Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8246/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 Mizrəbala qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh4, ünvan , Bakı şəhəri 11 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 Mizrəbala qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh4, ünvan , Bakı şəhəri 11 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 avqust 2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Mirzəbala Ağabala oğlunun vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 3 aprel 2013-cü il tarixdə Cavabdeh2 Raya Qəhrəman qızının vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 4 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri 35 saytı notariat ofisində X2 vəfatından sonra açılmış vərəsəlik işi üzrə verrilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun, Raya Qəhrəman qızının, X2 vərəsəlik iş üzrə paylan vərəsələr arasında yenidən müəyyən edilməsi, mübahisələndirilən mənzilə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh4 ünvan ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X3 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, X4 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh4 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh4 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, satıcı Cavabdeh4 ilə alıcı X12 arasında Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ №1042007 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X1 adına Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh4 80000 manatın alınaraq X11 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı2 cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı1, İddiaçı6, Cavabdeh4, X6, X7, X11, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan , Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məccələnin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Hazırkı ərizədən görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsinin tələb (xahiş edirəm) hissəsində X12 qeyd edilsə də, hazırkı iş üzrə o, tərəf kimi qeyd edilməmişdir. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, mübahisəyə adiyyəti üzrə həmin mediasiya təşkilatı tərəfindən, razılaşma olmadığı halda isə mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş “mediasiya prosesinə xitam verilməsi” barədə protokoldan görünür ki, iddiaçılar hazırkı tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmənin, yəni Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin yerləşdiyi eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, başqa şəhərin – Cəbrayıl 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Həmçinin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən Cəbrayıl 1 saylı mediasiya təşkilatı tərəflərin razılığı əsasında seçilmiş təşkilat olduğu da müəyyən edilməmişdir. Ona görə də hesab edirəm ki, sözügedən arayış aidiyyəti üzrə qanunun tələbləri ilə müəyyən edilmiş təşkilat tərəfindən verilmədiyindən, başqa sözlə iddia ərizəsinə qanuna uyğun olaraq tərəflərin mediasiya prosesində iştiraklarını təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2 Mizrəbala qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh4, ünvan , Bakı şəhəri 11 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-8246/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8246/2025
25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver