaşma əsasında ona 1 sotun içərisində 3 otaqlı ev tikib verəcəyi barədə razılaşmışdır. Ona 22000 manat pul vermişdir. Razılaşma ilə ev hazır olana kimi onun Corat qəsəbəsində yerləşən 2 mərtəbəli evin birinci mərtəbəsində qalmışdır. Tofiq ona çox keyfiyyətsiz və sahəsi kiçik olan ev təklif etdi, lakin o razılaşmadı və Tofiq onu başqa şəxsə satdı. Sonradan Tofiqin onu aldatdığını bildi. Tofiq müxtəlif bəhanələrlə ona ev vermədi, nə də pulunu qaytarmamışdır. Bundan sonra o, Polisə şikayət etdi. Şikayəti əsasında Sumqayıt ,əhər Pİ-nin 3-cü PB-də araşdırılma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq 05 yanvar 2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O qərardan narazı qaldığı üçün onun ləğvi ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdi. Məhkəmədə Tofiq onunla razılıq edərək onu təkrarən aldatdı. Ona 19 fevral 2023-cü ildə qəbz yazaraq 01 iyun 2023-cü il kimi 13500 manat pulunu və ya 3 sot torpaq üzərində üç otaqlı fərdi ev təhvil verəcəyi barədə imza etdi. O da ərizə yazaraq şikayətindən imtina etdi. Bundan sonra yenidən Polisə müraciət etdi və Polis aralarında mülki mübahisə olduğunu bildirdi. O, humaniszlik edərək əldən çıxmış gəlirinə görə hələlik pul tələb etmir, yalnız halal pulunu istəyir. Lakin cavabdeh bunları dərk etmək istəmir, öhdəliyini icra etməməklə ona ziyan vurmaqda davam edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçı iştirak etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.
4. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, teleqram göndərmiş və teleqramda bildirmişdir ki, 13500 manat tələbdən 12000 manatını qəbul edir və iddianı 12000 manat hissəsində təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. İddiaçı cavabdehə 2019-cu ilin dekabr ayında 22000 manat pul vermiş və ondan 1 sot torpağın içərisində 3 otaqlı ev tikib təhvil verməsini tələb etmişdir. Daha sonra tərəflər razılaşma şərtlərini bir neçə dəfə dəyişmişlər. Cavabdeh öhdəliyini icra etmədiyinə görə iddiaçı polisə şikayət etmiş və nəticədə cinayət işinin başlanmasından imtina edilmişdir. İddiaçı cinayət işinin başlanmasından Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermiş və məhkəmə araşdırması zamanı tərəflər arasında razılıq əldə edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək 13500 manat pulu və ya “Yaşıldərə” QM ərazisində 3 sot torpaq üzərində 3 otaqlı fərdi evi təhvil verəcəyinə dair razılığını əks etdirən razılaşma tərtib edilmişdir. İddiaçı isə bunun müqabilində şikayətini geri götürmüşdür. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
8. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
9. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
10. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
11. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
12. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
13. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
14. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
15. 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmənin mövqeyi:
16. Müəyyən edilən işin hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər müqavilənin şərtlərini qarşılıqlı razılıq əsasında bir neçə dəfə dəyişmişlər. Sonuncu dəfə tərəflərin razılığına əsasən podratçı xx.xx.2023-cü il tarixədək “Yaşıldərə” QM ərazisində 3 sot torpaq üzərində 3 otaqlı fərdi yaşayış evi tikib(və ya hazır vəziyyətdə əldə etdiyi) sifarişçiyə təhvil verməyi və bunu edə bilmədikdə 13500 manat məbləğində pulu sifarişçiyə qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin podratçı üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, sifarişçinin müqavilədən imtina etməklə razılaşdırılmış məbləği tələb etməsi əsaslı hesab edilməlidir. Cavabdeh isə iddianı qismən, yəni 12000 manat hissəsində qəbul etdiyini bildirməsinə baxmayaraq, etirazının dəlillərinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, cavabdeh öhdəliyini qismən icra etdiyini və ya tələb edilən məbləğdən hər hansı ödəniş etdiyini sübut etməli idi. Tətbiq edilən prosessual normalar:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;
21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131 manat tutularaq İddiaçı ödənilməlidir.
24. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti və 131(yüz otuz bir) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev